Novruz Məmmədov getdi, növbədə kimdir?

Novruz Məmmədov getdi, növbədə kimdir?













Dünən Prezident İlham Əliyev tərəfindən istefaya göndərilən Baş Nazir Novruz Məmmədov bəlkə də təyin olunduğu vəzifəyə yararsız olduğunu etiraf edən ilk məmur kimi tarixə düşəcək.

Xatırladaq ki, N.Məmmədov bütün ölkədə şok effekti verən Baş Nazir təyinatı haqda bu yaxınlarda yerli televiziyalardan birinə müsahibəsində danışmışdı. Əslində bu müsahibə ilə vəzifədə çox qalmayacağının anonsunu da vermişdi.


“Azərbaycanın Baş Naziri vəzifəsinə təyinatım gözlənilməz oldu. Heç vaxt təsəvvür edə bilməzdim ki, mənə belə bir təklif edilə bilər. Ona görə də mənim üçün hamıdan çox gözlənilməz oldu. Hər şey qəfil baş verdi…”, – N.Məmmədov bildirmişdi. O, hətta Prezidentə bu vəzifəni bacarmayacağını dediyini də etiraf etmişdi.

Sitat: “Hamımız çox razılıq, məmnunluq içərisində idik. Seçkilər çox gözəl keçdi. Cənab Prezident çağırıb dedi ki, səni Baş nazir olmağını təklif edirəm. Elə vəziyətdə qaldım ki… Fikirləşdim, bu mümkün olan şey deyil!

Cənab Prezidentə dedim ki, Baş nazir olmağı mən bacarmaram… Hə, bunu dedim cənab Prezident İlham Əliyevə. Dedim ki, sizin etimadınızı doğrulda bilmərəm. Mənim üçün bu çətin olar. Dedi ki, yox, mənim bir neçə namizədim var, onlardan biri sənsən. Düzü bu söz mənə biraz rahat oldu ki, məndən başqa da namizədlər var.

Ondan sonra bir dəfə də belə söhbətimiz oldu. Onda da eyni təklifi etdi. Dedi ki, get fikirləş! Sonra fikirləşirdim ki, bu vəzifənin öhdəsindən necə gələcəyəm?


Bunu fikirləşə-fikirləşə bir neçə gün keçdi. Zəng etdi dedi ki, Novruz Məmmədov sabah gedirsən Milli Məclisə…

Daha heç bir şey fikirləşməyə qoymadı. Başa düşürəm bu vəzifə böyük etimaddır. Amma, mənim yükümü daha da çoxaldıb”.

N.Məmmədovun “bacarmayacam” israrına baxmayaraq Baş Nazir vəzifəsinə təyin olunması və cəmi il yarımdan sonra vəzifədən götürülməsi ondan xəbər verir ki, N.Məmmədov Prezident İlham Əliyevə keçici namizəd kimi lazım olub. Yəni dövlət başçısının planlarında N.Məmmədovun uzun müddət bu vəzifədə saxlanması nəzərdə tutulmayıb.

Prezident niyə belə bir qərar verib, demək çətindir. Lakin xatırlatmaq yerinə düşər ki, həmin vaxt hakimiyyət daxilindəki qruplaşmalar baş nazir postu uğrunda çox ciddi mübarizəyə başlamışdılar. Məlumatlar verilirdi ki, hökumətdəki bir sıra “ağır çəkili” fiqurlar bu posta əsas namizəd kimi ya özlərini, ya da təmsil olunduqları qruplaşmanın nümayəndəsini görürlər və bütün imkanlarını səfərbər ediblər. Hətta baş nazirlik uğrunda mübarizənin komanda daxilində ciddi gərginliyə yol açdığı da bildirilirdi.


Belə görünür ki, Prezident həmin vaxt Novruz Məmmədov gedişini etməklə, həm bu gərginliyi aradan qaldırdı, həm də daha düşünülmüş qərar vermək üçün bir qədər zaman götürdü. İndi isə Prezident bu qərara gəlib ki, uzun illərdir iqtidarın iqtisadi siyasətinin formalaşmasında iştirak edən Əli Əsədov Baş Nazir postuna ən yaxşı namizəddir. Və onun namizədliyini də parlamentə təqdim edib.

İstənilən halda, son dərəcə zəif, xaraktersiz N.Məmmədovun az-çox avtoritetli, iqtisadiyyatı bilən Əli Əsədovla əvəzlənməsi yaxşı hadisədir. Bu dəyişiklik, çox böyük ehtimalla, həm də hökumətdə Prezident Administrasiyasını, hüquq-mühafizə orqanlarının rəhbərliyini, parlamenti və onun rəhbərliyini də əhatə edəcək daha ciddi kadr islahatlarının başlanğıcıdır.

Beləliklə, Novruz Məmmədov getdi, növbədə kimdir?…

Azpolitika.info

Tarix:9-10-2019, 23:09 Baxış Sayı:44 Kateqoriya:gundem / siyaset
SON XƏBƏRLƏR
General Cəbrayıl Usubov vəzifəsindən çıxarıldı
İlham Əliyev qocaları niyə yola salır? – Maraqlı səbəblər
Birinci vitse-spiker deputatı “topa tutdu”: Bura selfi çəkmək yeri deyil
Sabaha olan hava proqnozu AÇIQLANDI
“Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb
Baş Nazirin birinci müavininin köməkçisi vəfat etdi
Hafiz Hacıyevə ağır itki üz verib
Sabahın hava proqnozu açıqlanıb
İlham Əliyev Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
Əli Həsənov vəzifəsindən azad edildi
Dogruxeber.az daha bir qeyri-adi hadisəylə rastlaşdı! - Foto
Sürücülərlə bağlı yeni QƏRAR
“Polis mitinqdə çox səbrli davranırdı” — Deputat
Sabah yağış yağacaq
Xərçənglə əlaqəli 100 illik sirr açıldı
Sarkisyanın Qarabağla bağlı razılaşdığı HƏLL PLANI AÇILDI: – “7 rayon qaytarılır, əraziyə beynəlxalq sülməramlılar gəlir…”
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verildi
Sabahın hava proqnozu açıqlandı
Elçin Əlibəyli Əli Kərimlini tənqid etdiyinə görə döyüldüyünü açıqladı – FOTO
Gələn ilin elm və təhsil xərcləri bu qədər olacaq - RƏQƏMLƏR
Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq
Azərbaycanlı iş adamı qardaşı oğluna səsləndi: "Əli, dərhal get polisə və təslim ol!" - Video
Azərbaycanda seçkilərin vaxtı açıqlandı — Dekabrın 23-də
Prezident “Dövlətqaçqınkom”un sədrini qəbul etdi
Paşinyan Təhlükəsizlik Şurasını təcili topladı
"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov
Şənbə günü yağış yağacaq
Əfqan Muxtarlı bu gün azadlığa çıxa bilər
Avropa çempionumuza nə olub? - Özü DANIŞDI
Keçmiş hərbçilər icazəsiz aksiyalara qarşı ÇIXDILAR

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla