Şəhid ailələrindən yararlanıb ad qazanmağa çalışdı -İddia

Şəhid ailələrindən yararlanıb ad qazanmağa çalışdı -İddia








Şəhidlik elə bir uca zirvədir ki, Axirət günündə Allah onlara istədiklərinə şəhadət vermək haqqını verdi. Onları Peyğəmbərlərindən sonra ikinci müqəddəslərdən etdi. Fani dünyanın insanlarına isə şəhid adına, şəhid ruhuna hörmət etməyi buyurdu. Əsla düşünməyin ki, dövlətimiz şəhidlərin qiymətini yetərincə vermir. “Şəhidlik haqqında Azərbaycan Respublikasının Qanun”unda şəhid ailələrinin haqq və hüquqları olduqca gözəl əksini tapıb. Biz qələmə aldığımız yazımızda bundan bəhs etmək istəmirik. ŞƏHİD adının ucalığı altında şəxsi maraqlar xatirinə alçalan işbazlardan bəhs etmək istəyirik. Əminik ki, bu sizlər üçün də maraqlı oldu. Elə isə keçək mətləbə.

“DogruXeber.az” informasiya agentliyi olaraq, redaksiyamıza müraciət edən şəhid ailəsi Əliyeva Tura Rza qızı acınacaqlı vəziyyətdə olan mənzilinin təmirinə mümkün qədər kömək göstərilməsi məqsədilə “Veysəloğlu MMC”-yə müraciət edir. Şirkət şəhid ailəsindən şəhidliyi təsdiq edən bir yığın sənəd tələb edir. Adını da qoyur “ailə haqqında məlumatları dəqiqləşdirmək”. Müraciət edən Tura ana aylarla şirkətdən xoş bir xəbər alacağı ümidiylə gözləyir. Nəhayət, cavab gəlmədiyini gördükdə yenidən şirkətlə telefon əlaqəsi yaradır. Telefon xəttinin o başında oturan hər kimsə soyuq, quru, təkəbbürlü səslə, amiranə şəkildə, müraciət edən şəhid ailəsinə “Veysəloğlu şirkətinin şəhid ailələrinə kömək etmək imkanları məhduddur. Siz müraciətinizi bizə yox dövlətə edin”.

“GÖZƏL”. Zənnimizcə, “Veysəloğlu MMC”-nin rəhbərləri Şəhid ailələrinin savadsız, cahil olduqlarını düşünürlər. Niyə belə düşündük? İcazə verin açıqlayaq. Bu gün şəhid olanlar arasında bir məmurun, bir varlının övladı yoxdur. Şəhidlər sadə xalqın övladlarıdırlar. O sadə xalqın biri də Tura anadır ki, Şəhid balası Ayaz Əliyevi beş yaşından təkbaşına, atasız böyütdü. Oliqarxlıq iddiası ilə yaşayan və düşünün “Veysəloğlu MMC” kimi böyük şirkət sahibləri sadə xalqa barmaqarası baxdıqları üçün onları savadsız, hüquqlarını bilməyən, müraciətlərini doğru ünvanlamayan toplum olaraq hesab etsələr də onlar isə kimlərə və hara müraciət etməli olduqlarını gözəl bilirlər. Bilirlər ki, bu gün qurub, səfasını sürdükləri biznesləri üçün onlar Şəhid övladlarına borcludurlar. O borcu yadlarına salmaq üçün müraciət edirlər. Şəhid əmanətinə sahib çıxmaq bu gün Azərbaycanda şirkət qurub, rahat biznes sayəsində yatırlara sahib olan hər kəsin mənəvi borcdur . Əgər mənəvi duyğular hələ də qalıbsa.

Yazımızın əvvəlində “Veysəloğlu MMC” onlara müraciət edən şəhid ailələrindən bir yığın sənəd toplayır fikirini söylədik. Sonra “imkanlarımız məhduddur” deyib, başdan etdiklərini bildirdik. Bir halda ki, şirkət kömək etməyəcəyini bildiyi halda, məgər olmaz mı ki, vətəndaş müraciət edən zaman ilk başdan rədd cavabı verilsin? Bəs o halda bu qədər maklatura toplamaq nəyə gərəkdir? Burada maklatura adlandırdığımız şəhid ailələrindən toplanan sənədlərin nəyə gərəkli olması məqamına yetişdik.

Aldığımız məlumata əsasən “Veysəloğlu MMC” onlara müraciət edən şəhid ailələrindən sənədləri toplayıb, sonda ölkə Prezidenti qarşısında yalanlardan ibarət hesabat verir ki, “bu qədər şəhid ailəsinə köməklik edib”.Yalanı qarşısında isə ölkə rəhbərliyindən gerçək imtiyazlara sahib olurlar. Doğurdan da “gözəl düşünülmüş hərəkətdir”. Dövlət rəhbərinin həssaslıqla diqqətdə saxladığı şəhid ailələrinin adından istifadə edib, yalançı “xeyriyyəçi” adını qazanmaq ən asan qazanılmış müsbət imicdir. Amma unutduğunuz həqiqəti yadınıza salmağı özümüzə borc bilirik ki, nə qazandığınız milyonlar, nə saxta adlar Şəhidin əmanətinə qarşı etdiyiniz xəyanətin Haqq qarşısındakı divanında sizlərə sipər olmaq iqtidarında olmayacaqdır. Tək sipəriniz şəhidlərin verdiyi şəhadət olacaq. Qorxun ki, ümid verib, ümidlərini qırdığınız şəhidlərin doğmalarının sınıq könüllərinin fəryadı şəhidlərin nigaran baxışlarını Allaha yönəltsin.

Qarşı tərəfin mövqeyini dinləyib, dərc etməyə hazırıq:

“DogruXeber.az”

Tarix:5-09-2019, 11:55 Baxış Sayı:91 Kateqoriya:gundem / sosial / hadise / maraqli / ustxeber
SON XƏBƏRLƏR
Bakı Sumqayıt magstral yolda ağır yol qəzası baş verib-Video/Foto
Maraqlı üsulla narkotik keçirmək istədi, tutuldu - Azərbaycanda
“Atam da çəkən idi” - Narkotikə görə tutulan “Səbiş”
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb
İsa Qəmbəri 2003-cü ildə necə aldadıblar? — Sirlər AÇILIR
Vasif Talıbov özünü yeni vəzifəyə TƏYİN ETDİ
Onlar universitetə qəbul olsalar da, imtina etdilər
DYP-dən yük avtomobillərinin şəhərə girişinə məhdudiyyət
"Toyuq-cücə saxlayıram" — Sabiq Aparat rəhbəri
Naməlum ölümcül xəstəlik aşkar edildi — Artıq ilk qurban var
Sosial şəbəkədən çox istifadə edənlər üçün “Nar”dan əla fürsət!
Maksin Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
Bakıda yeznəsinə yeddi bıçaq vuran şəxsə hökm oxundu
Keçmiş məhkum: Kameralarda qızlar bir-birinə “şram atır”, qaynar çaydan tullayırlar – VİDEO
Gəncədə 18 yaşlı qız evdən qaçdı
İctimai iaşə müəssisələrinin sahiblərinə ciddi xəbərdarlıq edildi
İntihar edən Elinanın anasının insanları ŞOK edən yazışması yayıldı – FOTO
Avtomobilində dərman qutusu olmayan sürücülər CƏRİMƏ OLUNACAQ – MƏBLƏĞ
Mikayıl Cabbarov bu nazirliyin rəqəmlərini şübhə altına aldı
Azəriqaz yarıtmaz xidmətinə birdə azyaşlıları ortaq etməyə çalışır
“Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur”
Ermənistanda hərbçi intihar etdi
Cəbhədən XƏBƏR VAR - Müdafiə Nazirliyi
SON DƏQİQƏ! Türkiyədə dəhşətli terror aktı — Ölülər və yaralılar var
“Google” Fransa hökumətinə 965 milyon avro ödəyəcək
Qorxmaz Huseynov ağır itki verdi
Azərbaycanda insanlar ən çox nədən zəhərlənir? - AÇIQLAMA
Nazir Sami Yusufun ifasından danışdı: Bunu qəsdən etmişik
Bakıda taksi sürücüsünün başına oyuna açan qadına hökm oxundu - Foto
36 yaşlı kişi döyülüb bıçaqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla