Daha bir sələmçi deputat…- Rüfət Quliyev haqqında şok iddialar

Daha bir sələmçi deputat…- Rüfət Quliyev haqqında şok iddialar







Deputatlar hansı haqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur?

Sizi Milli Məclisin "adlı-sanlı” deputatlarının dosyeləri ilə bir-bir tanış edəcəyimizi demişdik. Bir halda ki, son günlərin qızğın müzakirələri "borclu” deputatların üzərinə cəmlənib, Lənkəran seçki dairəsindən mandat almış Rüfət Quliyevi də unutmayaq. Mandatı necə aldığını təxmin etmək elə də çətin deyil. Bir də adamın məhkəməyə qədər gedib çıxmış sələmçilik işini xatırlatsaq, hər şey gün kimi aydın olur.

Dörd il əvvəl deputatın mətbuata manşet olmuş qalmaqallı borc söhbətini unumamısınız yəqin ki. Məsələ belə olmuşdu. Rüfət Quliyev vaxtilə dostluq etdiyi Namiq Səfərovun ailəsini məhkəməyə vermişdi. Deputat iddia ərizəsində göstərmişdi ki, 3 il əvvəl dostuna aylıq 8-10 faiz olmaqla, ümumilikdə 81 min 850 dollar pul verib. 2015-ci ilin martında N. Səfərov dünyasını dəyişib. Deputat da onun evinə gedib yoldaşından pulu tələb edib. Lakin o, həyat yoldaşının kimsəyə borcu olmadığını bildirib və iş gedib çıxıb məhkəməyə. O zaman Rüfət Quliyev mərhum dostunun ailəsindən 81 min 850 dollar əsas borc, 246 min 800 dollar da faiz olmaqla, ümumilikdə 328 min 650 dollar pul tələb edirdi. Hakim Nuranə Səfərova və övladlarının əmlakının üzərinə həbs qoyulması barədə qərar çıxarmışdı. Sonra Səfərova Milli Məclisin sədri Oqtay Əsədova şikayət etdi. O, sələmlə pul verdiyini etiraf edən deputatla bağlı məsələyə parlamentin İntizam Komissiyasında baxılmasını və buna hüquqi qiymət verilməsini xahiş etdi.

"Deputat nə vaxtdan sahibkarlıq fəaliyyəti ilə məşğul olur? Faizə pul vermək lisenziyalı fəaliyyətdir. Məgər Rüfət Quliyevin lisenziyası vardı? Deputat bu fəaliyyətinə görə vergi ödəyibmi?”- deyilirdi həmin müraciətin sonunda. O vaxt uzun çək-çevirdən sonra məsələyə xitam verilmiş və sübutlar əsasında Nuranə Səfərova deputata 80 min dollar ödəməyi öhdəsinə götürməklə iş qapanmışdı. Lakin bu biabırçı həngamədən sonra belə sələmçi deputata bir kəlmə söz deyən olmamışdı.

Əslinə qalsa, Nuranə Səfərovanın dediklərində böyük həqiqət yoxdurmu? Qanunverici orqanın binasında oturub, qanunu pozan bu adamlar xalqa nə gün ağlaya bilər? Deputat hansı haqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur axı?

Saxta mandat kimi saxta bioqrafiya

Rüfət Quliyevin "Vikipedia”dakı dosyesi göz qamaşdırır. Quliyev 300-ə yaxın elmi əsər və məqalənin müəllifidir və onlardan 41-i ABŞ, Türkiyə, Rusiya, Ukrayna, Çexiya, Slovakiya, Latviya, Estoniya, Qazaxıstan, İsveç və digər ölkələrin nüfuzlu elmi jurnallarında çap olunub. O, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya, Azərbaycan-Hindistan, Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin BMT-nin 60 illiyi münasibətilə fəxri yubiley medalı, Ukrayna Ədliyyə Nazirliyi İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin fəxri medalı, MDB-nin 20 illiyi fəxri yubiley medalı, T. Şevçenko adına Kiyev Milli Universitetinin 3 fəxri medalı, Qırğızıstanın "Birimdik-Yedinstvo” Ictimai fondunun "Birimdik-Yedinstvo” ordeni ilə təltif olunub. 1999-2017-ci illərdə "European Tobacco-Baku” ASC-nin İdarə Heyətinin sədri idi. O, Azərbaycan Türkiyə İş Adamları Birliyinin həmsədridir.

Biz hələ onun haqqında yazılan bioqrafik mədhiyyənin qısa variantını verdik. Titulları tam siyahı üzrə sadalasaq, onların da mandat kimi saxta yollarla alındığına dair hamınızda şübhə yaranacaq…

Bax, belə. Krallara layiq bir bioqrafiya, qanunsuz biznes fəaliyyəti və sələmçilik…

Mənbə: Gundemxeber.az

Tarix:9-10-2019, 22:54 Baxış Sayı:51 Kateqoriya:gundem / sosial / maraqli / ustxeber
SON XƏBƏRLƏR
General Cəbrayıl Usubov vəzifəsindən çıxarıldı
İlham Əliyev qocaları niyə yola salır? – Maraqlı səbəblər
Birinci vitse-spiker deputatı “topa tutdu”: Bura selfi çəkmək yeri deyil
Sabaha olan hava proqnozu AÇIQLANDI
“Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb
Baş Nazirin birinci müavininin köməkçisi vəfat etdi
Hafiz Hacıyevə ağır itki üz verib
Sabahın hava proqnozu açıqlanıb
İlham Əliyev Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
Əli Həsənov vəzifəsindən azad edildi
Dogruxeber.az daha bir qeyri-adi hadisəylə rastlaşdı! - Foto
Sürücülərlə bağlı yeni QƏRAR
“Polis mitinqdə çox səbrli davranırdı” — Deputat
Sabah yağış yağacaq
Xərçənglə əlaqəli 100 illik sirr açıldı
Sarkisyanın Qarabağla bağlı razılaşdığı HƏLL PLANI AÇILDI: – “7 rayon qaytarılır, əraziyə beynəlxalq sülməramlılar gəlir…”
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verildi
Sabahın hava proqnozu açıqlandı
Elçin Əlibəyli Əli Kərimlini tənqid etdiyinə görə döyüldüyünü açıqladı – FOTO
Gələn ilin elm və təhsil xərcləri bu qədər olacaq - RƏQƏMLƏR
Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq
Azərbaycanlı iş adamı qardaşı oğluna səsləndi: "Əli, dərhal get polisə və təslim ol!" - Video
Azərbaycanda seçkilərin vaxtı açıqlandı — Dekabrın 23-də
Prezident “Dövlətqaçqınkom”un sədrini qəbul etdi
Paşinyan Təhlükəsizlik Şurasını təcili topladı
"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov
Şənbə günü yağış yağacaq
Əfqan Muxtarlı bu gün azadlığa çıxa bilər
Avropa çempionumuza nə olub? - Özü DANIŞDI
Keçmiş hərbçilər icazəsiz aksiyalara qarşı ÇIXDILAR

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla