Cəbrayılsız tarix olan 26 il - Video

Cəbrayılsız tarix olan 26 il - Video





Torpaq dediyin bir ovuc toz yığınıdır. Torpaq dediyin çirkli palçıqdır. Bir də torpaq dediyin və üzərində azad gəzə bildiyin vətəndir. Vətən elə bir yuvadır ki, Allahın şüursuz yaratdığı canlılar, bitkilər belə ona həsrət çəkər. Ondan uzaq düşdükdə solar, məhv olar. Bəs biz, Yaradanın ən alisi olan insan vətənsiz necə yaşayaq?

İyirmi altı il bundan öncə 23 avqust tarixi Cəbrayıl əhalisi və eləcə də bütün xalqımız üçün acı bir gün olaraq tarixi qeydlərə keçdi. Rus havadarlarının köməyinə arxalanan nankor erməni qonşularımız tarixi torpaqlarımız olan Cəbrayıl üzərinə hücuma keçdilər. Cəbrayılın say-seçmə oğulları silaha sarılıb vətənin müdafiəsinə qalxdılar. Qeyri-bərabər döyüşlərdə son sözləri“VƏTƏN SAĞ OLSUN” deyib, 392 igidimiz şəhidliklə vətənin torpağına qarışdılar. 11 nəfərin nə ölüsü, nə dirisi tapılmadı. 26 qadın qətlə yetirildi. Can qorxusundan deyil şərəf, namus itkisindən ailə-uşaqlarını “dişinə vurub” Arazı keçməklə İrana üz tutan Cəbrayıllılar vətəndə vətənsizlik yükü ilə dağlandılar. Cəbrayıl isə düşmən tapdağına çevrildi. Yurd bilmədi qaçqın övladlarının acı taleyinə göz yaşı töksün ya murdar erməni ayaqlar altında tapdanan şəhid oğullarının qanını torpağın dərinliklərinə hopdurub, qorusun.

Alınlarına qaçqınlıq həyatı yazılmış yurddaşlarımız Azərbaycanın müxtəlif bölgələrinə üz tutdular. Amma atalardan qalma dəyərli misal var. “El elə sığar, ev evə sığmaz”. Elinə sığınan Cəbrayıl əhalisi öz evlərini qurmağa, həyata yenidən tutunmağa, yaralarını sarımağa başladı.
Köçkün həyatında övlad böyüdüb ailə qururlar. Oğul evləndirib, qız köçürdürlər. Lakin ən xoş günlərində belə qəlblərindəki vətən sızıltısı ötüb keçmədi. Cəbrayılın gözəl təbiəti, axarlı-baxarlı çayları, meyvə bağları hər gecə yuxularına gəldi. Yuxularda xoşbəxt oldular. Yuxularda vətənli oldular. Yuxularında vətəndəki xoşbəxt həyatlarına son qoyan güllə səsləri ilə hər gecə diksinib ayıldılar. Gerçək acı həqiqət olan köçkün olduqlarını xatırladılar.
Ömürləri boyu bir gün olsun Cəbrayılsız yaşamayan insanlar vətən xiffətindən köçkünlük həyatında “Cəbrayıl” deyib, dünyalarını dəyişdilər.

Bu gün Cəbrayıldan uzaqda Cəbrayılsız Cəbrayıllı olan nəsil yetişir. Ata yurdlarını xəritədən tanıyan bu gənclər atalarının, analarının, baba-nənələrinin acılı-şirinli xatirələri ilə Cəbrayılı xəyallarında canlandırırlar. Köçkünlük həyatı başlayan zaman gənc olan valideynlərinin artıq yaşlaşmış hallarında hər gün vətənə dönəcəkləri, bir dəfə də olsun o torpaqlarda gəzə biləcəkləri arzularının şahididirlər.

Nə yazıqlar olsun ki, doğmalarının bu istəklərini yerinə yetirə bilmirlər. Lakin yerinə yetirə biləcəkləri çox vacib vəzifələri olduqlarını unutmamalıdırlar. O vəzifələri ki, yaşadığımız Rus imperiyasının saxta qardaşlıq nağıllarının yerinə ermənilərin xalqımız üçün əzəli və əbədi düşmən olduğu həqiqətini əsla unutmasınlar. Düşmənin nankor, xain, yaltaq olduğu həqiqətini övladlarına təbliq etsinlər. Şəhid rayonunda şəhid babasının bir gün geri dönəcəyini gözləyən ruhu qarşısında borclu olduqlarını unutmasınlar. Borclarını babalarının qanını qisası ilə ödəyib 26 illik həsrətə son qoymağa borclu olduqlarını həyat devizi etsinlər. Bu yalnız bu gün işğalında 26 il ötən Cəbrayıllılar üçün deyil, bütün bir xalq üçün vacib vəzifədir. Vəzifəmizi unudub, vətənə borcumuzu verə bilməsək üzərində yaşadığımız bu torpaq vətən deyil, bir ovuc toz yığını olacağ. Murdar erməni leşlərinin gömüldüyü iyrənc palçıq olacaq.

Sən vətən övladı! Onu da unutma ki, vətən kasıblar üçün dəyərli və tək sərvətdir. Odur ki, onu qorumaq üçün varlının nəyinki canından, cüzi varından belə keçəcəyinə əsla ümid etmə. Çünki, dədələrimiz boşuna söyləməyib:-“Ya dövlət, ya qeyrət”. Qeyrətə boğulan kasıb vətən övladı, vətən üçün ŞƏHİD oldun. Allah qərargahında məqama ucalan zaman, dövləti ilə günahları satın alan bu gün ki, məmur övladları Cəhənnəmi özlərinə “vətən” edirlər. Biz Cəbrayıllıların isə hər iki aləmdə Cənnətimiz Cəbrayılımızdır.

QİSAS QİYAMƏTƏ QALA BİLƏRMİŞ

Doğma yurd-yuvamı talayıb yağı,
Çəkib sinəmizə ayrılıq dağı.
Bilməzdim Zəngəzurla Qarabağı,
Fərsiz ermənilər ala bilərmiş,
Qisas qiyamətə qala bilərmiş.

Bir milyon soydaşım olub didərgin,
Otuz il çarəsi yoxdur bu dərdin.
Bu durum yaşanır hələ də gərgin,
Görəsən kim əlac qıla bilərmiş?
Qisas qiyamətə qala bilərmiş.

Batıbdır minlərlə şəhidin qanı,
Dinmir nakəslərin susan vicdanı.
Haylar təhqir edir Azərbaycanı,
Nə qədər alçalmaq ola bilərmiş?
Qisas qiyamətə qala bilərmiş.

Hər yanda xalqıma verilir zülüm,
Oxumur bülbülüm, açılmır gülüm.
Hətta Şuşamızda Xarı Bülbülüm,
Həsrət çəkə-çəkə sola bilərmiş,
Qisas qiyamətə qala bilərmiş.

Nur saçmır yurdumun çıraq şöləsi,
Xalqımı susdurub düşmən tələsi.
Çiynimdən asılıb hicran şələsi,
Qəlbə qisas hissi dola bilərmiş,
Qisas qiyamətə qala bilərmiş.

Məəttəl qalıram geri baxanda,
Türkün dəstəkçisi hanı cahanda?
Namərd supergüclər bizi sıxanda,
Milçək fili tora sala bilərmiş,
Qisas qiyamətə qala bilərmiş.

Dünya siyasəti dönüb him-cimə,
Yüz ildir Vətənim çevrilib “yem”ə.
İblisə güvənən haylar sən demə,
Surun düdüyünü “çala” bilərmiş,
Qisas qiyamətə qala bilərmiş.

İlahi, bu necə olan bir işdi,
Qisas qiyamətə qalanmı işdi?
Dərdim dərd içində qıvrıldı, şişdi,
Dil susub yuxuya dala bilərmiş,
Qisas qiyamətə qala bilərmiş.

Yaqubun köksünü dağlayır ahı,
Qəlbində çalınmır şuru, segahı.
Nə vaxt alınacaq elin gorgahı?
Məğrur ağ saçını yola bilərmiş,
Qisas qiyamətə qala bilərmiş.


“DoğruXeber.az”

Tarix:23-08-2019, 16:03 Baxış Sayı:80 Kateqoriya:gundem / sosial / bolge / ustxeber
SON XƏBƏRLƏR
Bakı Sumqayıt magstral yolda ağır yol qəzası baş verib-Video/Foto
Maraqlı üsulla narkotik keçirmək istədi, tutuldu - Azərbaycanda
“Atam da çəkən idi” - Narkotikə görə tutulan “Səbiş”
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb
İsa Qəmbəri 2003-cü ildə necə aldadıblar? — Sirlər AÇILIR
Vasif Talıbov özünü yeni vəzifəyə TƏYİN ETDİ
Onlar universitetə qəbul olsalar da, imtina etdilər
DYP-dən yük avtomobillərinin şəhərə girişinə məhdudiyyət
"Toyuq-cücə saxlayıram" — Sabiq Aparat rəhbəri
Naməlum ölümcül xəstəlik aşkar edildi — Artıq ilk qurban var
Sosial şəbəkədən çox istifadə edənlər üçün “Nar”dan əla fürsət!
Maksin Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
Bakıda yeznəsinə yeddi bıçaq vuran şəxsə hökm oxundu
Keçmiş məhkum: Kameralarda qızlar bir-birinə “şram atır”, qaynar çaydan tullayırlar – VİDEO
Gəncədə 18 yaşlı qız evdən qaçdı
İctimai iaşə müəssisələrinin sahiblərinə ciddi xəbərdarlıq edildi
İntihar edən Elinanın anasının insanları ŞOK edən yazışması yayıldı – FOTO
Avtomobilində dərman qutusu olmayan sürücülər CƏRİMƏ OLUNACAQ – MƏBLƏĞ
Mikayıl Cabbarov bu nazirliyin rəqəmlərini şübhə altına aldı
Azəriqaz yarıtmaz xidmətinə birdə azyaşlıları ortaq etməyə çalışır
“Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur”
Ermənistanda hərbçi intihar etdi
Cəbhədən XƏBƏR VAR - Müdafiə Nazirliyi
SON DƏQİQƏ! Türkiyədə dəhşətli terror aktı — Ölülər və yaralılar var
“Google” Fransa hökumətinə 965 milyon avro ödəyəcək
Qorxmaz Huseynov ağır itki verdi
Azərbaycanda insanlar ən çox nədən zəhərlənir? - AÇIQLAMA
Nazir Sami Yusufun ifasından danışdı: Bunu qəsdən etmişik
Bakıda taksi sürücüsünün başına oyuna açan qadına hökm oxundu - Foto
36 yaşlı kişi döyülüb bıçaqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla