Sabiq nazirlə bağlı dosye var? – Əli Abbasovla bağlı SENSASİON İDDİALAR

Sabiq nazirlə bağlı dosye var? – Əli Abbasovla bağlı SENSASİON İDDİALAR











Bir neçə gündür ölkə mətbuatında müzakirə mövzusu YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun sabiq nazirlərlə bağlı verdiyi açıqlamalardır.

Hakim partiyanın funksioneri sensasion sayılacaq açqılamasında bildirib ki, bir sıra keçmiş nazirlər vəzifələrindən uzaqlaşdıqdan sonra “qeyb”ə çəkiliblər.

S.Novruzov deyib ki, keçmiş nazirlər 10-20 il vəzifədə qalıblar, hərəsi özünə milyardlar qazanıb, amma son zamanlar müxalifətin hökumətə qarşı hücumlarına heç bir reaksiya vermir, mövqelərini bildirmirlər.

Eks-nazirlərə xəbərdarlıq edən S.Novruzov həmin nazirlərin bəzilərinin xaricdə oturanları maliyələşdirdiyini də açıqlayıb. Əlavə edib ki, həmin sabiq nazirlərlə bağlı dosyelər masa üzərindədir və onların kimlərə maliyyə ayırdığı aydındır.

Siyavuş Novruzovun haqqında danışdığı sabiq nazirlər kimlərdir?

“Yeni Müsavat”ın yazdığına görə, onlar heç şübhəsiz ki, rabitə naziri Əli Abbasov, nəqliyyat naziri Ziya Məmmədov, təhsil naziri Misir Mərdanov, MTN naziri olmuş Eldar Mahmudovdur.

Qəzet Əli Abbasovla bağlı maraqlı detalları açıqlayıb.

Yazıda bildirilir ki, Əli Abbasovun vəzifədən uzaqlaşdırılması “MTN işi”nin bir parçası idi. Əli Abbasov da Eldar Mahmudovun əlaltılarından idi və sonda o da “qurbana” çevrildi.

Abbasov rəhbəri olduğu nazirliyin onlarla vəzifəli şəxsi həbs edildiyi halda, özünü necə xilas etdi? Əlbəttə ki, milyonlar ödəyərək. Çünki “Rabitə işi”nə görə davam edən məhkəmə işlərində sabiq nazir adının çəkilməsini istəmirdi. Bunun qarşılığında isə o, keçmiş işçilərinin dövlətə vurduğu milyonları ödəyirdi.

Əli Abbasov canını həbsdən qurtarıb özünə yeni kreslo tapsa da, onun işçilərinin bəziləri həbsdədir, bəziləri 5 ilə yaxın aldıqları cəzalarını çəkib və azadlığa çıxıblar, bəziləri isə uzun illər çalışdıqları rabitə sahəsindən qovulublar.

Həmin məhkəmə işlərindən xatırlatma: Azərbaycanda baş tutan ən səs-küylü məhkəmə işlərindən biri olan “Rabitə işi” yekunlaşana qədər hər kəs Əli Abbasov barəsində veriləcək qərarı maraqla gözləyirdi. Ona görə ki, həm cinayət işi materiallarında, həm də sabiq nazirin həbs edilən işçilərinin dediklərindən məlum olurdu ki, Əli Abbasov heç də azadlıqda qalmağı haqq etmirmiş. Çünki həbs edilən rabitə işçilərinə qarşı elan olunmuş ittihamlar onu deməyə əsas verirdi ki, Əli Abbasov baş verənlərdən xəbərsiz olmayıb.

Aydın olur ki, dövlət büdcəsindən ayrılmış milyonların oğurlanması Əli Abbasovun rəhbərliyi altında həyata keçirilib. Bunu nazirliyin aparat rəhbəri olmuş, daha sonra həbs edilmiş Vidadi Zeynalov dəfələrlə məhkəmə iclaslarında açıqlamışdı.

Həmçinin bu iş üzrə həbs edilən 11 nəfərin əksəriyyəti onlara qarşı elan olunmuş ittihamların niyə Əli Abbasovdan yan keçdiyinə etiraz edir, haqlı olaraq da dilə gətirirdilər. Axı necə mümkün ola bilərdi ki, 100 milyon manata yaxın dövlət əmlakının mənimsənilməsindən Əli Abbasov xəbərsiz olsun? Əgər işçiləri Əli Abbasovdan xəbəsiz bu əməlləri törətmişdilərsə, belə olan halda da sabiq nazir də məsuliyyət daşımalı idi…

Lakin Əli Abbasov “ağıllı” tərpəndi. Bütün günahı “kassiri” olmuş Vidadi Zeynalovun boynuna “yükləyə” bildi.

Daha sonra Əli Abbasov adının hallanmaması üçün müəyyən yollara əl atmağa başladı. Məhkəmə iclaslarında onun adını çəkən işçilərinin dövlətə vurduğu zərərləri ödəməyi də öz öhdəsinə götürdü.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri olan Əli Abbasov nə az, nə çox 10 milyon manatı elə “Rabitə işi” başlayanda dəymiş zərər kimi ödəmişdi.

“Rabitə işi”nin sonunda, gözlənildiyi kimi, Əli Abbasov azadlıqda qaldı…

11 il nazir postunda oturan Əli Abbasov bu milyonları necə qazanmışdı?

“Rabitə işi” ilə bağlı çap edilən məhkəmə yazılarını xatırlayanlar bilər ki, nazirlikdəki “pul yumaq sistemi” necə işləyib. Bu sistem sabiq nazirə hər ay milyonlar qazandırıb.

Heç şübhəsiz ki, Siyavuş Novruzovun xəbərdarlıq etdiyi eks-nazirlərdən biri də Əli Abbasovdur.

Əli Abbasovun Bakıda və bölgələrdə olan mülklərinin, ailə üzvlərinin adına xarici ölkələrdə olan əmlaklarının dəyəri milyonlarla ölçülür. Yəqin ki, hakim partiya da bundan xəbərdardır və Siyavuş Novruzov “dosye masanın üzərindədir” deyərkən bunu nəzərdə tutur.

Siyavuş Novruzovun nazirlərlə bağlı “heç bir mövqe bildirmirlər” deyərək irad tutmasını Əli Abbasova da şamil etmək olar. Çünki sabiq nazir hökumətlə müxalifət arasında gedən virtual savaşda heç vaxt mövqe bildirməyib. Abbasov bununla da hakim partiyanın “qara siyahı”sına düşüb.

Tarix:10-09-2019, 15:16 Baxış Sayı:43 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Orxan Lökbatanlı Aysunla sevgili olmasından danışdı
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür
Bu yolda hərəkət tam məhdudlaşdırılır
“Gəncədə neçə polkovnik var ki?” - Balakişiyevin xanımı
Hava şəraiti dəyişir, güclü külək əsəcək, yağış yağacaq
Rafael Cəbrayılova töhmət verilə bilər
“Yeddi yüz min azərbaycanlı Rusiya vətəndaşlığını alıb”
Qaradağı qara günə salan başçının qara əməlləri -Video
BDU rektoru idarə rəisini özünə müşavir təyin edib
Vilayət Eyvazov polkovniki işdən çıxardı
Dövlət Agentliyi ölkədə pulsuz tibbi xidmətin ləğvi ilə bağlı məlumatlara münasibət bildirdi (ÖZƏL)
Bakı Nəqliyyat Agentliyindən sürücülərə qarşı ayrıseçkilik — Beynəlxalq yol nişanı təhrif edildi (FOTO)
Günlərdir axtarılan Samir tanınmaz halda tapıldı
Lənkəranda heyvanlar kütləvi şəkildə tələf olur, təsərrüfatçılar narahatdı
Bakıda kişi namus üstündə arvadının boğazını kəsdi - MƏHKƏMƏ
Yediyimiz dönərlər… – “Leş yığanlar əti 50 qəpiyə alırlar…” – SƏDR AÇIQLADI
Araz Əlizadə: “Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”
“5 yaşlı uşağını hansısa küçə pozğununa dəyişibsə…” – Modelə görə ailəsini atan meyxanaçının həyat yoldaşı danışdı
Samirənin də “Həci”si varmış
20 sentyabrda gözlənilən hava şəraiti
Naxçıvan sakinləri İstanbuldan kütləvi deportasiya olunur — Səbəb nə göstərilir?
Azərbaycanda ana 10 aylıq körpə qızını boğub öldürdü – DƏHŞƏT
Xalq artisti tədbirə əlil arabasında gətirildi - FOTO
Elə ucqar kəndləri var ki, son 15 ildə orada ali təhsil alan bir qız belə yoxdur - Komitə rəsmisi
Kıvanca 5 milyon qazandıran köynək - Fotolar
Bakının mərkəzində qan töküldü: kütləvi dava bıçaqlanma ilə bitdi
Bakıda 70 yaşlı qadın amansızlıqla qətlə yetirildi - Oğlu şübhəli bilinir
Pasiyentin ünvanını soruşan həkimi küçədə zorladılar
Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır
Bakıda 11 küçə təmirə bağlanacaq — SİYAHI - FOTO

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla