İcra başçısı kənd camaatının məscidini sökdürür: Hacıqaraqaşlı kənd camaatı ayağa qalxdı -Video

İcra başçısı kənd camaatının məscidini sökdürür: Hacıqaraqaşlı kənd camaatı ayağa qalxdı -Video




Müdrik Mövlanə söyləmişdir:-"Qorxun üç kəsdən: sonradan görəndən, dağdan enəndən, dindən dönəndən". Bu üç tövsiyənin birindən bəhs etmək istəyirik.

Hər bir insan irqindən,dinindən asılı olmayaraq qəlbində bir inanc daşıyır. Kimi insanların özlərinin düşünüb yaratdıqları inancın, kimi isə Uca Allahın göndərdiyi dinin ardından gedir. Bizim xalqımız o qədər xoşbəxtdir ki, Yaradanın son dini olan İslam dini əqidəsinə qulluq edirik. Müsəlman olaraq doğulmuşuq. Digər bir xoşbəxliyimizsə ondan ibarətdir ki, ölkəmiz tolerant ölkədir. Hər kəs istədiyi dinə ibadət etməkdə sərbəstdir və qarşılarına heç bir maneə qoyulmur. Bu yerdə diqqət edin. Söylədim dövlət maneə qoymur. Bəs məmur və ya məmurlar necə? Bu sualın cavabını hamıdan yaxşı Şabran rayon Hacıqaraqaşlı kəndinin sakinləri cavablandıra bilər. Kəndin məscidi sovetlər dövrünün ateist rejimi nəticəsində bərbad hala gəlib. Rejim məhv olduqdan sonra Hacıqaraqaşlı camaatı nəhayət öz dini ibadətgahlarına qovuşdular. Kənd əhalisi öz dini ocaqlarının sökülüb dağılmasının qarşısını almaq məqsədilə özləri öz vəsaitləri hesabına məscidi təmir edirlər.

Təmir-tikinti işləri binanın tavan hissəsinə qədər gəldikdən sonra rayon rəhbərliyi məscidin tavanının bağlanmasına icazə vermir. Səbəb isə məscid binasının tikintisi üçün icazə sənədlərinin olmaması bəhanə gətirilir.

Şabran rayonuna başçı təyin olunmasının hələ bir ili tamam olmadan, Asif Hüseynov əhali ilə üz-üzə gəlir. Kənd əhalisi qarşısında kəskin tələb qoyur. "Ya məscidin sənədlərini təqdim edərsiniz, ya da məscid uçurdulacaq".

"DogruXeber.az" informasiya agentliyi olaraq, kənd əhalisinin müsahibələrindən əldə etdiyimiz bilgilərə əsasən söyləyirik ki, rayonun icra başçısı Asif Hüseynov bu insanlara gördükləri savab və xeyirli işdə heç bir dəstək göstərməyib. İnsanlar öz vəsaitləri hesabına ata-baba məscidlərini bərpa edirlər. Bunun üçün kimsənin qapısını döyüb, kimsədən yardım istəmirlər. Tək istəkləri dini mərasimlərini, yas məclislərini, dinin müqəddəs günlərini öz məscidlərində toplanıb, qeyd etməkdir. Kənd əhalisinin sosial durumu o qədər də yaxşı deyil. Buna baxmayaraq, Allah qarşısında savab qazanmaq istəyiylə kimin imkanı nəyə yetir, məscidin tikintisinə köməklik göstərir.

Yuxarıda qeyd etdik ki, rayon rəhbəri məscidin qeyri-qanuni tikildiyini bəhanə gətirib kənd əhalisinə tikilini uçurdacağını bildirib. Lap götürək siz deyən kimi sənədsiz tikilmiş məsciddir. Siz bir başçı kimi bu insanlara maddi dəstək olmursunuz , heç olmazsa oların rəsmi işlərini üzərinizə götürün. Məgər bu insanlar şəxsi əmlak inşa ediblər ki, qanunu onların "gözlərinə soxmağa" çalışıb özünüzü haqlı göstərirsiniz? Onların maddi imkanları zəif ola bilər. Lakin qəlblərindəki Allah sevgisi, mənəvi duyğularının zənginliyi o qədər boldur ki, son qəpiklərini belə Allah evi tikmək üçün sevə-sevə xərcləyirlər. Siz Asif Hüseynov isə Allah evini yıxırsınız. Məgər Allah sevgisi, Allah qorxusu yoxdur mu qəlbinizdə? Bu sualımıza görə özümüzün özümüzə acığı tutdu. Niyəsini deyim bilin.

İnsana bir iş tapşırılan zaman ya onu Allaha xatir, ya da etimada layiq olmağa xatir vicdanla yerinə yetirməlidir. Təbii əgər hansı onun üçün daha önəmlidirsə. Lakin baxırıq ki, Asif Hüseynov özündən əvvəlki sələfləri kimi Şabran rayonuna, buranın əhalisinə ögey münasibət bəsləyir. Şabran rayonunun sakinləri sosial durumlarından çox narazılıq edirlər. Rayonun 1963-cü ildə çəkilmiş elektrik xətlərinin istismar müddətini başa vurması və bu günə qədər yenilənməməsindən danışdılar. Yolların bərbad vəziyyəti, qaz, su problemlərinin illərlə həll olunmadığını qeyd etdilər. (Təbii ki, bu bizim mövzumuzun əhatə dairəsində deyil.Lakin bir haşiyə kimi qeyd etmək və gələcəkdə bu faktlara yenidən qayıtmaq barədə düşünəcəyik).

Dönək yenidən Hacıqaraqaşlı kəndinin məscid probleminə. Ölkəmizdə Dini Qurumlar üzrə Dövlət Komitəsində 700-ə qədər(təxmini məlumatdır) dinlər və inanclar qeydiyyatdan keçib. Ölkə prezidenti və birinci xanım xalqın dini baxışlarına olduqca həssas yanaşır. Hər bir vətəndaşın dini ibadətlərini yerinə yetirmələri üçün yeni məscidlər tikdirir. Köhnə məscid və kilsələrin bərpasına külli miqdarda vəsaitlər ayırırlar. Məgər Asif Hüseynov ölkə başçısının bu siyasətini görmür? Təbii ki görür.

Lakin görməzdən gəlir. Səbəbi isə bizə məlum deyil. Allaha isə hər bir qulun niyyəti məlumdur. Biz isə təkcə bir həqiqəti yadınıza salmağı özümüzə borc bilirik. "Axırıncı aşırım" filminə tez-tez baxın və Kərbəlayı İsmayılın sözünü unutmayın. " Bala, Niqalay özü öz evini yıxdı. Çünki müqəddəs Kəbədə top çevirdi". Siz də Asif Hüseynov, gəlin Hacıqaraqaşlı əhalisinin məscidində "top" çevirməyin. Kərbəlayı demişkən, Niqalayın aqibətini yada salın.

Qarşı tərəfin mövqeyini dinləyib, dərc etməyə hazırıq:

"DogruXeber.az"

Tarix:2-09-2019, 11:52 Baxış Sayı:205 Kateqoriya:gundem / sosial / hadise / bolge / maraqli / ustxeber
SON XƏBƏRLƏR
Orxan Lökbatanlı Aysunla sevgili olmasından danışdı
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür
Bu yolda hərəkət tam məhdudlaşdırılır
“Gəncədə neçə polkovnik var ki?” - Balakişiyevin xanımı
Hava şəraiti dəyişir, güclü külək əsəcək, yağış yağacaq
Rafael Cəbrayılova töhmət verilə bilər
“Yeddi yüz min azərbaycanlı Rusiya vətəndaşlığını alıb”
Qaradağı qara günə salan başçının qara əməlləri -Video
BDU rektoru idarə rəisini özünə müşavir təyin edib
Vilayət Eyvazov polkovniki işdən çıxardı
Dövlət Agentliyi ölkədə pulsuz tibbi xidmətin ləğvi ilə bağlı məlumatlara münasibət bildirdi (ÖZƏL)
Bakı Nəqliyyat Agentliyindən sürücülərə qarşı ayrıseçkilik — Beynəlxalq yol nişanı təhrif edildi (FOTO)
Günlərdir axtarılan Samir tanınmaz halda tapıldı
Lənkəranda heyvanlar kütləvi şəkildə tələf olur, təsərrüfatçılar narahatdı
Bakıda kişi namus üstündə arvadının boğazını kəsdi - MƏHKƏMƏ
Yediyimiz dönərlər… – “Leş yığanlar əti 50 qəpiyə alırlar…” – SƏDR AÇIQLADI
Araz Əlizadə: “Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”
“5 yaşlı uşağını hansısa küçə pozğununa dəyişibsə…” – Modelə görə ailəsini atan meyxanaçının həyat yoldaşı danışdı
Samirənin də “Həci”si varmış
20 sentyabrda gözlənilən hava şəraiti
Naxçıvan sakinləri İstanbuldan kütləvi deportasiya olunur — Səbəb nə göstərilir?
Azərbaycanda ana 10 aylıq körpə qızını boğub öldürdü – DƏHŞƏT
Xalq artisti tədbirə əlil arabasında gətirildi - FOTO
Elə ucqar kəndləri var ki, son 15 ildə orada ali təhsil alan bir qız belə yoxdur - Komitə rəsmisi
Kıvanca 5 milyon qazandıran köynək - Fotolar
Bakının mərkəzində qan töküldü: kütləvi dava bıçaqlanma ilə bitdi
Bakıda 70 yaşlı qadın amansızlıqla qətlə yetirildi - Oğlu şübhəli bilinir
Pasiyentin ünvanını soruşan həkimi küçədə zorladılar
Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır
Bakıda 11 küçə təmirə bağlanacaq — SİYAHI - FOTO

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla