Yayın istisində harada sərinləmək olar? “Qaçqınkomda" - Foto

Yayın istisində harada sərinləmək olar? “Qaçqınkomda" - Foto



















Biz insanlar bəzən düşünürük ki, sədəqə verib savab qazanmaq üçün maddi imkanların geniş olması lazımdır. Bəzən bir damla su paylanan xaral-xaral çörəkdən daha üstün savab qazandırır.

Xüsusilə isti yay günlərində. Azərbaycan Respublikası Qaçqınların işi üzrə Dövlət Komitəsi bunu bildiyi üçün vətəndaşların qəbulu şöbəsində su balonları yerləşdirib. Bəs necə yerləşdirdiyini bilirsiniz? Komitəyə işi düşən insanlar bayırın nəfəskəsən istisindən böyük çətinliklə özlərini komitənin binasına çatdırıb, yanan ürəklərini bir qurtum su ilə sərinləşdirməyə çalışırlar. Su balonunu görəndə gözlərinə işıq gəlir. Bir stəkan doldurub içmək istəsə, mat-məəttəl balonun yan- yörəsin axtarır. Suyu içməyə bir qab tapmayıb susuzluqları daha da şiddətlənir. Üstəlik vətəndaşların qəbulu otağında insanların sayı çoxdursa, bürkü daha dözülməz olur.
Bunlar komitənin vətəndaşlarına göstərdikləri xidmətin ən kiçik çatışmazlığıdır deyib, göz yummaq olar.

Əsas çatışmazlıq odur ki, vətəndaşlara göstərilən münasibətlərdə məmur təkəbbürü dözülməzdir. Gəlin ilk öncə komitənin hansı məqsədlə yaradılmasını diqqətə çəkək. 30 ilə yaxın bir zamandır doğma torpaqlarını, ata-baba yurdlarını, ev-eşiklərini itirib, taleyin qaçqınlıq köçkünlük yükünü daşıyan nisgilli insanların problemlərini qismən də olsa həll etməyə xidmət vəzifəsini yerinə yetirməyə borcludur. Lakin bu vəzifənin öhdəsindən laiqincə gələ bilir mi? Göründüyü kimi yox.................

Qəbula gələn vətəndaşları ondan öncə heç bir səlahiyyət sahibi olmayan aşağı vəzifəli məmur qarşılayıb yetərindən artıq "zəhərləyir". "DogruXeber.az " İnformasiya Agentliyinin şahidi olduğu fakta əsaslanaraq bildiririk ki, komitə sədrinin müavini Fuad Hüseynovun q əbulu zamanı qaba davranışı ilə vətəndaşı özündən çıxaran məmurun kim olduğu ilə maraqlandıq. Kimliyi həm özü, həm də kolleqalari tərəfindən ciddi cəhdlə gizlədilən Naxçıvan ləhçəli məmur komitədə vəzifəsini icra etməkdən çox, qabalıq etmək üçün işə qəbul edildiyini düşündük. Düşünürük ki, komitə sədri təyin etdiyi səlahiyyətli nümayəndələrini köçkün düşmüş bölgələrdən təyin etsəydi, onların köçkünlərlə rəftarı yerli şəxslərdən təyin olunmuş məmurlardan tamam fərqli olardı. Atalar demişkən: -“Dərdi çəkən bilər”. O ki, qaldı komitədə olan bu gün ki qəhramanımıza hərçənd ki, vəzifəsini və adını bilmirik ləhcəsindən Naxçıvanlı olduğunu bildiyimiz üçün deyə bilərik ki, quruma gələn insanlara göstərdiyi qaba rəftarına görə məhəbbətdən çox, nifrət qazanırdı. Adını gizli saxlamasına gəlincə isə, məsləhət görərdim "Bəxt üzüyü" filminin sevimli qəhramanı Söylüdən örnək alsın. "Adsız dəyirmanda xoruz oler". Demək ki, bir qadın qədər cəsarətli deyil.

Düşündünüz ki, sudan başlayıb, mövzunu haralara apardıq. Amma bizə elə gəlir ki, Qaçqınkom da su balonlarının yanında stəkan düşünülərəkdən qoyulmayıb. Vətəndaşların məmurları tərəfindən sinirlərinin tarıma çəkiləcəyindən əmin olduqları üçün ovuclarını doldurub, üz-gözlərinə su vursunlar ki, sinirləri sakitləşsin. Hər halda bu da vətəndaşların "qayğısı" üçün bir addımdır.


"DogruXeber.az"

Tarix:26-08-2019, 15:42 Baxış Sayı:89 Kateqoriya:gundem / sosial / ustxeber
SON XƏBƏRLƏR
Bakı Sumqayıt magstral yolda ağır yol qəzası baş verib-Video/Foto
Maraqlı üsulla narkotik keçirmək istədi, tutuldu - Azərbaycanda
“Atam da çəkən idi” - Narkotikə görə tutulan “Səbiş”
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb
İsa Qəmbəri 2003-cü ildə necə aldadıblar? — Sirlər AÇILIR
Vasif Talıbov özünü yeni vəzifəyə TƏYİN ETDİ
Onlar universitetə qəbul olsalar da, imtina etdilər
DYP-dən yük avtomobillərinin şəhərə girişinə məhdudiyyət
"Toyuq-cücə saxlayıram" — Sabiq Aparat rəhbəri
Naməlum ölümcül xəstəlik aşkar edildi — Artıq ilk qurban var
Sosial şəbəkədən çox istifadə edənlər üçün “Nar”dan əla fürsət!
Maksin Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
Bakıda yeznəsinə yeddi bıçaq vuran şəxsə hökm oxundu
Keçmiş məhkum: Kameralarda qızlar bir-birinə “şram atır”, qaynar çaydan tullayırlar – VİDEO
Gəncədə 18 yaşlı qız evdən qaçdı
İctimai iaşə müəssisələrinin sahiblərinə ciddi xəbərdarlıq edildi
İntihar edən Elinanın anasının insanları ŞOK edən yazışması yayıldı – FOTO
Avtomobilində dərman qutusu olmayan sürücülər CƏRİMƏ OLUNACAQ – MƏBLƏĞ
Mikayıl Cabbarov bu nazirliyin rəqəmlərini şübhə altına aldı
Azəriqaz yarıtmaz xidmətinə birdə azyaşlıları ortaq etməyə çalışır
“Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur”
Ermənistanda hərbçi intihar etdi
Cəbhədən XƏBƏR VAR - Müdafiə Nazirliyi
SON DƏQİQƏ! Türkiyədə dəhşətli terror aktı — Ölülər və yaralılar var
“Google” Fransa hökumətinə 965 milyon avro ödəyəcək
Qorxmaz Huseynov ağır itki verdi
Azərbaycanda insanlar ən çox nədən zəhərlənir? - AÇIQLAMA
Nazir Sami Yusufun ifasından danışdı: Bunu qəsdən etmişik
Bakıda taksi sürücüsünün başına oyuna açan qadına hökm oxundu - Foto
36 yaşlı kişi döyülüb bıçaqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla