Qanunsuz işdən çıxarılan Ruslan Cəlilov, "General" Rəşad Əliyevin tapşırığı ilə özünə və ailəsinə qarşı olan təzyiqlərə və sui qəsdə görə Ölkə Başçısına səsləndi!!! - Video

Qanunsuz işdən çıxarılan Ruslan Cəlilov, "General" Rəşad Əliyevin tapşırığı ilə özünə və ailəsinə qarşı olan təzyiqlərə və sui qəsdə görə Ölkə Başçısına səsləndi!!! - Video



















Belə ki,bir neçə müddətdir Dogruxeber.az informasiya agentliyi vasitəsilə gündəmdə olan Ruslan Rəhim oğlu Cəlilov təzyiqlərə məruz qalaraq, həbs olunacağı ilə hədələnir...

Dövlət Neft şirkətinin təhlükəsizlik idarəsinin rəisi "General" Rəşad Əliyev heç bir qanunu əsas olmadan Ruslan Cəlilovu 11 ildir işlədiyi Neft şirkətinin təhlükəsizlik departamentində idman kompleksinin direktoru vəzifəsindən, öz şəxsi maraqları naminə, qərəzli mövqe nümayiş etdirərək işdən azad etmişdir...

Dogruxeber.az - a verdiyi müsahibəsi zamanı Ruslan Cəlilov bildirmişdir ki, mənim qayınım, ailəsində yaşanan münasibətlərin pozulması ilə əlaqədar olaraq, "Qaranlıq dünayanın mafiya başçısı" Rəşad Əliyevin doğmaca bacısını boşadığı üçün, sözü gedən "General" qərəzli olaraq məni işdən çıxardı.... Haqsız yerə işdən çıxarılan iki övlad atası Ruslan Rəhim oğlu Cəlilov pozulmuş hüquqlarının bərpa olunması üçün bir çox yerlərə rəsmi şəkildə, həmçinin media vasitəsilə müraciət etməsinə baxmayaraq,lakin heç bir nəticə əldə etmədiyini bildirdi..

Bütün səylərinin nəticəsiz qaldığının səbəbini isə, "Burda mənəm, Bağdadda kor xəlifə" şüarı altında yaşayan ARDNŞ- nin Təhlükəsizlik idarəsinin rəisi Rəşad Əliyevin çirkin əməlləri ilə əsaslandırır!!!

Bu yaxınlarda Ruslan Cəlilovun yaşadığı Abşeron rayon Ceyranbatan qəsəbəsinin sahə rəisi polis zabiti (Uçastkovi), Ruslanı dəfələrlə həbs olunacağı ilə hədələyərək, Rəşad Əliyevə qarşı olan şikayətlərini dayandırmağı əmr etmişdi.Polis zabiti Ruslan Cəlilova şikayətlərini geri götürmədiyi təqdirdə, onu nəyin bahasına olursa-olsun azadlıqdan məhrum edəcəklərini bildirib!!!

Bu məqamda bizimlə müsahibəsi zamanı, bunu da xüsusilə vurğulayan, çarəsiz Ruslan Cəlilov sözü gedən ərazi üzrə sahə rəisi işləyən polis zabitinin amansızlığından söhbət açaraq bildirdi ki, bir çox ailələri gözü yaşlı qoyan, gəncləri, cavanları haqsız yerə şərləyərək, vəzifə səlahiyyətlərindən qanunsuz istifadə edən bə'zi Azərbaycan polisləri yaşadığım Ceyranbatan qəsəbəsində at oynadırlar.Men bunların şahidi olduğum üçün, qorxuramki, pozulmuş hüquqlarımın, tapdanmış haqqlarımın bərpasına və qorunmasına qalxdığım üçün, məni də hansı yolla olursa-olsun həbs edəcəklərindən qorxuram.. Söhbətimizin bu yerində " General" Rəşad Əliyevin və onun klanına aid şəxslərin tapşırığı ilə, öz şəxsi avtomobilində ailəsi ilə birlikdə gedərkən yolda Ruslan Cəlilovun tanımadığı şəxslər tərəfindən, digər nəqliyyat vasitəsi ilə vurulduğunu və həmin cinayəti törədən avtomobilin hadisə yerindən qaçdığını çox böyük ürək ağrısı və həyacanla bizə danışdı!!!

Həmin hadisəni Ruslanın oğlu əyləşdikləri avtomobilin içərisindən telefon vasitəsilə lentə aldığını bildirən Ruslan Cəlilov, onun və ailəsinin həyatına son qoymaq məqsədi ilə, avtomobilini vuran digər nəqliyyat vasitəsinin Dövlət Qeydiyyat nömrəsinin faktlarla açıq aydın göründüyünü diqqətimizə çatdırdı.

Beləki, hadisədən sonra hüquq mühafizə orqanlarına şikəyət edərək, başına gələn faciəni, həm rəsmi, həmdə əlində olan foto görüntü vasitəsi ilə müraciət etməsinə baxmayaraq, həmin nəqliyyat vasitəsinin tapılması hüquq mühafizə orqanları əməkdaşları tərəfindən ört basdır edildi...

Məhz buna görə də, Ruslan Cəlilov həmin hadisənin "General" Rəşad Əliyevin və onun əl altılarının tapşırığı ilə özünə və ailəsinə qarşı sui qəsd olduğunu bildirdi...

Əziz oxucular!!!

Doğruxeber informasiya agentliyi olaraq diqqətinizə çatdırmaq istəyirik ki, Ruslan Rəhim oğlu Cəlilov, bizim MUM Tv - kanalı vasitəsilə verdiyi müsahibələrində, Dövlət Neft Şirkətində cərəyan edən bir çox qaranlıq məqamların üstünü açmışdır!!!
Sözü gedən şirkətin Təhlükəsizlik idarəsinin rəisi " General" kimi tanınan Rəşad Əliyev və onun şəbəkəsinə aid olan yüksək çinli şəxslərin özbaşınalıqlarının və məkrli əməllərinin yüzlərlə qurbanlarından biri olan Ruslan Cəlilovun həyatı böyük təhlükə altındadır.!
Dəfələrlə müraciət etməsinə baxmayaraq, əlacsız və çarəsiz qalan Cəlilov Ruslan, bizim xəbər portalı vasitəsilə yenə də ölkə başçısı Cənab İlham Əliyevə, onun xanımı 1 ci Vitse-prezident Mehriban Əliyevaya, o cümlədən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Cənab Mədət Quliyevə, Respublikanın daxili işlər Naziri Cənab Vilayət Eyvazova və Respublika Baş Prokurorluğuna üzünü tutaraq kömək istədi!!!

Müraciətinə baxılmadığı təqdirdə, ailəsiylə birlikdə Azərbaycandan çıxmaq məcburiyyətində qaldığını söyləyən Ruslan Cəlilova , Dogruxber.az informasiya agentliyi olaraq bildirmək istəyirik ki, yaxın günlərdə şəxsən Cənab Prezidentin tapşırığı ilə, aidiyyatı orqanlar tərəfindən pozulmuş və tapdanmış hüquqlarının bərpa olunmasına, həmçinin Xalqı Ölkə Başçısından narazı salan yüksək vəzifəli şəxslərin cəzalanacaqlarına ümüd edərək, inanırıq..!!!

Bunuda diqqətinizə xüsusilə çatdırmaq istəyirik ki, qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə, Dövlət Neft şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, lakin heç bir telefon zənglərimzə cavab verən olmadı.!!!

Qarşı tərəfin mövqeyini dinləyib,dərc etməyə hazırıq.

Bizi izləməyi unutmayın!!!

Dogruxeber.az




Tarix:30-09-2019, 13:32 Baxış Sayı:367 Kateqoriya:gundem / sosial / hadise / maraqli / ustxeber
SON XƏBƏRLƏR
General Cəbrayıl Usubov vəzifəsindən çıxarıldı
İlham Əliyev qocaları niyə yola salır? – Maraqlı səbəblər
Birinci vitse-spiker deputatı “topa tutdu”: Bura selfi çəkmək yeri deyil
Sabaha olan hava proqnozu AÇIQLANDI
“Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb
Baş Nazirin birinci müavininin köməkçisi vəfat etdi
Hafiz Hacıyevə ağır itki üz verib
Sabahın hava proqnozu açıqlanıb
İlham Əliyev Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
Əli Həsənov vəzifəsindən azad edildi
Dogruxeber.az daha bir qeyri-adi hadisəylə rastlaşdı! - Foto
Sürücülərlə bağlı yeni QƏRAR
“Polis mitinqdə çox səbrli davranırdı” — Deputat
Sabah yağış yağacaq
Xərçənglə əlaqəli 100 illik sirr açıldı
Sarkisyanın Qarabağla bağlı razılaşdığı HƏLL PLANI AÇILDI: – “7 rayon qaytarılır, əraziyə beynəlxalq sülməramlılar gəlir…”
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verildi
Sabahın hava proqnozu açıqlandı
Elçin Əlibəyli Əli Kərimlini tənqid etdiyinə görə döyüldüyünü açıqladı – FOTO
Gələn ilin elm və təhsil xərcləri bu qədər olacaq - RƏQƏMLƏR
Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq
Azərbaycanlı iş adamı qardaşı oğluna səsləndi: "Əli, dərhal get polisə və təslim ol!" - Video
Azərbaycanda seçkilərin vaxtı açıqlandı — Dekabrın 23-də
Prezident “Dövlətqaçqınkom”un sədrini qəbul etdi
Paşinyan Təhlükəsizlik Şurasını təcili topladı
"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov
Şənbə günü yağış yağacaq
Əfqan Muxtarlı bu gün azadlığa çıxa bilər
Avropa çempionumuza nə olub? - Özü DANIŞDI
Keçmiş hərbçilər icazəsiz aksiyalara qarşı ÇIXDILAR

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla