Nazirin xalqın gözü qarşısında ağ yalanı - Video

Nazirin xalqın gözü qarşısında ağ yalanı - Video





Yayın bu istisində qatıqdan, qaymaqdan, ayrandan söz salıb, susuzluqdan yananların lap ürəyini yandırdıq. Heç belə də “insafsız”lıq olar edirik? Biz “DoğruXeber az.” olaraq bulaq başında kabab üstən ayran arzusunda olanların iştahını qabartmaqla “insafsız”lıq edirik. Bəs ayran,qatıq istehsal etmək istəyən əsl zəhmətkeş insanlara edilən insafsızlıqdan xəbəriniz varmı?Yoxdursa qulaq verin, “pıçıldayaq”

Ölkə prezidenti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə Respublikada dövlət proqramı olan “Özünə məşğulluq” layihəsindən xalqın yararlanması üçün müvafiq tədbirlərin həyata keçirməsinə köməklik edilməsi missiyasını tapşırıb. Layihədə əhalinin fiziki qüsurlu olan nümayəndələrinə, müharibə veteranlarına, şəhid ailələrinə, Qarabağ köçkünlərinə daha çox üstünlük verilməsi diqqət mərkəzində olması vacib fakt kimi diqqətdə saxlanılıb. Dövlətin xalqına yaratdığı belə gözəl fürsəti dəyərləndirmək istəyən Samux, Ağsu, Ucar,Yevlax, Bərdə, Xaçmaz rayon əhalisi üz tutdu ƏƏSMN-i nazirliyinə ki, kiçik heyvandarlıq təsərrüfatı yaratsınlar. Nazirliyin “yüksək ixtisas”lı heyvandarlıq mütəxəssisləri əhali arasında işin necə təşkil olunması barədə seminarlar təşkil etdikdən sonra nəhayət ki, çoxdan gözlədikləri mal-qara nazirlik tərəfindən ünvanlarına təslim edildi. İlk öncə nazirliyin göndərdiyi “hədiyyə”nin bir zarafat olduğunu zənn edən insanlar, nəhayət gerçək həqiqətin çılpaq üzü ilə qarşı-qarşıya qalırlar. Xəstə, arıq mal-qara ilə başları aldalılan vətəndaşlar arzusunda olduqları özünə məşqulluq fəaliyyətini unudub, əllərində, ovuclarında olan qalanı da verib, Allaha xatir ayaqda dayanmağa taqətləri olmayan heyvanları ölümdən xilas etməyə çalışırlar. Necə deyərlər, yağışdan çıxıb, yağmura düşdüklərini anlayan insanlar yenidən ƏƏSMN-nə üz tuturlar. Heç yerdən gəlirləri olmayan, ümidlərini “özünə məşqulluq” dövlət proqramına bağlayan insanların haqlı narazılığından qorxuya düşən nazir, əhaliyə payladığı arıq, xəstə iribuynuzlu heyvanları bir neçə vətəndaşdan geri alıb yararlı, sağlamları ilə əvəzləşdirir. Digər vətəndaşlar isə nə qədər tələb etsələr də nazir haqlı tələbləri qulaq ardına vurub. Əlləri yerdən-göydən üzülən vətəndaşlar üz tutub mətbuata ki, düşdükləri bəlanı ölkə ictimaiyyətinə çatdıra bilsinlər. Vətəndaşlar jurnalist kameralarına müsahibə verdikləri zaman, nazir də ölkə prezidenti qarşısında verəcək saxta hesabatını əzbərləməklə məşğul idi. Nəhayət görülən işin nəticəsinin prezidentin diqqətinə çatdırılması məqamı gəldikdə gənc nazir nə Allahdan, nə də ona etimad edən ölkə rəhbərindən utanmadan, pafosla işinin keyfiyyətindən bəhs edən yalanları sərgiləməyə başladı. “Bu qədər bu əlilə, bu qədər bu şəhid ailəsinə, bu qədər bu müharibə veteranına və.s mal-qara paylanıldı. Dövlətin “özünə məşğulluq” layihəsi uğurla yerinə yetirildi kimi ifadələrlə dolu saxta məlumatlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev Respublika nazirləri içərisində ən gənci hesab olunur. Onu belə gənc yaşında ölkə prezidentini və xalqı aldatmağa nə vadar edir? Əslində nə yox kim və ya kimlər vadar edir söyləsək daha da məntiqli olar. İllərdir nazir kürsülərində əyləşmiş, və kürsüdə də ölüb, o dünyada da nazirliyini davam etdirmək xülyasında olan nazirlərin saxta, şişirdilmiş əmsallarla dolu hesablarına baxanda düşündü ki, mən niyə onlardan geri qalım? Amma unutduğu həqiqət ondan ibarətdir ki, “yalan ayaq açar, amma yeriməz”. Biz isə hörmətli nazirin yadına onu salmaq istəyirik ki, siz sosial problemləri olan insanlarla işləyirsiniz. Taleyin amansız “zarafat”ı ilə onlar həyatlarında dəyərli olan nələrinisə həmişəlik itiriblər. Bu itkiləri onları daha həssas, kövrək edib. Məgər rəvamı ki, həssas qəlbli insanların duyğuları ilə oynamaq. Bu da yetməzmiş kimi, xalqın qarşısına çıxıb, onlara “yaratdığı” xoş güzərandan bəhs edən yalanlardan ibarət “nağıl”lar uydurub danışmaq? Bu yerdə biz susub sözü aldadılmış insanlara veririk. Onlar isə öz növbələrində bunu söyləyirlər:-“Cənab nazir! Bəsdir prezident qarşısında yalan hesabat verdiyiniz. Bəlkə də siz görməmisiniz. Amma biz hamımız kənd əhliyik. Qatıq görməsək də qatıqlı qab görmüşük. Sayənizdə qatığımız da olsun istədik, lakin sizin prezident qarşısında əsə-əsə yudurub dediyiniz yalandan sonra dil-dodağınız quruduğu üçün bütün qatıqları “ayran edib özünüz içdiniz. Amma baxın ki, bizim gözümüz qalmasın. Yoxsa boğazınızda qalar”.

"DoğruXeber.az”




Tarix:24-08-2019, 17:52 Baxış Sayı:99 Kateqoriya:gundem / sosial / hadise / maraqli / ustxeber
SON XƏBƏRLƏR
Bakı Sumqayıt magstral yolda ağır yol qəzası baş verib-Video/Foto
Maraqlı üsulla narkotik keçirmək istədi, tutuldu - Azərbaycanda
“Atam da çəkən idi” - Narkotikə görə tutulan “Səbiş”
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb
İsa Qəmbəri 2003-cü ildə necə aldadıblar? — Sirlər AÇILIR
Vasif Talıbov özünü yeni vəzifəyə TƏYİN ETDİ
Onlar universitetə qəbul olsalar da, imtina etdilər
DYP-dən yük avtomobillərinin şəhərə girişinə məhdudiyyət
"Toyuq-cücə saxlayıram" — Sabiq Aparat rəhbəri
Naməlum ölümcül xəstəlik aşkar edildi — Artıq ilk qurban var
Sosial şəbəkədən çox istifadə edənlər üçün “Nar”dan əla fürsət!
Maksin Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
Bakıda yeznəsinə yeddi bıçaq vuran şəxsə hökm oxundu
Keçmiş məhkum: Kameralarda qızlar bir-birinə “şram atır”, qaynar çaydan tullayırlar – VİDEO
Gəncədə 18 yaşlı qız evdən qaçdı
İctimai iaşə müəssisələrinin sahiblərinə ciddi xəbərdarlıq edildi
İntihar edən Elinanın anasının insanları ŞOK edən yazışması yayıldı – FOTO
Avtomobilində dərman qutusu olmayan sürücülər CƏRİMƏ OLUNACAQ – MƏBLƏĞ
Mikayıl Cabbarov bu nazirliyin rəqəmlərini şübhə altına aldı
Azəriqaz yarıtmaz xidmətinə birdə azyaşlıları ortaq etməyə çalışır
“Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur”
Ermənistanda hərbçi intihar etdi
Cəbhədən XƏBƏR VAR - Müdafiə Nazirliyi
SON DƏQİQƏ! Türkiyədə dəhşətli terror aktı — Ölülər və yaralılar var
“Google” Fransa hökumətinə 965 milyon avro ödəyəcək
Qorxmaz Huseynov ağır itki verdi
Azərbaycanda insanlar ən çox nədən zəhərlənir? - AÇIQLAMA
Nazir Sami Yusufun ifasından danışdı: Bunu qəsdən etmişik
Bakıda taksi sürücüsünün başına oyuna açan qadına hökm oxundu - Foto
36 yaşlı kişi döyülüb bıçaqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla