Baş nazirin müavinləri də vəzifədən azad oluna bilər

Baş nazirin müavinləri də vəzifədən azad oluna bilər













Novruz Məmmədov Baş nazir vəzifəsindən azad edildikdən sonra Nazirlər Kabinetində müavin postlarında da əvəzlənmələrin olacağı gözlənilir.

DogruXeber.az Yenisabah.az-a istinadən xəbər verir ki, yeni Baş nazir Əli Əsədovun ilk işi müavinlərinin əvəzlənməsi istiqamətində atacağı addımlar ola bilər. Hazırda Baş nazirin dörd müavini var: Yaqub Eyyubov (birinci müavin), Əli Həsənov, Əli Əhmədov və Hacıbala Abutalıbov.

Yaqub Eyyubov 10 iyul 1999-cu ildən 2003-cü ilə qədər Baş nazirin müavini vəzifəsində çalışıb. 13 fevral 2003-cü ildən isə Baş nazirin birinci müavinidir. Beləliklə, 74 yaşlı Yaqub Eyyubovun Nazirlər Kabinetində müavinlik karyerasi nə az nə çox, düz 20 illik bir müddəti əhatə edir.

Uzun müddət Baş nazirin müavini vəzifəsində çalışanlardan biri də Əli Həsənovdur. O, 21 ildir ki, Baş nazirin müavinidir. 71 yaşlı Əli Həsənov bu vəzifəyə 18 noyabr 1998-ci ildə təyin edilib.

Baş nazirin digər müavini Əli Əhmədov isə 6 ildir bu vəzifədədir. Əli Əhmədov 22 oktyabr 2013-cü il bu posta təyinat alıb. O, həm də müavinlər arasından ən cavanıdır. Əli Əhmədovun 66 yaşı var.

Nazirlər Kabinetində ən az müavinlik stajı olan isə Hacıbala Abutalıbovdur. 75 yaşlı Hacıbala Abutalıbov 21 aprel 2018-ci ildən Baş nazirin müavinidir.

Bəzi mülahizələrə görə, müavinlərin əvəzlənməsi Əli Həsənovla Hacıbala Abutalıbovun istefaya göndərilməsi ilə başlana bilər. Hər iki şəxs kifayət qədər yaşlıdır. Digər tərəfdən Əli Həsənovun nəvəsi ilə qalmaqal hələ də yaddaşlardan silinməyib. O, hər dəfə hansısa məsələ barədə fikir bildirərkən nəvəsi ilə bağlı qalmaqal gündəmə gətilir və nəticədə bütövlükdə hakimiyyət hədəfə gətirlir. Ona görə də mümkündür ki, ilk olaraq Əli Əsədovun 71 yaşlı adaşı vəzifəsi ilə vidalaşsın.

Hacıbala Abutalıbova gəlincə, o, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olarkən fəal məmur imicinə malik idi. Əlbəttə Hacıbala Abutalıbovun bu imici heç də işinin öhdəsindən bacarıqla gələn, xalqı düşünən yaxşı məmur olması anlamına gəlmir. Amma hər halda Hacıbala Abutalıbov səlahiyyətinə aid olan məsələlərə fəal şəkildə müdaxilə edir, vaxtaşırı mediaya açıqlamalar verir, paytaxtın rəhbəri kimi mövcudiyyətini nümayiş etdirirdi. Sadəcə Baş nazirin müavini olduqdan sonra isə onun fəal məmur imici darmadağın olub. Bu, bəlkə də onun ikinci olmağa alışmadığından irəli gəlir. Fəqət, onun passivliyi hökuməti qane etməyə bilər. Hacıbala Abutalıbovun yaşı da onun ziyanına işləyir.

Əli Əhmədovla Yaqub Eyyubova gəlincə, onların əvəzlənəcəyi o qədər də inandırıcı görünmür. Əli Əhmədov həm də YAP icra katibinin müavinidir, aktiv siyasətlə məşğuldur. Hakimiyyətə ünvanlanan ittihamları vaxtaşırı cavablandıran şəxsdir. Baş nazirin müavini vəzifəsi isə onun ciddiyyətini daha da artıran amildir.

Yaqub Eyyubov hələlik birinci müavinlik üçün ən optimal fiqur hesab edilir. İntriqadan uzaq olduğu deyilən Yaqub Eyyubovun həm də bacarıqlı məmur olduğunu iddia edirlər. Bu keyfiyyətləri onun karyerasının ömrünü bir qədər də uzada bilər.

Tarix:9-10-2019, 23:17 Baxış Sayı:52 Kateqoriya:gundem / siyaset / maraqli
SON XƏBƏRLƏR
General Cəbrayıl Usubov vəzifəsindən çıxarıldı
İlham Əliyev qocaları niyə yola salır? – Maraqlı səbəblər
Birinci vitse-spiker deputatı “topa tutdu”: Bura selfi çəkmək yeri deyil
Sabaha olan hava proqnozu AÇIQLANDI
“Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb
Baş Nazirin birinci müavininin köməkçisi vəfat etdi
Hafiz Hacıyevə ağır itki üz verib
Sabahın hava proqnozu açıqlanıb
İlham Əliyev Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
Əli Həsənov vəzifəsindən azad edildi
Dogruxeber.az daha bir qeyri-adi hadisəylə rastlaşdı! - Foto
Sürücülərlə bağlı yeni QƏRAR
“Polis mitinqdə çox səbrli davranırdı” — Deputat
Sabah yağış yağacaq
Xərçənglə əlaqəli 100 illik sirr açıldı
Sarkisyanın Qarabağla bağlı razılaşdığı HƏLL PLANI AÇILDI: – “7 rayon qaytarılır, əraziyə beynəlxalq sülməramlılar gəlir…”
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verildi
Sabahın hava proqnozu açıqlandı
Elçin Əlibəyli Əli Kərimlini tənqid etdiyinə görə döyüldüyünü açıqladı – FOTO
Gələn ilin elm və təhsil xərcləri bu qədər olacaq - RƏQƏMLƏR
Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq
Azərbaycanlı iş adamı qardaşı oğluna səsləndi: "Əli, dərhal get polisə və təslim ol!" - Video
Azərbaycanda seçkilərin vaxtı açıqlandı — Dekabrın 23-də
Prezident “Dövlətqaçqınkom”un sədrini qəbul etdi
Paşinyan Təhlükəsizlik Şurasını təcili topladı
"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov
Şənbə günü yağış yağacaq
Əfqan Muxtarlı bu gün azadlığa çıxa bilər
Avropa çempionumuza nə olub? - Özü DANIŞDI
Keçmiş hərbçilər icazəsiz aksiyalara qarşı ÇIXDILAR

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla