Kürdəmirdə sadə sahibkarların mülklərini qəsb edən iri məmurlar kimlərdir

Kürdəmirdə sadə sahibkarların mülklərini qəsb edən iri məmurlar kimlərdir





Dahi Nizaminin "Ənüşirəvanla bayquşların söhbəti" əsəri çoxlarınıza tanışdır. Ona görə də biz bu hekayəti təkrarlamaqla sizlərin dəyərli vaxtınızı almaq fikrində deyilik. Çünki, sizləri hali etmək istədiyimiz mətləb yuxarıda adını qeyd etdiyimiz hekayəni kölgədə qoyacaq. Elə isə diqqətlə bizlərə qulaq verin, biz də Kürdəmir rayonunun əhalisinin dövlətin qanunlarından tamamilə uzaq, kriminal qanunlarla idarə olunan həyatlarından bəhs edən bir hekayətə başlayaq.

"DoğruXeber.az" redaksiyasının ünvanına üz tutan və başına gətirilən müsibətləri bizlərlə bölüşən Mirzəliyev Firuz Ata oğlu Kürdəmir rayonunun qeyri-sivil üsul-idarəsinin qurbanlarındandır. Biz isə öz növbəmizdə onu dinləyib, söylədiklərinə əsasən qələmimizi əlimizə aldıq.

Ölkə prezidentinin qayğısından yararlanıb, Kürdəmir rayonunda fermer təsərrüfatı yaratmaq qərarına gəlir. Bu məqsədlə Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən 170 hektar torpaq sahəsini icarəyə götürüb heyvandarlıqla məşğul olmağa başlayır. Heç iki il işləməmiş, yəni 2017-ci il tarixində "Azər toxum" MMC Kürdəmir rayon İcra başçısı Ceyhun Cəfərov və onun müavini Ənvər müəllimin vasitəsi ilə fermerin xəbəri olmadan şumlanıb, əkilir. Necə deyərlər, bir torpağa iki "adaxlı" sahiblənir. Birinci "adaxlı" hesab olunan Firuz Mirzəyev qanunla qorunan haqqını müdafiə etmək üçün Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət edir. “Böyük balıqlar kiçik balıqları udur” prinsipini həyat devizinə çevirmiş və oliqarxlıq iddiasına düşmüş şəxslərlə şahmat taxtası arxasında əyləşən Ceyhun Cəfərov sadə xalqın nümayəndəsi F.Mirzəyevi qarışqa zənn edib əzənlərlə əlbir olur. Dərdini götürüb Kürdəmir rayon İcra başçısının yanına gedəndə və ondan mədət umanda fermer haradan bilsin ki, başçı “torunu tonluq balina ovu üçün atıb”. Kiçik fiqurlarla söhbət etmək onun məslək kariyerasında “dəyərsiz vaxt itkisidir”. Başçının görüşündən ümidini kəsən Firuz bəy İcra başçısının müavini Ənvər müəllim və "Azərtoxum"un rəisi Məzahir müəllimin qəbulunda olur. Onlarsa öz növbələrində timsah göz yaşları tökərək, günahkar olmadıqlarını, ölkə prezidentinin göstərişlərini yerinə yetirdiklərini söyləyiblər. Hətta ona bildiriblər ki, icarəyə götürdüyü torpaq sahəsi prezidentin yaxın adamı tərəfindən hədəflənib və orada tikinti işləri aparılacaq. Firuz Mirzəyevin dövlətdən kredit götürməklə külli miqdarda maddi vəsait sərf edib yaratdığı fermer kompleksi cəmi 5000(beş min) manat dəyərində hesablanıb, hədə-qorxu yolu ilə razılaşma protokoluna imza atdırılıb. Onlar isə, yəni "Azəraqro" MMC-nin direktoru Hacı Mikayıl, "Azərtoxum"un rəisi Məzahir və Sahib adlı şəxslər Firuzun əmlakının dəyərinin qalan hissəsini tezliklə ödəyəcəklərini vəd ediblər. O vəd bu vəd, üzərindən bir ildən artıq vaxt ötüb, amma ödənişdən səs-soraq yoxdur ki, yoxdur. Pulunu tələb etdikdə isə:- "Pulu Rauf müəllim ödəməlidir" deyə başdan ediblər. Bəs bu Rauf kimin kimsəsidir, tanış olaq.

Məlum oldu ki, Rauf adlı səxs "Azərtoxum"MMC-nin rəhbəri Zeynal Əliyevin oğlu,Rövnəq Abdullayevin kürəkənidir. (Buradan bir haşiyə çıxmaq istərdik. Qısa zaman öncə Rövnəq Abdullayevin oğlunun bir milyonluq saatı ətrafında geniş müzakirələr olmuşdu) Maraqlı tərəf ondan ibarətdir ki, yuxarıda adlarını sadaladığımız şəxslər bir ildir Raufun qəbuluna düşməyə imkan edə bilmirlər. Yəqin Rauf çox dövlət əhəmiyyətli işlərlə məşğul olduğu üçün vətəndaşları unudub. Ya da atası Zeynal Əliyevə özünü prezidentin yaxını kimi qələmə verməklə növbəti “qurbanlar” hədəfləməsinə köməklik edir. Görünür, Zeynal Əliyev Rövnəq Abdullayevlə quda olduğu üçün onun sərvəti, səlahiyyəti ilə ayaqlaşmağa çalışır. Bu məqsədlə də asan və gəlirli planlar haqqında düşünməyi qarşısına məqsəd qoyub. Planlarını həyata keçirməyin ən asan yolu isə özünü ölkə rəhbərinin yaxını kimi təqdim etmək qərarına gəlib. Necə olsa qudalar bir masa arxasında toplananda oğul atası kimi Rövnəq Abdullayevdən geri qalmaq istəmir. Odur ki, “Burda mənəm Bağdadda kor xəlifə” deyib Kürdəmir rayon rəhbərliyinin köməyi ilə on beş fermerin təsərrüfatını əllərindən alıb, özünün əmlakına çevirir. Təkrar-təkrar qeyd edirəm ki, məqsədinə çatmaq üçün seçdiyi silahı da “Prezidentin yaxını olması” yalanıdır. Onun bu yalanını isə Ceyhun Cəfərov fermerlərə sırımağa cəhd edib, onları halal mülklərindən uzaqlaşdırmağı asanlıqla bacarır. Zeynal Əliyevin yenilməz qüvvə, kürəyi yerə gəlməyən varlıq olduğundan xof yaşayan fermerlər şəxsi təsərrüfatlarına təklif olunan əmlaklarının maya dəyərindən qat-qat az təklif olunan vəsaitlə razılaşıb “meydanı tərk edirlər”

Əsla düşünməyin ki, Zeynal Əliyevin məharətlərini sərgiləməklə əsas fikrimizdən yayındıq. Düşündünüz ki, şikayətçinin problemi bununla bitdi? Qətiyyən. Şəxsi vəsaiti hesabına 7 km məsafədən yaratdığı fermer təsərrüfatı üçün elektrik xətti çəkib gətirən F.Mirzəyevin təsərrüfatı dağıdıldıqdan sonra özəl əmlakı hesab olunan elektrik avadanlıqlarının istifadəsini dayandırmaq məqsədilə Kürdəmir rayon Azər-işığa müraciət edir. Lakin onun müraciətini qulaq ardına vururlar. Mingəçevir-Aran Regional üzrə “Azərişıq”ın rəisi Saleh Abdullayev vətəndaşın icazəsi olmadan şəxsi əmlakından istifadə etməklə elektrikin verilməsini davam etdirir. Hətta vətəndaşın söylədiyinə əsasən Saleh Abdullayev Kürdəmir rayon “Azərişıq”ın rəisi Mirkazım müəllimə tapşırıq verib ki, vətəndaşın elektrik verilməsinin dayandırılması ilə bağlı tələb etdiyi arayışı qəti şəkildə verilməsin. Özünü isə adı gedən əraziyə buraxmırlar. Saleh Abdullayevlə telefon əlaqəsi yaradan F. Mirzəyev yenidən görüş üçün Mingəçevirə çağırılır. Lakin görüşə özü deyil, özünü S.Abdullayevin müavini kimi tanıdan Rauf adlı şəxs çıxır. Qısaca olaraq onun müraciətini "xəttin qoşulması yuxarıdan tapşırılıb" deyə, başından edir. Əli ətəyindən uzun halda Bakıya qayıdan şikayətçimiz "Azərişıq"a müraciət edir. "Azərişıq"da qanun onun tərəfində olduğunu, S.Abdullayevin özbaşınalıq etdiyi bildirilsə də çox təəssüf ki, vətəndaşın şəxsi əmlakının mənimsənilməsinə son qoyulmayıb. Eləcə “Azərişıq”ın özbaşınalıq edən işçisi S.Avdullayevə "gözün üstə qaşın var" belə deyilməyib. Təbii ki, "Azərişıq"ın idarəçiliyinin bərbad halından xəbərdar olan S.Abdullayev də bildiyini edib. Bəlkə də bildiyini etdiyi adlandırdığımız adamın hərəkətlərinin arxasında maddi maraqlar dayanıb ki, bu da "Azərişıq"ın döşünə yatır.

İndi yenidən qayıdaq hekayətimizin başlanğıcına. Yazımızın əvvəlində qeyd etdik ki, Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşa hədə-qorxu gəlib, icarəyə götürdüyü ərazidə şəxsən İlham Əliyev cənablarının tapşırığı ilə yaxınlarının tikinti aparacağı bildirilmişdi. İnşa edib, işə saldığı fermer təsərrüfatı tam gücü ilə işə başladıqdan sonra yaranan həsəd və ya paxıllıq hissindən nəyin bahasına olursa-olsun əlindən almağı planlaşdıran qüvvələrin ölkə prezidenti adından danışmaqları nə qədər acınacaqlıdır, deyil mi? F.Mirzəyev min bir zəhmətlə və borcla yaratdığı təsərrüfatından qovulub çıxardılandan sonra orda yenidən başqa birisinin fermer təsərrüfatı ilə məşğul olması və buna şərait yaradan Kürdəmir Rayon İcra başçısı Ceyhun Cəfərov açıq-aşkar ölkədə vətəndaşlarla prezident arasında qarşıdurma yaratmağa çalışan qüvvələrdəndir. Əgər belə olmasaydı, başçı rəhbərlik etdiyi rayonda ölkə rəhbərliyi adından baş vermiş belə bir biabırçılığa şərait yaratmazdı. Bəzi qara qüvvələrlə əlbirlik edib, prezidentin xalqla olan münasibətlərinə kölgə salmağa cəhd etməzdi.

Məqaləmizin sonunda oxucularımıza bəlkədə qaranlıq qalan “Ənüşirəvanın bayquşlarla söhbəti” hekayətini niyə xatırlatdığımızın səbəbini izah edək ki, fikrimizə aydınlıq gəlsin. Ənüşirəvan çox ədalətli, adil hökmdar idi. Çox təəssüflər olsun ki, etimad göstərib, xalqının taleyini tapşırdığı məmurları acgöz, harın, nankor idilər. Onların doymaz tamahları üzündən xalq evini-eşiyini tərk edib gedir, şəhərlər, kəndlər boşalıb xarabaya dönür. Xalqının halından xəbərdar olmaq məqsədilə ölkəni gəzməyə çıxan şah gördüklərindən və bayquşların söhbətindən çox mütəssir olur. Biz də əminik ki, biz jurnalistləri özünün dostu adlandıran İlham Əliyev cənabları bizim vasitəmizlə Kürdəmir rayonunda sadə xalqa zülm edən başda İcra başçısı olmaqla, buyruq qullarına, oliqarxlıq iddiasına düşən harın məmurlara, düşüncələrində xanlıq dünyası qurub, əyan-əşrəf xülyasına düşən yolunu azmışlara laiq olduqları cəzanı düşünəcəkdir.
Məqalədə adları qeyd olunan şəxsləri dinləyib, fikirlərini dərc etməyə hazırıq.

“DoğruXeber.az”

Tarix:22-08-2019, 11:19 Baxış Sayı:106 Kateqoriya:gundem / sosial / hadise / bolge / maraqli / ustxeber
SON XƏBƏRLƏR
Bakı Sumqayıt magstral yolda ağır yol qəzası baş verib-Video/Foto
Maraqlı üsulla narkotik keçirmək istədi, tutuldu - Azərbaycanda
“Atam da çəkən idi” - Narkotikə görə tutulan “Səbiş”
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb
İsa Qəmbəri 2003-cü ildə necə aldadıblar? — Sirlər AÇILIR
Vasif Talıbov özünü yeni vəzifəyə TƏYİN ETDİ
Onlar universitetə qəbul olsalar da, imtina etdilər
DYP-dən yük avtomobillərinin şəhərə girişinə məhdudiyyət
"Toyuq-cücə saxlayıram" — Sabiq Aparat rəhbəri
Naməlum ölümcül xəstəlik aşkar edildi — Artıq ilk qurban var
Sosial şəbəkədən çox istifadə edənlər üçün “Nar”dan əla fürsət!
Maksin Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
Bakıda yeznəsinə yeddi bıçaq vuran şəxsə hökm oxundu
Keçmiş məhkum: Kameralarda qızlar bir-birinə “şram atır”, qaynar çaydan tullayırlar – VİDEO
Gəncədə 18 yaşlı qız evdən qaçdı
İctimai iaşə müəssisələrinin sahiblərinə ciddi xəbərdarlıq edildi
İntihar edən Elinanın anasının insanları ŞOK edən yazışması yayıldı – FOTO
Avtomobilində dərman qutusu olmayan sürücülər CƏRİMƏ OLUNACAQ – MƏBLƏĞ
Mikayıl Cabbarov bu nazirliyin rəqəmlərini şübhə altına aldı
Azəriqaz yarıtmaz xidmətinə birdə azyaşlıları ortaq etməyə çalışır
“Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur”
Ermənistanda hərbçi intihar etdi
Cəbhədən XƏBƏR VAR - Müdafiə Nazirliyi
SON DƏQİQƏ! Türkiyədə dəhşətli terror aktı — Ölülər və yaralılar var
“Google” Fransa hökumətinə 965 milyon avro ödəyəcək
Qorxmaz Huseynov ağır itki verdi
Azərbaycanda insanlar ən çox nədən zəhərlənir? - AÇIQLAMA
Nazir Sami Yusufun ifasından danışdı: Bunu qəsdən etmişik
Bakıda taksi sürücüsünün başına oyuna açan qadına hökm oxundu - Foto
36 yaşlı kişi döyülüb bıçaqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla