"Kimsə fahişə ilə evlənmək istəyirsə, evlənə bilər" – Taleh Yüzbəyov

"Kimsə fahişə ilə evlənmək istəyirsə, evlənə bilər" – Taleh Yüzbəyov














Cəmiyyətin "Zəhər tuluğu"na ehtiyacı var idi. Bu ideya ilk yarananda Adil çox ciddi personaj deyildi. O, sadəcə acıdil, hamını bezdirən, hamının zəhləsini tökən adi bir obraz idi. Vaxt keçdikcə özü də bilmədən dönüb filosof oldu. Adilə ehtiyac var imiş ki, sevildi.



DogruXeber.az xəbər verir ki, bu sözləri "Zəhər Tuluğu" qısametrajlı filmdə Adil obrazı ilə tamaşaçıların həm məhəbbətini, həm də müəyyən mənada "nifrətini" qazanan aktyor Taleh Yüzbəyov publika.az-a verdiyi müsahibəsində deyib:



"Adilin də, Rənanın da, Zaurun da günahı var, heç biri təmiz deyil. Amma Rənanın məsələsində günah yükü daha çox Zaurun üzərinə düşür. O, bir qızın ona olan hisslərindən öz məqsədləri üçün istifadə edib. Hətta sonradan onu dostlarına və tanışlarına da ötürüb... O seriyada məlum olur ki, günah xanımları qınayan kişilərin özündədir".



Daha sonra aktyor fahişənin evlənmək arzusu mövzusuna toxunub:



"Bir insan fahişə ilə evlənmək istəyirsə, evlənə bilər. Bu, onun seçimidir. Özü onu qəbul edirsə, sən, mən və digərləri kimdir ki, başqasının həyatına qarışsın. Əlbəttə ki, çətin olacaq. Cəmiyyətdən bunu normal qarşılanmasını da tələb etmək hardasa doğru olmazdı. Yaşadığı mühitdən asılıdır. Bu barədə dəqiq bir fikir bildirmək mümkün deyil, çox qarışıq məsələdir".



Aktyor onu da bildirib ki, Adilin timsalında öz səhvlərini də təsvir etməyə çalışıb:



"Öz səhvini qəbul etmək daha çətindir, insanlar adətən başqasını göstərib gülməyi xoşlayır. Amma Adildə özümə irad tutduğum nöqsanlar var. Məsələn, birinci seriyada Adil yolda gedərkən yardım etdiyi xanıma "Övladınızın üzünə tüpürərsiniz" deyir. Bu sözlərlə ilk növbədə özümə irad bildirmişəm, başqalarının deyil, əslində öz üzümə tüpürmüşəm. Çox vaxt işdə olduğum üçün anama həmişə yardım edə bilmirəm. Odur ki, içimdə vicdan əzabı çəkirəm"./Demokrat.az

Tarix:17-09-2019, 13:35 Baxış Sayı:67 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
“Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb
İlham Əliyev Ramiz Mehdiyevi vəzifəsindən azad etdi
Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edildi - SƏRƏNCAM
İşsiz qalan Abutalıbovun məşhur obyektləri - bazar, restoranlar və...
Mübariz İbrahimovu təhqir edən psixoloq barədə qərar verildi: Küçə süpürəcək
Sabah hava necə olacaq?
Azərbaycanda ət satanlara - Şad xəbər
Baş Nazirdən yeni TƏYİNATLAR
Whatsapp işlədənlərə şad xəbər - Çoxdan gözlənilən yenilik
General Cəbrayıl Usubov vəzifəsindən çıxarıldı
İlham Əliyev qocaları niyə yola salır? – Maraqlı səbəblər
Birinci vitse-spiker deputatı “topa tutdu”: Bura selfi çəkmək yeri deyil
Sabaha olan hava proqnozu AÇIQLANDI
“Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb
Baş Nazirin birinci müavininin köməkçisi vəfat etdi
Hafiz Hacıyevə ağır itki üz verib
Sabahın hava proqnozu açıqlanıb
İlham Əliyev Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
Əli Həsənov vəzifəsindən azad edildi
Dogruxeber.az daha bir qeyri-adi hadisəylə rastlaşdı! - Foto
Sürücülərlə bağlı yeni QƏRAR
“Polis mitinqdə çox səbrli davranırdı” — Deputat
Sabah yağış yağacaq
Xərçənglə əlaqəli 100 illik sirr açıldı
Sarkisyanın Qarabağla bağlı razılaşdığı HƏLL PLANI AÇILDI: – “7 rayon qaytarılır, əraziyə beynəlxalq sülməramlılar gəlir…”
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verildi
Sabahın hava proqnozu açıqlandı
Elçin Əlibəyli Əli Kərimlini tənqid etdiyinə görə döyüldüyünü açıqladı – FOTO
Gələn ilin elm və təhsil xərcləri bu qədər olacaq - RƏQƏMLƏR
Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla