Bakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır – FOTO

Bakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır – FOTO




Sentyabrın 10-da Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur. Aşua günü ilə əlaqədar ölkədəki məscidlərdə İmam Hüseynə (ə) əzadarlığı keçirilir. Minlərlə insan məscidlərə gələrək mərasimlərdə iştirak edib, şəhid İmam Hüseyni (ə) və onun ailəsini, səhabələrini anır, göz yaşı axıdırlar.

Məclisdə xütbələr oxunur, Kərbəla qiyamının fəlsəfəsindən və İmam Hüseynin (ə) həyatı və şəxsiyyəti barədə danışılır.

Ətrafdakı marketlər ötən illərdən fərqli olaraq bu il açıqdır. Ehsan vermək istəyənlər su alaraq əzadarlara paylayırlar.
Qeyd edək ki, paytaxtda Aşura mərasimləri sakit, heç bir insident yaşanmadan keçirilir. Burada din xadimlərinin də xüsusi rolu var ki, onlar 10 gün ərzində keçirilən əzadarlıq məclislərində etdikləri xütbələrdə insanları dinc şəkildə, Kərbəlanın mahiyyətinə və şəninə uyğun əza saxlanılmasını təbliğ edirdilər.

İnsanlar məscidlərə gəlib dini ayinləri icra edir, qanvermə aksiyalarında iştirak edirlər.

Hüquq mühafizə orqanları da dini icmalarla birlikdə məscidə gələn insanların təhlükəsizliyini təmin edirlər.

Din xadimləri də vurğulayır ki, Aşura əslində insanları həmrəyliyə, birliyə, mərhəmətə dəvət edir. Aşura eyni zamanda şəhidlərin anım günüdür. Ona görə də bütün məscidlərdə Kərbəla şəhidləri ilə yanaşı, Azərbaycan şəhidləri yad edilir. Qarabağın düşməndən azad edilməsi üçün dualar oxunur.

Daha sonra “Məşədi Dadaş” məscidində olan müxbirimiz, burada da əzadarların sinə vuraraq mərsiyələr oxuduğunu bildirdi. Məscidin həyətində insan sıxlığından içəri daxil olmaq mümkün olmayıb. Məscidə gedən yollar və ətraf küçələrdə insan izdihamı müşahidə olunur. Oxunan rozə və mərsiyələrin ardından məscidin axundu Hacı Şahin Həsənli xütbə oxuyaraq, Kərbəla şəhidləri haqqında insanlara məlumat verib. O, İmam Hüseyn (ə) şəhidliyinin bu günə qədər yaşamasının sirrlərindən danışıb. Qeyd edib ki, bu yeganə hadisədir ki, yalnız Allah üçündür, heç bir şəxsi mənfəət yoxdur. Oxunan xütbələr səsgücləndiricilər vasitəsilə ətrafküçələrdə də eşidildiyindən insanlar ayaq saxlayıb dinləyir, Kərbəla şəhidlərini anırlar. Hacı Şahin xütbəsində Azərbaycan şəhidlərini də anaraq, hər birimizin onlara borclu olduğunu vuğuladı.

Onu da qeyd edək ki, ölkə üzrə ümümilikdə 32 məscid və ona yaxın ərazilərdə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən askiya təşkil edilib.

Verilən qanlar Qanköçürmə İnstitutu tərəfindən yoxlanaraq talasseminayadan əziyyət çəkənlərə göndəriləcək. Aşura günü ilə bağlı olaraq paytaxtın yollarının bəzilərində gediş-gəliş məhdudlaşdırılıb. Polis isə gücləndirilmiş rejimdə çalışıb.

Öncədən xəbərdarlıq edildiyi kimi, müəyyən edilmiş yerlərdən başqa ərazilərdə mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə qətiyyətlə imkan verilmir.

Tarix:10-09-2019, 14:44 Baxış Sayı:45 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Orxan Lökbatanlı Aysunla sevgili olmasından danışdı
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür
Bu yolda hərəkət tam məhdudlaşdırılır
“Gəncədə neçə polkovnik var ki?” - Balakişiyevin xanımı
Hava şəraiti dəyişir, güclü külək əsəcək, yağış yağacaq
Rafael Cəbrayılova töhmət verilə bilər
“Yeddi yüz min azərbaycanlı Rusiya vətəndaşlığını alıb”
Qaradağı qara günə salan başçının qara əməlləri -Video
BDU rektoru idarə rəisini özünə müşavir təyin edib
Vilayət Eyvazov polkovniki işdən çıxardı
Dövlət Agentliyi ölkədə pulsuz tibbi xidmətin ləğvi ilə bağlı məlumatlara münasibət bildirdi (ÖZƏL)
Bakı Nəqliyyat Agentliyindən sürücülərə qarşı ayrıseçkilik — Beynəlxalq yol nişanı təhrif edildi (FOTO)
Günlərdir axtarılan Samir tanınmaz halda tapıldı
Lənkəranda heyvanlar kütləvi şəkildə tələf olur, təsərrüfatçılar narahatdı
Bakıda kişi namus üstündə arvadının boğazını kəsdi - MƏHKƏMƏ
Yediyimiz dönərlər… – “Leş yığanlar əti 50 qəpiyə alırlar…” – SƏDR AÇIQLADI
Araz Əlizadə: “Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”
“5 yaşlı uşağını hansısa küçə pozğununa dəyişibsə…” – Modelə görə ailəsini atan meyxanaçının həyat yoldaşı danışdı
Samirənin də “Həci”si varmış
20 sentyabrda gözlənilən hava şəraiti
Naxçıvan sakinləri İstanbuldan kütləvi deportasiya olunur — Səbəb nə göstərilir?
Azərbaycanda ana 10 aylıq körpə qızını boğub öldürdü – DƏHŞƏT
Xalq artisti tədbirə əlil arabasında gətirildi - FOTO
Elə ucqar kəndləri var ki, son 15 ildə orada ali təhsil alan bir qız belə yoxdur - Komitə rəsmisi
Kıvanca 5 milyon qazandıran köynək - Fotolar
Bakının mərkəzində qan töküldü: kütləvi dava bıçaqlanma ilə bitdi
Bakıda 70 yaşlı qadın amansızlıqla qətlə yetirildi - Oğlu şübhəli bilinir
Pasiyentin ünvanını soruşan həkimi küçədə zorladılar
Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır
Bakıda 11 küçə təmirə bağlanacaq — SİYAHI - FOTO

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla