Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Valideynlərə xəbərdarlıq: "Əgər övladlarınız..."

21-02-2018, 14:18

Valideynlərə xəbərdarlıq: "Əgər övladlarınız..."














Bu il məktəbə qəbul elektron qaydada aparılan şəhərlərdə məktəbəhazırlıq qrupunda uşaqları təhsil alan valideynlərin telefonlarına SMS daxil olacaq. Həmin məlumatda onların övladlarının müəllimi və məktəblə bağlı informasiyalar yer alacaq".

Bunu Bakı Şəhəri Təhsil İdarəsinin informasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva bu gün keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, yaşadıqları ərazidən kənarda uşaqları məktəbəqədər hazırlıq qrupunda təhsil alanlar isə şəxsi kabinetə daxil olub, istədikləri məktəbi seçə biləcəklər:

"Məktəblərə sənəd qəbulu şənbə və bazar günləri istisna olmaqla məktəblərə təqdim edilə bilər".

İ.Abdullayeva bildirib ki, bu il məktəblərdə sıxlığı azaltmaq üçün birinci növbədə ərazidə yaşayan uşaqlar məktəbə qəbul olacaq:

"Daha sonra digər ərazilərdən olanlar məktəbə götürüləcək. Valideyn həmin məktəbdə işləyirsə, övladlarından biri həmin məktəbdə oxuyursa, onlar fevral ayının 22-dən iyun ayının 14-dək qeydiyyatda olmadıqları ərazilərdəki məktəblərdə qeydiyyatdan keçməlidirlər. Valideynlərə müraciət edirik ki, məktəblərə qəbul prosesində tələbləri nəzərə alsınlar. Vaxtında müraciət etsinlər ki, sonrada məktəblərdə sıxlıq problemlərinə səbəb olmasın".

Bakı Şəhəri Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə deyib ki, məktəbəhazırlıq qrupunda təhsil alanların qeydiyyatdan keçməsinə ehtiyac yoxdur, onlar sadəcə elektron ərizəni doldurub, sonra məktəbə təqdim etməlidirlər:

"Məktəblərə qəbul elektron qaydada aparılır və buna görə də valideynlərə xəbərdarlıq edirik ki, elektron qeydiyyatdan keçməmiş məktəblərə yaxınlaşmağa ehtiyac yoxdur. Yalnız elektron qeydiyyatdan sonra sənədlərini məktəbə təqdim edə bilərlər. Bu il Bakı şəhərində birinci sinfə qəbul olanların sayı artacaq. Ötən il Bakıda 50 min şagird birinci sinfə qəbul olmuşdusa, bu il 51 min şagirdin məktəbə qəbulu gözlənilir".

Mənbə: publika.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram