NAZİR + NƏZİR = "vətəndaş məmnuniyyəti"- Video

NAZİR  +  NƏZİR = "vətəndaş məmnuniyyəti"- Video



















Atalardan qalma çox dəyərli bir kəlamda deyilir:-"O pis ölməsin ki, yerinə yaxşı gələcək". O pis kimdir, gələn yaxşı kimdir, söhbəti dağa-daşa salmadan birbaşa mətləbə keçək. Yaxın günlərdə "DogruXeber.az" informasiya agentliyinin səhifələrində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "özünə məşğulluq" dövlət layihəsinin tətbiqinin bərbad halından bəhs etmişdik. Adından da göründüyü kimi nazirlik əhalinin sosial problemlərini yerinə yetirməyə borcludur. Buraxaq da vətəndaş qarşısında borclarını, öz işçilərinin belə haqq və hüquqlarını tapdalamaqdan çəkinmirlər.

"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına müraciət edən Dövlət Sosial Müdafiə Fondunun işçisi Təranə Əsgərovanın söylədiklərinə əsasən 16 ildir fonda xadimə vəzifəsini yerinə yetirir. 2016-cı ildə DSMF-nun təsərrüfat müdiri Vidadi Nəbiyevin təkidi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məzmunlu ərizəyə imza atdırılıb. Bəhs etdiyimiz inzibati binanın həyətinin təmizliyinə cavabdehlik daşıyan xidməti müqavilə bağlanılıb. Üstəlik gördüyü iş iki işçinin yerinə yetirməli olduğu normativləri üç il təkbaşına edib. Normadan bu qədər artıq işləməsinə baxmayaraq, bir normativə təyin olunmuş əmək haqqı alıb. Təranə Əsgərova onu da əlavə etdi ki, 2016-cı ildən bu günə qədər gördüyü işin əmək haqqını ala bilməməsi barədə dəfələrlə sabiq nazir Səlim Müslümova, Sahil Babayevə müraciətlər edib. Çox təəssüf ki, sələf də, xələf də vətəndaşın ərizəsini oxumadan it-bat ediblər. Müraciətinə cavab ala bilməyən Təranə Əsgərova birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib. Müraciətinin həlli işlədiyi nazirliyə göndərilib. Lakin nazirlik bir xadimə qadının probleminə ayrılan vaxtı "ölmüş zaman" hesab etdiyindən, ərizəni "zibil qutusuna atıb". Kadrlar şöbəsinin müdiri Tokay müəllimsə öz növbəsində aşağıdakıları bildirib:-“Kimə istəyirsən yaz, hara istəyirsən şikayət et, onsuzda yenə bizə gələcək və biz də həll etməyəcəyik”.

ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəsi ölkədə vətəndaşlarının əmək hüquqlarının qorunması vəzifəsini yerinə yetirmək üçün yaradılan qurumdur.. Bu yerdə yenə bir atalar sözü yadımıza düşdü. "Çıraq öz dibinə işıq salmaz". DƏMX-i dövlət, qeyri-dövlət müəssisələrində əmək qanunvericiliyinin pozulması halları aşkar etdikdə dərhal İXM-ni əlində əsas edib, ən ağır cəza üsulları tətbiq edir. Elə isə öz "evlərinin zibilin niyə süpürmürlər?". Məhz bu səbəblə də vətəndaşlar məmurlardan çox, mətbuata etibar edirlər.
İş zamanı baş vermiş bədbəxt hadisələrin tətqiqatının aparılması və işçinin aldığı xəsarətə görə DƏMX-ə məlumat verilməsi işəgötürənin vacib vəzifə borcudur. Azərbaycan Republikasının Əmək Məcəlləsinin 1-ci maddəsi əməyin mühafizəsi ilə başlayır. Bunu niyə xatırlatdıq, izah edək. Bakı şəhərində son dəfə bir neçə gün davam edən şiddətli küləklər zamanı Təranə Əsgərova işdə olduğu zaman külək ağır dəmir qapını onun alnına vurur. Alnı yaralanan işçi özünün dediyi kimi kadrlar şöbəsinin müdiri Tokay müəllimə köməklik üçün müraciət edir. O isə “bu onların işi deyil” deməklə qapıdan qovub. İşçi öz imkanları ilə xətəxanaya çatdırılıb. Göründüyü kimi DSMF “lazımsız məsələlərlə” kollegiyası DƏMX-i “narahat etmək istəməyib”. Əslində narahat etmək deyil. İşəgötürən işçinin iş zamanı xəsarət aldığı sübuta yetirildikdə ödəməyə borclu olduğu konpensasiyanı ödəməmək üçün insan həyatına biganə yanaşır.
Sahil Babayev özündən əvvəlki nazirinin yolu ilə getmədiyini isbatlamağa nə qədər cəhd etsə də sələfinin cızdığı xətdən kənara çıxa bilmir. Amma yox. Kənara çıxdığı tərəfləri vardır.

Ölkə prezidenti qarşısında əzbərlədiyi rəqəmləri bül-bül kimi ötməyi. Lakin əlinin altında çalışan kasıb bir xadiməsinin halını yadda saxlaya bilmir. Demək "gələnlər gedənləri xatırladar" deyimi boşuna deyil.
Ürəyi dolu olan Təranə Əsgərova yalnız işlədiyi nazirlikdən deyil, eyni zamanda digər iş yeri olan MKTS –nin eyiblərindən ibarət dolu “sandığı açdı, pambığı tökdü”. Onu ən çox qeyzləndirən səbəb isə deputat Hadi Rəcəblinin küçə təmizləyiciləri barəsində dedikləri olub. Təranə olduqca gərgin və qəzəblə bildirdi ki, Hadi Rəcəbli Milli Məclisdə oturub söyləyir ki, xadimələr iki-üç saat işləyib 300-400 manat əmək haqqı alırlar. Halbuki, səhər saat 05:30-dan işə başlayır, axşam saat 8-də evinə dönür. İş zamanı başlarına gələn bədbəxt hadisələrə isə nə idarə müdirləri, nə cavabdeh şəxslər məsuliyyət daşımırlar. Onun dediklərində həqiqət olduğunu inkar etmək olmaz. Doğurdan da iki nəfər xadimənin iş başında avtomobil tərəfindən vurularaq dünyalarını dəyişmələri ictimaiyyətin yadından çıxmayıb. Təranənin söylədiklərinə əsasən onun özü də iş zamanı avtomobil tərəfindən vurulub. Lakin müdiriyyət heç bir köməklik etməyib.
Şikayətçimizin söhbətini dinlədikcə düşüncəmizdə müəmmalarla dolu suallar yaranır. Ən önəmli sualsa ondan ibarətdir ki, bir halda DƏMX-i əmək qanunvericiliyinə nəzarət etməyə borclu olduğu halda niyə müşahidəçi rolunu oynayır? Cavab çox sadədir. Vətəndaşın başına gətirilənlərə nəzər saldıqda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev tabeliyində olan işçilərinə vətəndaş gözü ilə deyil, əmirə tabe qul düşüncəsi ilə yanaşır. Bəlkə də bu belə deyil. Lakin övladın günahları valideynin üzünü qara edir. DSMF sizin sözə baxmayan “ərköyün övlad”ınızdır. Onların ərköyünlüyü sizə çox başıaşağılıq gətirəcək. Bizdən demək. Çünki dost acı söyləyər.

Qarşı tərəfin mövqeyin dinləyib, dərc etməyə hazırıq:

“DogruXeber.az”

Tarix:5-09-2019, 14:59 Baxış Sayı:119 Kateqoriya:gundem / sosial / hadise / maraqli / ustxeber
SON XƏBƏRLƏR
Bakı Sumqayıt magstral yolda ağır yol qəzası baş verib-Video/Foto
Maraqlı üsulla narkotik keçirmək istədi, tutuldu - Azərbaycanda
“Atam da çəkən idi” - Narkotikə görə tutulan “Səbiş”
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb
İsa Qəmbəri 2003-cü ildə necə aldadıblar? — Sirlər AÇILIR
Vasif Talıbov özünü yeni vəzifəyə TƏYİN ETDİ
Onlar universitetə qəbul olsalar da, imtina etdilər
DYP-dən yük avtomobillərinin şəhərə girişinə məhdudiyyət
"Toyuq-cücə saxlayıram" — Sabiq Aparat rəhbəri
Naməlum ölümcül xəstəlik aşkar edildi — Artıq ilk qurban var
Sosial şəbəkədən çox istifadə edənlər üçün “Nar”dan əla fürsət!
Maksin Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
Bakıda yeznəsinə yeddi bıçaq vuran şəxsə hökm oxundu
Keçmiş məhkum: Kameralarda qızlar bir-birinə “şram atır”, qaynar çaydan tullayırlar – VİDEO
Gəncədə 18 yaşlı qız evdən qaçdı
İctimai iaşə müəssisələrinin sahiblərinə ciddi xəbərdarlıq edildi
İntihar edən Elinanın anasının insanları ŞOK edən yazışması yayıldı – FOTO
Avtomobilində dərman qutusu olmayan sürücülər CƏRİMƏ OLUNACAQ – MƏBLƏĞ
Mikayıl Cabbarov bu nazirliyin rəqəmlərini şübhə altına aldı
Azəriqaz yarıtmaz xidmətinə birdə azyaşlıları ortaq etməyə çalışır
“Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur”
Ermənistanda hərbçi intihar etdi
Cəbhədən XƏBƏR VAR - Müdafiə Nazirliyi
SON DƏQİQƏ! Türkiyədə dəhşətli terror aktı — Ölülər və yaralılar var
“Google” Fransa hökumətinə 965 milyon avro ödəyəcək
Qorxmaz Huseynov ağır itki verdi
Azərbaycanda insanlar ən çox nədən zəhərlənir? - AÇIQLAMA
Nazir Sami Yusufun ifasından danışdı: Bunu qəsdən etmişik
Bakıda taksi sürücüsünün başına oyuna açan qadına hökm oxundu - Foto
36 yaşlı kişi döyülüb bıçaqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla