Bu şəxslərin pensiyaları artırıldı - QƏRAR

Bu şəxslərin pensiyaları artırıldı - QƏRAR





Müdafiə Nazirliyində xidmət etmiş hərbi qulluqçular və onların ailə üzvlərinin, o cümlədən Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyaları artırılacaq.

DogruXeber.az xəbər verir ki, Nazirlər Kabinetinin " Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 21 avqust tarixli 115-12 nömrəli qərarına əlavə edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 mart tarixli 73-3 nömrəli qərarına və "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 199-20 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında” 2008-ci il 26 yanvar tarixli 16-2 nömrəli, "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi və "Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 115-5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli qərarlarında dəyişikliklər edilməsi və "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi və "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016- cı il 4 mart tarixli 115-5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 154-4 nömrəli Qərarının ləğv edilməsi haqqında " qərarına əsasən, Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları və Müdafiə Nazirliyinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşları sentyabrın 1-dən artırılır.

Eyni zamanda Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşların xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 104-4 nömrəli qərarında dəyişiklik edilməsi və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 104-4 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 380-14 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 172-12tm nömrəli, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, xüsusi rütbəsi olan əməkdaşlara ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləğinin, habelə əməkdaşların xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” 2008-ci il 12 avqust tarixli 183-20 nömrəli qərarlarında dəyişiklik edilməsi və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 104-4 nömrəli qərarında dəyişiklik edilməsi və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 104-4 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 380-14 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 172-12tm nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 22 aprel tarixli 185-9 nömrəli Qərarının ləğv edilməsi haqqında” qərarına əsasən, Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşları sentyabrın 1-dən artırılır.

Vəzifə maaşlarının artımı ilə əlaqədar Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynə Müdafiə Nazirliyində xidmət etmiş hərbi qulluqçular və onların ailə üzvlərinin, o cümlədən Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyalarının qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablanmasını və "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il budcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etməyi tapşırıb.
Hər iki qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir./Anews.az

Tarix:11-09-2019, 11:06 Baxış Sayı:61 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Orxan Lökbatanlı Aysunla sevgili olmasından danışdı
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür
Bu yolda hərəkət tam məhdudlaşdırılır
“Gəncədə neçə polkovnik var ki?” - Balakişiyevin xanımı
Hava şəraiti dəyişir, güclü külək əsəcək, yağış yağacaq
Rafael Cəbrayılova töhmət verilə bilər
“Yeddi yüz min azərbaycanlı Rusiya vətəndaşlığını alıb”
Qaradağı qara günə salan başçının qara əməlləri -Video
BDU rektoru idarə rəisini özünə müşavir təyin edib
Vilayət Eyvazov polkovniki işdən çıxardı
Dövlət Agentliyi ölkədə pulsuz tibbi xidmətin ləğvi ilə bağlı məlumatlara münasibət bildirdi (ÖZƏL)
Bakı Nəqliyyat Agentliyindən sürücülərə qarşı ayrıseçkilik — Beynəlxalq yol nişanı təhrif edildi (FOTO)
Günlərdir axtarılan Samir tanınmaz halda tapıldı
Lənkəranda heyvanlar kütləvi şəkildə tələf olur, təsərrüfatçılar narahatdı
Bakıda kişi namus üstündə arvadının boğazını kəsdi - MƏHKƏMƏ
Yediyimiz dönərlər… – “Leş yığanlar əti 50 qəpiyə alırlar…” – SƏDR AÇIQLADI
Araz Əlizadə: “Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”
“5 yaşlı uşağını hansısa küçə pozğununa dəyişibsə…” – Modelə görə ailəsini atan meyxanaçının həyat yoldaşı danışdı
Samirənin də “Həci”si varmış
20 sentyabrda gözlənilən hava şəraiti
Naxçıvan sakinləri İstanbuldan kütləvi deportasiya olunur — Səbəb nə göstərilir?
Azərbaycanda ana 10 aylıq körpə qızını boğub öldürdü – DƏHŞƏT
Xalq artisti tədbirə əlil arabasında gətirildi - FOTO
Elə ucqar kəndləri var ki, son 15 ildə orada ali təhsil alan bir qız belə yoxdur - Komitə rəsmisi
Kıvanca 5 milyon qazandıran köynək - Fotolar
Bakının mərkəzində qan töküldü: kütləvi dava bıçaqlanma ilə bitdi
Bakıda 70 yaşlı qadın amansızlıqla qətlə yetirildi - Oğlu şübhəli bilinir
Pasiyentin ünvanını soruşan həkimi küçədə zorladılar
Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır
Bakıda 11 küçə təmirə bağlanacaq — SİYAHI - FOTO

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla