Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Rusiyada azərbaycanlını öldürən erməni ilə bağlı qərar verildi - FOTO

Rusiyada azərbaycanlını öldürən erməni ilə bağlı qərar verildi - FOTO
1-10-2019, 10:52 124 dəfə baxılıb

Rusiyada azərbaycanlını öldürən erməni ilə bağlı qərar verildi - FOTO











Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə 18 il azadlıqdan məhrum olunmuş Ermənistan vətəndaşı Arman Arakelyan ölkəsinə ekstradisiya olunacaq.



DogruXeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə "News.am"a Arman Arakelyanın oğlu Qurgen Arakelyan bildirib.



Onun sözlərinə görə, Arman Arakelyanın ekstradisiyası 1-2 ay vaxt aparacaq.



"Ekstradisiyanın həyata keçirilməsi üçün müəyyən proses var, hansı ki, hələ başa çatmayıb", - deyə o bildirib.



Qeyd edək ki, Rusiya daha əvvəl Arman Arakelyanı Ermənistana ekstradisiya etməyə hazır olduğunu bildirib. Lakin Ermənistanın keçmiş ədliyyə naziri Artak Zeynalyan bunu məqsədəuyğun hesab etməyib.



Arman Arakelyan Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə, 18 il müddətinə azadlıqdan məhrum edilib. O, artıq 4 ildir Murmansk həbsxanasında cəza çəkir.



Qeyd edək ki, Arman Arakelyanın oğlu və qohumları qatilin ekstradisiya edilməsi tələbi ilə Ermənistanda, hökumət binası qarşısında aksiya keçiriblər.
Rusiyada azərbaycanlını öldürən erməni ilə bağlı qərar verildi - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram