Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

AAAF Park bu dəfə məhkəməyə üz tutdu

AAAF Park bu dəfə məhkəməyə üz tutdu
30-08-2019, 10:43 226 dəfə baxılıb

AAAF Park bu dəfə məhkəməyə üz tutdu












Tez-tez kommunal problemləri ilə medianın gündəminə gələn AAAF Park yaşayış kompleksi məsələni həll etmək üçün məhkəməyə müraciət edib.

DogruXeber.az-ın verdiyi xəbərə görə‚ “AAAF İnşaat” MMC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Azərsu” ASC-yə qarşı iddia qaldırıb. Ərizədə qeyd edilib ki‚ qanunsuz hesablanmış ÇSU kateqoriyası üzrə 12.021,40 manat və QRT kateqoriyası üzrə 17.832,69 manat olmaqla cəmi 29.854,09 manat borcun cavabdeh “Azərsu” ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilsin.

Hakim Aytən Oruczadə məhkəməyə təqdim edilən sənədləri nəzərdən keçirərək ərizənin geri qaytarılmasına qərar verib.

Belə ki‚ iddiaçı “AAAF İnşaat” MMC ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etməyib. Buna görə də sənədlər geri qaytarılıb və bildirilib ki‚ bu əskiklik aradan qaldırıldıqdan sonra “AAAF” yenidən məhkəməyə müraciət edə bilər./Qafqazinfo






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram