Manaf Ağayev keçmiş kürəkənini kriminal aləmin adamları ilə təhdid etdi - Video

Manaf Ağayev keçmiş kürəkənini kriminal aləmin adamları ilə təhdid etdi - Video






Allah-təala insanı yaradarkən üç tələbatla birgə var etdi. Maddi, mənəvi, bioloji tələbat. Məhz insanlar da bu üç ehtiyaclarından hansına daha çox meyl etdisə, ona uyğun hörmətə layiq oldu. Lakin elə insanlar da vardır ki, yanğısı olduğu gerçək duyğularını saxta pafosu arxasında gizlətməyə çalışır. Di gəl ki, gerçək sima bir gün çılpaqlığı ilə üzə çıxır.

Yaxın günlərdə mətbuat konfransı keçirən tanınmış müğənni Manaf Ağayevin keçmiş kürəkəni Tural Hüseynov keçmiş qaynatası barədə bilmədiyimiz çox həqiqətin üstünü açdı. Tural Hüseynov Ağayevin qızı Səmayə Ağayeva ilə beş il ailə həyatı yaşayıb. Nigah dövründə davam edən ailə münaqişələri nəhayət ailənin dağılması ilə nəticələnib. Tərəflər boşandıqdan sonra Səmayə Ağayeva yenə də keçmiş həyat yoldaşının evində qeyri-rəsmi yaşamaqda davam edib. Məsələnin mahiyyəti ondadır ki, Manaf Ağayev qızının nigahı pozulduqdan sonra artıq yad bir kişi ilə qeyri-rəsmi yaşamasını qəbul etməsində Manaf Ağayevin maddi maraqları dayanıb. Tural Hüseynovun jurnalistlərə söylədiklərinə əsaslanaraq söyləyirik ki, keçmiş qaynatası qızını öz evinə aparmaq üçün sabiq kürəkənindən 40 min avro tələb edir. Tələb etdiyi məbləğdə pul qaytarılana qədər qızı Tural Hüseynovun evində qeyri-rəsmi yaşamağa davam edəcək. Qəribə məntiqdir. Pul xatirinə qızının yad kişi ilə bir damın altında yaşamasına göz yummaq.

Manaf Ağayev danışıqları ilə cəmiyyətdə özünü patiryot, milli təəssübkeş, vətənpərvər oğul kimi tanıtmağa çalışsa da əslində bunlar sabun köpüyündən fərqli deyil. Özü köçkün həyatı yaşamış Manaf Ağayev əslində köçkünlərin halını daha yaxşı başa düşməyə borcludur. Üstəlik bir də vətən-vətən deyib, sinəsinə vurur. Elə isə niyə sərmayəsini vətəninə deyil Almaniyaya yatızdırıb, orada iş yerləri yaradır. Gəlirini Alman dövlətinə verir.Məgər olmazdı ki, o sərmayə ilə öz xalqı üçün xeyirli işlər görərdi? Bu qədər işsiz vətəndaşlarının evinə,ailəsinə qazanc yeri yaradardı?

Yəqin ki,insanların yadından çıxmayıb. Efirdə müğənni Mətanət Əsədovanın birbaşa geyiminə irad bildirən ağsaqqal publisist-jurnalist Əziz Musaya qarşı etdiyi kobudluq. Etiraf edim ki, öncə Manaf Ağayevin bu davranışına heyrətdən donub qaldım. Çünki, Mətanət Əsədovanın vulqar görünüşünü müdafiə edən nə Samiraldo, nə Samir Bağırov deyildi. Orbitasında namus mücəssəməsi timsalı yaratmış Manaf Ağayev idi. Əslində bu gün Manaf Ağayevin keçmiş kürəkəni Tural Hüseynov arasında yaranan maddiyyata bağlı qarşıdurmalarda qaynatanın doğru-yalan şahidlərə ehtiyacı olacağını bildiyi üçün belə bir biabırçılığı müdafiə etdiyini düşünürük. Necə deyərlər:- “Əl əli yuyur,əldə dönüb üzü yuyur”. Üzü yumaqdan söz düşmüşkən, Tural Hüseynovun söylədiklərinə əsaslanaraq, Səmayə Ağayeva ilə boşanan zaman tanınmış müğənni Nüşabə Ələsgərli həmkarına xoş gəlməkdən mi ya nədənsə Tural əlehinə yalan şahidlik edib. Halbuki, xanım müğənni onun evində bir dəfə belə olmadığı halda, onun xanımı Səmayə ilə kobud davrandığını, ona hədiyyə etdiyi qızıl ziynət əşyalarını özündə saxladığını təsdiqləyən yalan ifadələrlə məhkəmədə çıxış edib. Digər yalançı şahidlərin kimliyini açıqlamayan Tural bəyin adlarını gizli saxladığı şahidlərin bəlkə də arasında Manaf bəy eyibini müdafiə etdiyi Mətanət Əsədovada var idi.

Tural Hüseynov jurnalistlərə bildirdi ki, keçmiş xanımı ilə ayrılan zaman səlahiyyətli nümayəndələrin iştirakı ilə Səmayə Ağayevanın cehizləri siyahıya alınıb və xanımın evinə göndərilib. Lakin nə Səmayə Ağayeva nə də atası Manaf Ağayev cehizləri qəbul etməyiblər. Cehizlərin qarşılığında isə Tural Hüseynovdan 130 000 AZN dəyərində təzminat tələbi ilə məhkəməyə müraciət ediblər. Üstəlik nigah zamanı Tural Hüseynovun keçmiş həyat yoldaşına bağışladığı qızıl-ziynət əşyalarının geri qaytarılması iddiasını da irəli sürürlər. Halbuki, qızıl əşyalarının Səmayə Ağayevanın özündə olması ilə bağlı kifayət qədər sübutların olmasını bildirən Tural bəyin vəkili Könül xanım məhkəmənin onun müvəkkili barəsində qərəzli mövqedən çıxış etdiyini söylədi. Eləcə də onu qeyd etdi ki, Manaf Ağayev ictimai nüfuzundan istifadə edib, məhkəmələrə təsir göstərir. Apelyasiya məhkəməsinin hakimi Xəyal Sarıyev Tural Hüseynovun vəkillərinin məhkəməyə təqdim etdikləri fakt və dəlillərə məhəl qoymadan, şəxsi münasibətlər zəminində Tural Hüseynovun əlehinə qərar qəbul edib. Tural bəyin söylədiklərinə əsaslansaq hakim Xəyal Sarıyevi ədalətsiz qərar çıxarmağa vadar edən səbəb Manaf Ağayevin göz qamaşdırıcı hədiyyələri olub. Əgər bu doğrudan da belədirsə yaxşı olar ki, Xəyal Sarıyev qərar qəbul etməzdən öncə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında İlham Əliyev cənablarının 03 aprel 2019-cu il tarixli fərmanını yada salsa bu gün adı sifarişli qərarlar qəbul edən hakimlər sırasında hallanmazdı.

Qələmə aldığımız yazımız Tural Hüseynovun ailə problemləri olduğu üçün jurnalistlər qarşısında olduqca məhdud və vacib sandığı məqamlara toxundu. Onu da qeyd etdi ki, ayrılan cütlüklər yalnız onlar deyil. Problemlərini sivil şəkildə ağsaqqalların köməyi ilə yoluna qoymaq olardı ki, məsələmiz məhkəmə salonlarına qədər uzanmazdı. Çox təəssüf ki, Manaf Ağayev ağsaqqal sözünə məhəl qoymayanlardandır.

Əslində onun söylədiyi sözdə həqiqət var. Bütün Azərbaycan ağsaqqal Əziz Musaya qarşı qaba rəftarının şahidi olub.
Artıq söhbətə yekun vurub, sonda onu söyləmək istərdik ki, dünya malına uyub haqqı-nahaqqa verən hər kəs sonda Allahın mühakiməsindən yaxa qurtara bilməyəcək. Özləri yaxa qurtarsa da övladları onların günahlarının cəzasını çəkəcəklər. Atalar demişkən:-“Babalar alça yeyib,nəvələrin dişi qamaşıb”.

Qarşı tərəfin mövqeyini dinləyib, dərc etməyə hazırıq..

“DogruXeber.az”

Tarix:27-08-2019, 17:51 Baxış Sayı:93 Kateqoriya:gundem / sou / maraqli / ustxeber
SON XƏBƏRLƏR
Bakı Sumqayıt magstral yolda ağır yol qəzası baş verib-Video/Foto
Maraqlı üsulla narkotik keçirmək istədi, tutuldu - Azərbaycanda
“Atam da çəkən idi” - Narkotikə görə tutulan “Səbiş”
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb
İsa Qəmbəri 2003-cü ildə necə aldadıblar? — Sirlər AÇILIR
Vasif Talıbov özünü yeni vəzifəyə TƏYİN ETDİ
Onlar universitetə qəbul olsalar da, imtina etdilər
DYP-dən yük avtomobillərinin şəhərə girişinə məhdudiyyət
"Toyuq-cücə saxlayıram" — Sabiq Aparat rəhbəri
Naməlum ölümcül xəstəlik aşkar edildi — Artıq ilk qurban var
Sosial şəbəkədən çox istifadə edənlər üçün “Nar”dan əla fürsət!
Maksin Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
Bakıda yeznəsinə yeddi bıçaq vuran şəxsə hökm oxundu
Keçmiş məhkum: Kameralarda qızlar bir-birinə “şram atır”, qaynar çaydan tullayırlar – VİDEO
Gəncədə 18 yaşlı qız evdən qaçdı
İctimai iaşə müəssisələrinin sahiblərinə ciddi xəbərdarlıq edildi
İntihar edən Elinanın anasının insanları ŞOK edən yazışması yayıldı – FOTO
Avtomobilində dərman qutusu olmayan sürücülər CƏRİMƏ OLUNACAQ – MƏBLƏĞ
Mikayıl Cabbarov bu nazirliyin rəqəmlərini şübhə altına aldı
Azəriqaz yarıtmaz xidmətinə birdə azyaşlıları ortaq etməyə çalışır
“Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur”
Ermənistanda hərbçi intihar etdi
Cəbhədən XƏBƏR VAR - Müdafiə Nazirliyi
SON DƏQİQƏ! Türkiyədə dəhşətli terror aktı — Ölülər və yaralılar var
“Google” Fransa hökumətinə 965 milyon avro ödəyəcək
Qorxmaz Huseynov ağır itki verdi
Azərbaycanda insanlar ən çox nədən zəhərlənir? - AÇIQLAMA
Nazir Sami Yusufun ifasından danışdı: Bunu qəsdən etmişik
Bakıda taksi sürücüsünün başına oyuna açan qadına hökm oxundu - Foto
36 yaşlı kişi döyülüb bıçaqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla