“Atam da çəkən idi” - Narkotikə görə tutulan “Səbiş”

“Atam da çəkən idi” - Narkotikə görə tutulan “Səbiş”












Külli miqdarda narkotik satışında təqsirləndirilən qadının məhkəməsi keçirilib.

"DogruXeber.az" Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışında təqsirləndirilərək həbs edilən 1988-ci il təvəllüdlü Səbinə Quliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittihamla Səbinə Quliyeva özünü qismən təqsirli bilib.

O deyib ki, həbs edilən zaman narkotik satışı ilə məşğul olmayıb. Müttəhim narkotik istifadəçisi olduğunu etiraf edib.

Səbinə onu da etiraf edib ki, bir dəfə narkotik satışı ilə məşğul olub.

İlk dəfədir məhkumluq həyatı yaşayan Səbinə narkotikin onun və ailəsinin həyatını məhv etdiyini söyləyib və bildirib ki, mərhum atası da narkotik istifadəçisi olub.

10 yaşlı oğlan övladı olan Səbinə əməlindən peşman olduğunu, bu yoldan xilas olmaq istədiyini söyləyib.

Şahidlər olmadığı üçün məhkəmə iclası təxirə salınıb.

Səbinə Quliyeva Biləcəri qəsəbəsində yaşayyıb və “Səbiş” ləqəbi ilə tanınıb.

S.Quliyeva bu ilin may ayında saxlanılıb. Belə ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynovu saxlayıblar. Onun üzərində şəxsi axtarış aparılan zaman 1,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. R.Hüseynov ifadəsində narkotik vasitəni Biləcəri qəsəbəsində yaşayan “Səbiş” ləqəbli şəxsdən aldığını bildirib. Bölmə əməkdaşlarının keçirdikləri əlavə əməliyyat zamanı həmin şəxs, paytaxt sakini Səbinə Quliyeva da tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 50,020 qram, yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 15 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

S.Quliyeva ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Ona Cinayət Məcəlləsinin 234.4.3 (külli-miqdarda narkotik vasitələrin qanunsuz satışı) maddəsi ilə ittiham verilib.

Tarix:14-09-2019, 15:41 Baxış Sayı:65 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Hafiz Hacıyevə ağır itki üz verib
Sabahın hava proqnozu açıqlanıb
İlham Əliyev Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
Əli Həsənov vəzifəsindən azad edildi
Dogruxeber.az daha bir qeyri-adi hadisəylə rastlaşdı! - Foto
Sürücülərlə bağlı yeni QƏRAR
“Polis mitinqdə çox səbrli davranırdı” — Deputat
Sabah yağış yağacaq
Xərçənglə əlaqəli 100 illik sirr açıldı
Sarkisyanın Qarabağla bağlı razılaşdığı HƏLL PLANI AÇILDI: – “7 rayon qaytarılır, əraziyə beynəlxalq sülməramlılar gəlir…”
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verildi
Sabahın hava proqnozu açıqlandı
Elçin Əlibəyli Əli Kərimlini tənqid etdiyinə görə döyüldüyünü açıqladı – FOTO
Gələn ilin elm və təhsil xərcləri bu qədər olacaq - RƏQƏMLƏR
Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq
Azərbaycanlı iş adamı qardaşı oğluna səsləndi: "Əli, dərhal get polisə və təslim ol!" - Video
Azərbaycanda seçkilərin vaxtı açıqlandı — Dekabrın 23-də
Prezident “Dövlətqaçqınkom”un sədrini qəbul etdi
Paşinyan Təhlükəsizlik Şurasını təcili topladı
"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov
Şənbə günü yağış yağacaq
Əfqan Muxtarlı bu gün azadlığa çıxa bilər
Avropa çempionumuza nə olub? - Özü DANIŞDI
Keçmiş hərbçilər icazəsiz aksiyalara qarşı ÇIXDILAR
Deputatın zavodu tənəzzül yolunda – 26 faiz azalma
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Tatarıstan Azərbaycanda yeni zavod açır
“Məmurlar arasında düşmənçilik o həddə çatıb ki…” — Deputatdan SƏRT AÇIQLAMA
Elina Hacıyevanın anası Prezident İlham Əliyevə müraciət etdi
Ermənilər ekoloji TERROR törətdilər: Azərbaycana axan çay rəngini dəyişdi

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla