Salyan rayonunda düz danışanların aqibəti dəlixanadır -Video

Salyan rayonunda düz danışanların aqibəti  dəlixanadır -Video





Atalarımızdan qalma dəyərli bir kəlam var:-“Əxlaqsız getdi haca, görənə verdilər cəza”. Bu arada bizim “əxlaqsızımız”, daha doğrusu başda Salyan rayon İcra Başçısı olmaqla əhalinin canına “daraşmış məmurların “əxlaqsızı” Nuriyev Coşqun Eyvaz oğludur.

Gəlin görək bu Coşqun dediyimiz şəxsin “əxlaqsızlığı nədən və necə bir təhlükəlidir ki, bütövlükdə Salyan rayon rəhbərliyi və səlahiyyət sahibləri onu “zərərsizləşdirməyə” çalışırlar? Coşqun sadə bir Azərbaycan vətəndaşıdır, orta təhsillidir. Dövlətini və qanunları sevib, hörmətlə yanaşır. Məhz qanunlara olan hörməti səbəbilə Anar adlı Salyan rayon polis işçisinin qanunları ayaq altına salıb, vəzifə başında rüşvət almasını görüntüləyən açıq-aşkar video-görüntüləri qeydə alıb. Bundan bərk qəzəblənən Anar adlı şəxs və havadarları Coşquna həddini bildirmək qərarına gəliblər. Məqaləyə başlamazdan əvvəl verdiyimiz qısa tanışlıq bundan sonra “qəhramanımızın” həyat hekayətini ortaya qoyacaq. Bəlkə də bir qədər pafoslu oldu. Amma bu acı həqiqətdir.

“DoğruXəbər.az” İnformasiya Agentliyinin redaksiyasında müsahibə verən Coşqun Nuriyevin anası Təranə Nuriyeva qısa bir müsahibəsi ilə böyük bir faciəni gözlərimiz önündə canlandırdı. Oğlu Coşqun uzun illərdir ağ ciyərin açıq vərəmi xəstəliyindən əziyyət çəkir. Hətta xəstəlik o qədər irəliləyib ki xəstənin ağzından tez-tez kəsgin şəkildə qan gəlməsi halları müşahidə olunur. Coşqun belə ağır bir vəziyyətdə Salyan rayon Vərəm xəstəxanasına yatızdırılır. Xəstəxanada ağır şəraitlə qarşılaşan Coşqun yeməyin keyfiyyətsizliyindən, azlığından, eləcə də xəstələrə göstərilən ögey münasibətdən narazı qaldığı üçün etirazını bildirir. Xəstəxananın baş həkimi Xanış Abbasov xəstənin “özbaşınalığından” bərk qəzəblənib müalicə başa çatmadan xəstəni xəstəxanadan xaric edir. Ananın söylədiklərinə görə isə Coşquna lazım olan zəruri dərman preparatlarını almaq olduqca baha olduğu üçün xəstəxanadan buraxıldıqdan sonra evdə müalicəni davam etdirə bilmir. Dərmanları haradan aldığını soruşduqda isə bildirdi ki, tələb olunan dərman vasitələri Salyan rayonunun əczaxanalarında açıq şəkildə satılır. Lakin olduqca bahadır. Halbuki, belə xüsusi xəstələr üçün nəzərdə tutulan və əczaxanalarda açıq satışı qəti şəkildə qadağan olunan,yalnız möhürlə təsdiqlənmiş “qırmızı resept” adlı sənədlə satılmalı olan belə preparatların üzərindəki möhürlər ağardıcı ilə silinib Xanış həkimin tapşırığı ilə satışı təşkil olunur. Salyan rayon xəstəxanasının baş həkimi Xanış Abbasovsa Coşqunun etirazına cavab olaraq:-“Get Prezidentə şikayət et. Vermirəm” deyə cavab verib. Bu cür kobudluqla cavab verməsinin arxasında hansı təkəbbürlü qüvvə dayanır? Yəni, Xanış həkim artıq ölkə rəhbərliyini də heçə sayır?

Məmur özbaşınalığı yalnız bununla kifayətlənsəydi məsələnin həllini tapmağa nə var idi ki? Xanış həkimdən dala qalmaq istəməyən Salyan rayon Polis İdarəsinin rəisi Cəbrayıl Vəliyev Coşqunun:- “Təhmasib müəllim çox gözəl insan idi. Mənə kömək edirdi” sözündən bərk qəzəblənib Salyan rayon rəhbəri Sevindik Hətəmov və əlaltıları tərəfindən qəhramanımız barəsində yazılan senaridə öz “şərəfli” rolunu oynamağa başladı. Coşqunu iş otağında qəbul etməkdən imtina edən Sevindik Hətəmovu, yas mərasimində dərdini söyləməklə narahat etdiyi üçün elə oradaca həbs etdirir. Bu arada mətləbdən kənar düşməmək şərtilə yuxarıda adından bəhs etdiyimiz Təhmasib müəllim kimdir? Coşqun ətrafında hadisələrin başladığı zaman Salyan rayon Polis İdarəsinin rəisi idi. Təranə xanımın söylədiyinə görə ağır vərəm xəstəsi övladının səbəbsiz yerə 30 gün həbs edilməsinə dözə bilməyib istər ana, istərsə də oğul özlərini öldürmə həddinə gəliblər. Bu məqsədlə Coşqun özünü yataq ağı ilə boğmaq, Təranə xanım isə kəsici alətlə damarlarını doğramaqla intihara cəhd ediblər. Hadisədən xəbərdar olan Təhmasib müəllim Salyan Rayon İcra Başçısının müavini Etibar müəllimlə şəxsən telefon əlaqəsi yaradıb, ailəyə kömək etməyin vacib olduğunu bildirib. Lakin Etibar müəllim polis rəisinin “gərəksiz, boş-boş” işlərlə məşğul olmasından narazı qalıb. Bəlkə elə buna görə adı gedən qeyri-bərabər “müharibə”də tək ədalətli mövqe tutan Təhmasib müəllim sıradan çıxarılıb, yerinə başçının dirijor çubuğu ilə durub-oturan Cəbrayıl Vəliyev təyin edilib? Cəbrayıl Vəliyev isə “təhlükəli cinayətkarı” zərərsizləşdirmək üçün qollarını çırmalayıb, işə girişir.

Coşqunun doğru danışan dilini kəsmək üçün ən sərfəli vasitənin ona ruhi xəstə diaqnozunun qoyulmasında görürlər. Bu məqsədlə Salyan rayon Polis İdarəsinin əməkdaşları Təranə xanımın evinə hücum edib məcburi şəkildə, hədə-qorxu yolu ilə oğlu Coşqunun ruhi xəstə olması və onun 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə almasına etiraz etməməsi barədə sənədə imza atdırıblar.Bundan sonra Coşqun dörd dəfə xeyli vaxt 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicələr alıb. Hətta ananın söylədiyinə əsasən ona təyin olunan dərmanların ağır təsiri nəticəsində oğlunun əl və ayaq sinirlərində uzun zaman müşahidə olunan qıcolmalar, halsızlıqlar baş verib. Qeyd etdiyimiz məsələnin bir tərəfi. Gəlin hadisələrə digər tərəfdən yanaşaq. Əgər Coşqun Nuriyev həqiqətən də ruhi xəstəlikdən əziyyət çəkirsə və bu məqsədlə dönə-dönə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında uzun zaman, konkret olaraq dörd dəfə “qonaq” edilibsə, bəs nə üçün əlilliyin təyin olunması üçün sənədləri TSEK-na göndərilməyib? Məgər bu fakt kifayət qədər qaranlıq işlərdən xəbər vermir? Qaranlığını, qanunsuzluğunu araşdırmaq məqaləmizin mövzusu olmadığı üçün bu barədə yazmağı sonraya saxlayaq. Keçək Coşqunu müalicə edən Faiq həkimin cavabına. Təranə xanımın müraciətinə və bizə bildirdiyi faktlara əsaslanıb Faiq həkimlə telefon əlaqəsi yaratdıq. Həkim bildirdi ki,:-“Coşqunda əvvəllər ruhi xəstəliyin sindromları olub, yəni, davranış pozuntusu halları. İndi 48 saat içərisində yoxlamadan keçirib sağlamlığı imkan verərsə burada saxlamayacayıq. Digər bir tərəfdən isə onun əsas xəstəliyi ağ ciyər xəstəliyinin əlamətləridir.” Həkimin cavabından çox maraqlı bir hal ortaya çıxır.Öncə onun əqli durumuna qoyulan diaqnoza baxaq. Tibb tarixində hələ elə bir hadisə baş verməyib ki, ruhi xəstəlikdən müalicə olunub sağlamlığına qovuşan xəstə nümunə olaraq göstərilsin. Elə isə Coşqun hansı müalicə metodu ilə və ya nəyin sayəsində əqli sağlamlığına qovuşdu? 06 avqust 2019-cu il tarixində ruhi xəstə kimi komissiyanın baxışından keçib. Anası komissiyanın qərarını tələb etdikdə isə heç bir rəsmi sənəd təqdim olunmayıb və Coşqun xəstəxanadan buraxılıb. O ki, qaldı vərəm xəstəliyi ilə bağlı Faiq həkimin ağ ciyər xəstəliyinin əlamətləri adlandırdığı diaqnoza, Xanış həkim onun vərəmin ağır formasından,hətta qan qusması hallarından əziyyət çəkməsi halını təsdiqləyir. Elə isə iki həkim həmkarın biri-birinin ziddinə getməsində hansı maraqlar dayanır? Nəhayət, xəstəxanadan çıxan Coşqun rayona qayıdır. Qayıdışından narahat olan İcra Başçısı və əlaltıları təcili tədbirlər görmək qərarına gəlirlər. Xəstəxanadan çıxan Coşqun maddi sıxıntıları səbəbilə Salyan rayon İcra Başçısının müavini Rəşad müəllimə telefon zəngi edib, ondan kömək göstərilməsini xahiş edir.Rəşad müəllim isə öz növbəsində onun İcra Hakimiyyətinə gəlməli olduğunu söyləyib. Rəşad müəllimin vədinə inanan Coşqun İcra Hakimiyyətinə gəlir. İcra hakimiyyətinin həyətində oturub qəbula girəcəyini gözlədiyi zaman Salyan rayon Polis İdarəsinin əməkdaşları səbəbsiz, sübutsuz ona yaxınlaşıb. Onlarla şöbəyə getməsini tələb edirlər. Şöbəyə gətirildikdən sonra isə onu yenidən yəni xəstəxanadan buraxılandan bir həftə sonra yenidən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına gətirirlər. Oğlunun evə qayıtmamasından narahat olan ana Coşqunun telefonuna zəng edir. Təranə xanıma oğlunun yenidən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərildiyi bildirilir.Baş verənlərlə bağlı qarşı tərəf olaraq Rəşad müəllimlə telefon əlaqəsi yaratdıq. O isə bizim suallarımıza qısaca olaraq deyilənləri inkar etməklə münasibət bildirdi. Redaksiyamızda olan zaman Təranə xanımdan bunun səbəbini soruşduqda qeyd etdi ki, Coşqun 06 avqust tarixində xəstəxanadan buraxılan zaman həkimlər bərk-bərk tapşırıq veriblər ki, “Get, dilini dinc saxla. Birdə bura qayıtsan sənin üçün yaxşı olmayacaq”. Təranə xanımın sözündən sonra düşünməmək mümkün deyilki, Salyan rayon İcra Başçısı ağır vərəm xəstəsi olan bir gəncdən bu qədər qorxmasına səbəb nədir? Bəlkə haqq-həqiqəti çəkinmədən söyləməsi? Əslində belə düşünürük ki, Coşqun özü Salyan Rayon İcra Hakimiyyəti üçün böyük təhlükə deyil. Sadəcə kənardan onu izləyən Salyan əhalisinin bir gün qalxacaq qəzəbi onları qorxudur. Yəqin elə bu səbəblə Salyan Rayon İcra Başçısı Sevindik Hətəmov əhali arasında elə bir xof yaradıb ki, haqqı söyləyən hər kəs rayondan qaçmağa üz tutub. Geriyə, öz doğma ailələrinə qayıtmağa qorxurlar. Yəqin düşünürlər ki, xəstə sakininə belə davranan başçı, sağlamının başını edam kötüyünə yatırar.

Ölkə prezidenti sonuncu müşavirələrinin birində yenə də təkrar-təkrar rayon rəhbərlərinə rəhbərlik etdikləri rayonun əhalisinin xidmətində ləyaqətlə dayanmaq üçün göstərişlər verdi. Olmaya digər rayonların rəhbərləri kimi Salyan rayonunun rəhbəri Sevindik Hətəmov da Prezidentin çıxışı zamanı yuxuya getmişdi bəlkə? Müşavirədə yuxuya getməsindən əmin olmasaq da rəhbəri olduğu rayonda vəzifə kürsüsündə yatmağından əminik. Elə olmasa idi rayonun səhiyyəsindən, maarifindən, kənd təsərrüfatından, sosial sahədə olan problemlərindən və.s çoxsaylı şikayətlər dolanıb Bakıya, “DoğruXeber.az”ın redaksiyasına gəlib çıxmazdı. Lakin biz Sevindik müəllimi yatdığı “qəflət yuxusu”ndan ayıltmaq üçün Salyan rayonunda baş verənlərlə bağlı mərhələli olaraq saytımızda yer alacaq yazılarımızla ayıltmaq “missiya”sını üzərimizə götürürük. Missiyamızın sorağının Sevindik Hətəmova çatmasa da ölkə prezidentinə çatacağından əminik.Məqalədə qeyd olunanlar Təranə Nuriyevanın dediklərinə istinadən qələmə alındı. Qarşı tərəfin də fikirlərini dinləməyə və çap etməyə hazırıq.

“DoğruXeber.az”

Tarix:21-08-2019, 17:12 Baxış Sayı:98 Kateqoriya:gundem / sosial / hadise / bolge / maraqli / video / ustxeber
SON XƏBƏRLƏR
Azərbaycana külli miqdarda qanunsuz dərman gətirilməsinin qarşısı alınıb
Hər gün yediyimiz bu qidalar xərçəngi yaradır – Araşdırma (Video)
Tərtər sakinlərindən odlu silah götürülüb
Sabahın hava proqnozu
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı: "Çörək pulu" adı ilə bu variantlara əl atırlar"
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?
Polis zabiti yol qəzasında həlak oldu
İşinizi bilmirsinizsə, barı insanlığı öyrənin - Video
Azərbaycanda saytlarda informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq əks olunacaq - Yeni qayda gəlir
Balakəndə naməlum xəstəliklə bağlı RƏSMİ AÇIQLAMA
"Kimsə fahişə ilə evlənmək istəyirsə, evlənə bilər" – Taleh Yüzbəyov
“Google”un fəaliyyətində problem yaranıb
Ermənilər cəbhəyanı ərazilərimizi atəşə tutdu
XIRDALAN ŞƏHƏR 10 SAYLI TAM ORTA MƏKTƏBDƏ “İLK ZƏNG”
Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi
Əliheybət Şirinov Cəbrayıl rayon məcburi köçkününə diriykən qəbir qazdırdı-İddia
Bakı polisindən vətəndaşlara mənzil oğruları ilə bağlı XƏBƏRDARLIQ
Bakı mağazalarında müştərilərin başına necə oyun açırlar? - Diqqətli olun - Video
Azərbaycanda 79 mindən artıq körpə doğulub - Oğlanların sayı yenə üstələdi
Dünya bu türk qadından danışır – Atası öldükdən sonra Avropada bir ilki gerçəkləşdirdi
Yol polisindən daha bir çağırış
Tərtər, Ağdam və Füzulinin kəndləri atəşə tutuldu - ERMƏNİ TƏXRİBATI
Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin daşınmasına başlanıldı
Ən varlı azərbaycanlı "lotu"ların SİYAHISI - "Lotu Quli" liderdir
İsmayıllıda ayının hücumuna məruz qalan 69 yaşlı kişi evə buraxılıb
Bu gün 164 mindən çox şagird birinci sinfə gedir
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
DYP və BNA sürücülərə xəbərdarlıq etdi – VİDEO
Bu gün Azərbaycanda TV və radio işləməyəcək

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla