“Sahibkarın Baş Gömrük İdarəsində özünü yandırması yalandır”

“Sahibkarın Baş Gömrük İdarəsində özünü yandırması yalandır”












Dövlət Gömrük Komitəsi Mədət Quluzadə adlı sahibkarın Bakı Baş Gömrük İdarəsinin qarşısında özünü yandırmağa cəhd etməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib. DGK-dan DogruXeber.az-a daxil olan məlumata görə, yayılan məlumatlar tamamilə yalandır və Bakı Baş Gömrük İdarəsinin qarşısında belə bir hadisə baş verməyib.

Bildirilib ki, sentyabrın 7-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və aidiyyəti strukturların rəhbərləri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olublar və hər iki qurumda xidməti müşavirə keçirilib.

Komitə sədri, eyni zamanda sahibkarlarla da görüşüb, onların gömrük işinin təşkilinə dair fikir və təkliflərini dinləyib. Həmin əsnada Mədət Quluzadə adlı şəxs də Dövlət Gömrük Komitəsinin sədrinə yaxınlaşıb və onun da müraciətini dinləyən Komitə sədri Səfər Mehdiyev Mədət Quluzadəyə qanunvericiliyin tələblərini izah edib və bu tələblərə əməl etməyin vacibliyini diqqətə çatdırıb.

Konkret olaraq Mədət Quluzadə adlı sahibkarın gömrüklə bağlı narazılığına gəlincə bildiririk ki, “Ulduz Elektron” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Quluzadə Mədət Pənah oğlunun Dövlət Gömrük Komitəsinə qarşı mətbuatda irəli sürdüyü ittihamlar həmin hüquqi şəxsin ünvanına 10.03.2013-cü il tarixdə İran İslam Respublikasından göndərilən yüklərin müşayiət sənədlərində çatışmazlıqlar aşkar olunduğundan gömrük orqanları tərəfindən saxlanılmış malların təhvil verilməsi tələbinə dair iddianın təmin edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının icrası ilə bağlıdır.

Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarının icrası ilə bağlı Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin hüquqi varisinin müəyyən edilməsi barədə Dövlət Gömrük Komitəsinə sorğu daxil olub. Dövlət Gömrük Komitəsinin 08.08.2019-cu il tarixli məktubu ilə sorğuya cavab verilib və sorğuda “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Strukturu”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13.07.2018-ci il tarixli 201 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə 2018-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən struktur islahatların aparılması, Astara Gömrük İdarəsinin və digər gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsinin təşkil edilməsi və Astara gömrük postunun yeni yaradılmış Cənub Ərazi Baş Gömrük İdarəsinin tərkibində struktur bölmə olmaqla Astara Gömrük İdarəsinin hüquqi varisi hesab edilməməsi qeyd olunub.

Lakin bütün bunlara baxmayaraq Ədliyyə Nazirliyi tərəfindən Astara Gömrük İdarəsinin hüquqi varisi müəyyən edildikdən və bu barədə Dövlət Gömrük Komitəsinə müvafiq icra sənədi daxil olduqdan sonra sözügedən məhkəmə qərarının icrası istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri tədbirlər görüləcək və bu haqda Mədət Quluzadəyə ətraflı məlumat verilib.

Vətəndaş tərəfindən qaldırılan ikinci məsələyə gəlincə isə qeyd edək ki, “Ulduz-Elektron” MMC tərəfindən İran İslam Respublikasından altı yük nəqliyyat vasitəsi ilə idxal olunan 150790 kiloqram çəkidə, gömrük dəyəri 36960.50 manat təşkil edən 8462 m2 ölçüdə “Sorena” markalı keramik plitələr (kafel) yükünə dair 27.08.2019-cu il tarixdə 01191000241511 nömrəli gömrük bəyannaməsi təqdim olunub. Bəyannamədə göstərilən məlumatların yoxlanılması zamanı idxal olunan yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə mal kodunun bəyannaməçi tərəfindən düzgün bəyan olunmaması aşkar edilib.

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 nömrəli qərarına əsasən ölkə ərazisinə idxal olunan keramik plitələr 69-cu mal qrupunda təsnifləşdirilərək hər kvadrat metrinə görə 2 ABŞ dolları məbləğində idxal gömrük rüsumuna cəlb edilir.

Lakin, “Ulduz-Elektron” MMC tərəfindən idxal olunan yuxarıda göstərilən 8462 m2 ölçüdə keramik plitələr yükü xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə 69-cu mal qrupunda bəyan olunmaqla hər kvadrat metrinə görə 2 ABŞ dolları məbləğində idxal gömrük rüsumuna cəlb edilməli olduğu halda, 6815 99 0000 mal kodu ilə “daşdan və ya digər mineral maddələrdən məmulatlar” kimi bəyan olunub. Bununla da “Ulduz-Elektron” MMC tərəfindən 28405,54 manat məbləğində gömrük ödənişlərini ödəməkdən yayınma cəhdi aşkarlanıb. Onu da qeyd edək ki, kafel, metlax məhsulları beynəlxalq normalara uyğun olaraq bütün dünyada 69 mal qrupu altında kodlaşdırılıb.

Bununla yanaşı, Azərbaycana idxal olunan və ya respublika ərazisindən tranzit keçən eyni adda yüklərin sənədləri eyniləşdirilərkən müəyyən olunub ki, “Sorena” markalı keramik plitələr hər bir halda XİFMN-nin 69-cu qrupu üzrə keramik məmulatlara aid edilərək müvafiq qaydada rəsmiləşdirilib. Eyni zamanda, Komitənin məlumat bazasına əsasən digər idxalatçılar tərəfindən ölkə ərazisinə idxal olunan keramik plitələrin vətəndaş Mədət Quluzadənin iddia etdiyi kimi 6815 99 0000 kodu altında bəyan olunması faktı aşkarlanmayıb.

Yuxarıda qeyd olunanlar vətəndaş Quluzadə Mədət Pənah oğluna Bakı Baş Gömrük İdarəsi tərəfindən ətraflı şəkildə izah edilib, hətta yükü daşıyan avtonəqliyyat vasitələrinin boş dayanmasından yarana biləcək zərərin qarşısının alınması məqsədilə malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi təmin olunub. Lakin hər dəfə adıçəkilən vətəndaş müraciəti zamanı gömrük əməkdaşları ilə kobud rəftar edib, qeyri-etik davranışlar nümayiş etdirib, malın fərqli üsulla istehsal olunmasını iddia edərək yükün keramik plitə kimi deyil, məhz daşdan və ya digər mineral maddələrdən məmulat kimi rəsmiləşdirilməsini israrla tələb edib. Vətəndaşın iddiasından da anlaşılan budur ki, onun əsas məqsədi qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərindən yayınmaq və daxili bazarda bu kimi malların ticarətində azad rəqabət mühitini pozmaqdır./Qafqazinfo

Tarix:9-09-2019, 16:34 Baxış Sayı:28 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Orxan Lökbatanlı Aysunla sevgili olmasından danışdı
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür
Bu yolda hərəkət tam məhdudlaşdırılır
“Gəncədə neçə polkovnik var ki?” - Balakişiyevin xanımı
Hava şəraiti dəyişir, güclü külək əsəcək, yağış yağacaq
Rafael Cəbrayılova töhmət verilə bilər
“Yeddi yüz min azərbaycanlı Rusiya vətəndaşlığını alıb”
Qaradağı qara günə salan başçının qara əməlləri -Video
BDU rektoru idarə rəisini özünə müşavir təyin edib
Vilayət Eyvazov polkovniki işdən çıxardı
Dövlət Agentliyi ölkədə pulsuz tibbi xidmətin ləğvi ilə bağlı məlumatlara münasibət bildirdi (ÖZƏL)
Bakı Nəqliyyat Agentliyindən sürücülərə qarşı ayrıseçkilik — Beynəlxalq yol nişanı təhrif edildi (FOTO)
Günlərdir axtarılan Samir tanınmaz halda tapıldı
Lənkəranda heyvanlar kütləvi şəkildə tələf olur, təsərrüfatçılar narahatdı
Bakıda kişi namus üstündə arvadının boğazını kəsdi - MƏHKƏMƏ
Yediyimiz dönərlər… – “Leş yığanlar əti 50 qəpiyə alırlar…” – SƏDR AÇIQLADI
Araz Əlizadə: “Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”
“5 yaşlı uşağını hansısa küçə pozğununa dəyişibsə…” – Modelə görə ailəsini atan meyxanaçının həyat yoldaşı danışdı
Samirənin də “Həci”si varmış
20 sentyabrda gözlənilən hava şəraiti
Naxçıvan sakinləri İstanbuldan kütləvi deportasiya olunur — Səbəb nə göstərilir?
Azərbaycanda ana 10 aylıq körpə qızını boğub öldürdü – DƏHŞƏT
Xalq artisti tədbirə əlil arabasında gətirildi - FOTO
Elə ucqar kəndləri var ki, son 15 ildə orada ali təhsil alan bir qız belə yoxdur - Komitə rəsmisi
Kıvanca 5 milyon qazandıran köynək - Fotolar
Bakının mərkəzində qan töküldü: kütləvi dava bıçaqlanma ilə bitdi
Bakıda 70 yaşlı qadın amansızlıqla qətlə yetirildi - Oğlu şübhəli bilinir
Pasiyentin ünvanını soruşan həkimi küçədə zorladılar
Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır
Bakıda 11 küçə təmirə bağlanacaq — SİYAHI - FOTO

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla