“YAP-da heç bir təlatüm, parçalanma gözlənilmir, işartıları belə yoxdur” – DEPUTAT

“YAP-da heç bir təlatüm, parçalanma gözlənilmir, işartıları belə yoxdur” – DEPUTAT











Son zamanlar Yeni Azərbaycan Partiyasında (YAP) təmsil olunan şəxslərin və funksionerlərin səsləndirdiyi təzadlı fikirlər gündəmi zəbt edib.



DogruXeber.az xəbər verir ki, hakim partiyadan olan deputat Musa Quliyev də öz fikirlərini açıqlayaraq bəzi vacib məqamlara toxunub. O, etikxeber.az-a müsahibəsində baş verən son hadisələri dəyərləndirib.



Həmin müsahibəni təqdim edirik:



-Musa müəllim, Siz YAP-ın-partiyanızın İcra katibinin müavini, həmkarınız Siyavuş Novruzov son açıqlaması-sabiq nazirlər haqqında ittihamları ilə bağlı nə demək istərdiniz? Doğrudanmı, sabiqlər, xüsusilə də, YAP üzvü olan eks-nazirlərlə bağlı hakim partiyanın “dosye”si var, doğrudanmı, onlar üzv olduqları təşkilat və komanda üçün ciddi problem törədir və təhlükə mənbəyidirlər, doğrudanmı, onlar radikal adlandırılan müxalifətlə əlbirdirlər?



-Yaxşı olardı ki, bunu Siyavuşun Novruzovun özündən soruşasınız. Məndə də elə bir dosye-filan yoxdur. Siyavuş Novruzovdan soruşun, mən nə deyim?! Onun dediyi sözlərə mənim, ya başqasının hər hansı bir şərh verməsi də doğru deyil. Hər kəs özü dediyi sözə görə cavab verir, dediyi sözə görə bilir ki, nə deyib və ona uyğun da izahat verir. O, həm də axı, konkret bir adamın adını çəkməyib ki, biz də deyək bu adam yaxşı adamdır, ya pis adamdır. Bununla belə, Siyavuş Novruzovun əlində hər hansı bir məlumat olmasa, o cür bəyanat verməz. Çünki, o, kifayət qədər ciddi vəzifə tutan və özü də ciddi adamdır. İctimaiyyət üçün maraqlı olduğunu, yaxud, əhəmiyyətini də nəzərə alıb özü açıqlaya bilər, onu biz deyə bilmərik. Siyavuş Novruzov yaxşı olar ki, əlindəki faktları araşdırmaq üçün hüquq-mühafizə orqanlarına təqdim etsin.



– Tez-tez YAP-çılar arasında qarşıdurmalara, onların bir-birinin ünvanına səsləndirdiyi ittihamlara rast gəlirik. Belə olan halda, YAP-da partiyadaxili “müxalifət” və ya gizli müxalif qrup varmı?



– Belə bir məsələ yoxdur və YAP-çılar da bir-birinə qarşı heç bir iddia irəli sürmürlər. Ola bilsin ki, kimsə vaxtilə YAP-ın dəstəyi ilə vəzifdə olub, sonra vəzifədən çıxıb gedib, amma YAP üzvü kimi qalır və hər hansı bir tənqidini irəli sürürsə, biz bunu da normal qəbul edirik. Ancaq bu şərtlə ki, tənqid obyektiv olsun, əsaslı olsun və qərəzli olmasın. YAP kifayət qədər demokratik ab-havası olan bir partiyadır və partiyadaxili tənqidi də, özünütənqidi də qəbul edir.


Amma o tənqidləri qəbul etmir və etmirik ki, onlar əslində qərəzdir və şəxsi maraqlardan doğur, heç bir obyektiv əsası yoxdur, dövlətçiliyimizə və xalqımızın birliyinə də ziyandır. Bunları qəbul etmirik və pisləyirik. Amma sağlam tənqidi niyə qəbul etəyək ki? Sağlam tənqidi həmişə qəbul edirik. Özümüz də bəzən hökumətin işindəki müəyyən nöqsanları çox səmimi şəkildə tənqid edirik və bu tənqidlərin yaxşı da nəticələr olur. Bu, normal bir məsələdir. Tənqid, özünütənqid hər bir siyasi partiyanın, hər bir cəmiyyətin inkişafı üçün çox vacib vasitələrdən biridir.



-Qarşıdan növbəti bələdiyyə və parlament seçkilər gəlir. Çox maraqlıdır ki, hər dəfə seçkilər yaxınlaşanda, seçkilərə start veriləndə iqtidarlı-müxalifətli bütün aparıcı partiyalarda gərginlik, təlatüm yaşanır…



– Bütün dünyada belə bir proses gedir və hər kəs istəyir seçicini öz tərəfinə çəksin və iş görən, işi olan öz işini ortaya qoyur, işi olmayan da başlayır iş görəni tənqid etməyə, müəyyən böhtanlar yağdırmağa, yaxud da, əsassız vədlər verməyə və iddialar irəli sürməyə. Bu, bütün dünyada gedən seçiqabağı proseslərdir və biz də bunu normal qəbul edirik. Amma bu şərtlə ki, o irəli sürülən ideyalar və iddialar milli maraqlara toxunmasın…



-Seçkilərlə, xüsusilə, parlament seçkiləri ilə bağlı YAP-da ayrılmalar, parçalanmalar baş verə bilərmi? Bəzən buna da tez-tez eyham vurulur…



-Bu, qətiyyən mümkün deyil. YAP kifayət qədər monolit bir partiyadır. YAP-da heç bir parçalanma yoxdur, olmayacaq və əslində onun heç əlamətləri də sezilmir. Amma partiya kifayət qədər böyük kontingenti olan bir partiyadır, yeddi yüz mindən çox üzvü var. Hər bir seçkiqabağı, yaxud da, hər hansı bir dövrdə beş nəfər, üç nəfər öz maraqları partiyanın maraqları ilə üst-üstə düşməyən insan ola və müəyyən bəyanatlarla, yaxud, etirazlarla öz fikirlərini söyləyə bilərlər. Bunu da normal qəbul edirik.



Bu, ümumi partiya üzvlərinin sıfır yüzdə bir faizini təşkil etmir. Bu da normal qəbul olunmalıdır. Çünki cəmiyyət hamısı bircinsli olmadığı, eyni düşünmədiyi kimi, yeddi yüz minlik üzvü olan partiyada ola bilsin ki, müəyyən insanlar başqa cür düşünə bilər. Amma bunlar partiyanın işinə heç bir xələl gətirmir və əsas odur ki, YAP xalqın etimadını qazanıb və bu etimadı doğruldur./Demokrat.az

Tarix:10-09-2019, 10:19 Baxış Sayı:36 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Orxan Lökbatanlı Aysunla sevgili olmasından danışdı
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür
Bu yolda hərəkət tam məhdudlaşdırılır
“Gəncədə neçə polkovnik var ki?” - Balakişiyevin xanımı
Hava şəraiti dəyişir, güclü külək əsəcək, yağış yağacaq
Rafael Cəbrayılova töhmət verilə bilər
“Yeddi yüz min azərbaycanlı Rusiya vətəndaşlığını alıb”
Qaradağı qara günə salan başçının qara əməlləri -Video
BDU rektoru idarə rəisini özünə müşavir təyin edib
Vilayət Eyvazov polkovniki işdən çıxardı
Dövlət Agentliyi ölkədə pulsuz tibbi xidmətin ləğvi ilə bağlı məlumatlara münasibət bildirdi (ÖZƏL)
Bakı Nəqliyyat Agentliyindən sürücülərə qarşı ayrıseçkilik — Beynəlxalq yol nişanı təhrif edildi (FOTO)
Günlərdir axtarılan Samir tanınmaz halda tapıldı
Lənkəranda heyvanlar kütləvi şəkildə tələf olur, təsərrüfatçılar narahatdı
Bakıda kişi namus üstündə arvadının boğazını kəsdi - MƏHKƏMƏ
Yediyimiz dönərlər… – “Leş yığanlar əti 50 qəpiyə alırlar…” – SƏDR AÇIQLADI
Araz Əlizadə: “Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”
“5 yaşlı uşağını hansısa küçə pozğununa dəyişibsə…” – Modelə görə ailəsini atan meyxanaçının həyat yoldaşı danışdı
Samirənin də “Həci”si varmış
20 sentyabrda gözlənilən hava şəraiti
Naxçıvan sakinləri İstanbuldan kütləvi deportasiya olunur — Səbəb nə göstərilir?
Azərbaycanda ana 10 aylıq körpə qızını boğub öldürdü – DƏHŞƏT
Xalq artisti tədbirə əlil arabasında gətirildi - FOTO
Elə ucqar kəndləri var ki, son 15 ildə orada ali təhsil alan bir qız belə yoxdur - Komitə rəsmisi
Kıvanca 5 milyon qazandıran köynək - Fotolar
Bakının mərkəzində qan töküldü: kütləvi dava bıçaqlanma ilə bitdi
Bakıda 70 yaşlı qadın amansızlıqla qətlə yetirildi - Oğlu şübhəli bilinir
Pasiyentin ünvanını soruşan həkimi küçədə zorladılar
Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır
Bakıda 11 küçə təmirə bağlanacaq — SİYAHI - FOTO

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla