Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin daşınmasına başlanıldı

Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin daşınmasına başlanıldı













“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan “ADY Express” MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daha bir neçə yeni növ yük daşımağa başlayıb.

DogruXeber.az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilir.

Məlumata görə, buna BTQ-nin yaratdığı yeni cəlbedici imkanların hesabına nail olunub. Belə ki, aparılan danışıqlar nəticəsində, bu dəfə sınaq məqsədilə Türkiyədən Türkmənistana qarışıq yüklər daşınıb. 12 yük avtomobili ilə Türkiyənin Qars stansiyasına çatdırılan yüklər, burada “ADY Express”ə məxsus və təqdim etdiyi 4 ədəd yarımvaqona aşırılaraq, yola salınıb. Gürcüstanın Axalkalaki stansiyasında təkər cütləri dəyişdirildikdən sonra, vaqonlar Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdırılıb, buradan isə Türkmənbaşı limanına bərə vasitəsi ilə nəql edilib.

220 tonadək yük Türkiyədən Türkmənistana qısa müddət ərzində - 5 günə çatdırılıb. Bu isə ənənəvi avtomobil yolu ilə daşımadan fərqli olaraq, tranzit vaxtının azı 2 dəfə azalması deməkdir. Bunu avtomobil yollarında və sərhədlərdəki sıxlıq ilə yanaşı, dəmir yolunun sürət və çevikliyi ilə əlaqələndirmək olar. İmzalanmış müqaviləyə əsasən, “ADY Express” 50 min ton bu növ yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəqlini həyata keçirəcək.

Tarix:16-09-2019, 11:35 Baxış Sayı:51 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Hafiz Hacıyevə ağır itki üz verib
Sabahın hava proqnozu açıqlanıb
İlham Əliyev Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
Əli Həsənov vəzifəsindən azad edildi
Dogruxeber.az daha bir qeyri-adi hadisəylə rastlaşdı! - Foto
Sürücülərlə bağlı yeni QƏRAR
“Polis mitinqdə çox səbrli davranırdı” — Deputat
Sabah yağış yağacaq
Xərçənglə əlaqəli 100 illik sirr açıldı
Sarkisyanın Qarabağla bağlı razılaşdığı HƏLL PLANI AÇILDI: – “7 rayon qaytarılır, əraziyə beynəlxalq sülməramlılar gəlir…”
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verildi
Sabahın hava proqnozu açıqlandı
Elçin Əlibəyli Əli Kərimlini tənqid etdiyinə görə döyüldüyünü açıqladı – FOTO
Gələn ilin elm və təhsil xərcləri bu qədər olacaq - RƏQƏMLƏR
Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq
Azərbaycanlı iş adamı qardaşı oğluna səsləndi: "Əli, dərhal get polisə və təslim ol!" - Video
Azərbaycanda seçkilərin vaxtı açıqlandı — Dekabrın 23-də
Prezident “Dövlətqaçqınkom”un sədrini qəbul etdi
Paşinyan Təhlükəsizlik Şurasını təcili topladı
"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov
Şənbə günü yağış yağacaq
Əfqan Muxtarlı bu gün azadlığa çıxa bilər
Avropa çempionumuza nə olub? - Özü DANIŞDI
Keçmiş hərbçilər icazəsiz aksiyalara qarşı ÇIXDILAR
Deputatın zavodu tənəzzül yolunda – 26 faiz azalma
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Tatarıstan Azərbaycanda yeni zavod açır
“Məmurlar arasında düşmənçilik o həddə çatıb ki…” — Deputatdan SƏRT AÇIQLAMA
Elina Hacıyevanın anası Prezident İlham Əliyevə müraciət etdi
Ermənilər ekoloji TERROR törətdilər: Azərbaycana axan çay rəngini dəyişdi

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla