Alimlər həyəcan təbili çaldı: ACLIQ olacaq - Azərbaycan hansı tədbirləri görür?

Alimlər həyəcan təbili çaldı: ACLIQ olacaq - Azərbaycan hansı tədbirləri görür?













Fosfor gübrəsi yoxa çıxmaq üzrədir. Bu isə kənd təsərrüfatı məhsullarının istehsalında məhsuldarlığın olmamasına və aclığa gətirib çıxaracaq. Bu qənaətə beynəlxalq ekspert qrupu gəlib.
Araşdırmalar göstərib ki, mineral gübrələrin istehlakı hazırkı səviyyədə davam edərsə, 80 ildən sonra mövcud fosfor ehtiyatları yoxa çıxacaq. Bu isə məhsuldarlığın tamamilə aşağı düşməsinə səbəb olacaq.

Bəs dünyada baş verən bu qıtlıq Azərbaycana necə təsir edəcək?

Kənd təsərrüfatı eksperti Nicat Nəsirli “Yeni Sabah”a açıqlamasında bildirib ki, bizdə hələ gübrələmə mədəniyyəti tam formalaşmayıb:

“Ümumiliyyətlə, kənd təsərrüfatında istifadə olunan iki tip gübrə var. Bunlar mineral və üzvi gübrələrdir. Mineral gübrələr zavodlarda kimyəvi maddələrdən əldə olunur, üzvi gübrələr isə çürüntülərdən, daha çox heyvandarlıq məhsullarının kompostlaşmasından alınır. Təəssüf ki, üzvi gübrənin bizdə istifadəsi çox aşağıdır. Biz daha çox mineral gübrələrdən istifadə edirik. Bizdə 3 tip mineral gübrə mövcuddur. Bunlar fosfor, kalium, azotdur. Fosforlu 100-lərlə gübrə növü var. Məsələn, fosfor kalium gübrəsi torpağın altında nəmlik, ümumi minerallaşma yaradır. Azot isə yaşıl kütlənin üzərinə verilir, bunun səbəbi də bitkinin fizioloji inkişafını sürətləndirməsidir.

Bizdə mineral gübrələrlə bağlı normativlər var. Normativə görə əraziyə 250 kiloqram fosfor gübrəsi verilir. Sumqayıtda yeni gübrə zavodu fəlaliyyətə başlayıb. Əsas məqsəd isə gübrələrdə yerli istehsala keçməkdir".

Ekspert fosfor gübrələrinin dünyada azaldığı deyilsə də, Azərbaycanın bu gübrələri təmin etməklə bağlı hərhansı problemlə üzləşmədiyini deyir:

"Azərbaycan hər il bir neçə ölkədən mineral gübrə idxal edir. Burda Rusiya, Türkiyə və digər Avropa ölkələri də var. İndiyə kimi mövcud olan problemlər gübrələrin gec gətirilməsi idi. Amma 2 ildir ki, aqroiqlim sisteminin qurulması ilə bu ləngimələr olmur. Gübrələrə təxminən 70% civarında dövlət güzəştləri də tətbiq olunur. Mən 2 ildir ki, gübrə təminatında bir əksiklik görmürəm".

Ekspertin fikrincə, bütün dünya ekoloji kənd təsərrüfatına keçird edərkən Azərbaycanın kimyəvi mineral gübrələrdən geniş istifadə etməsi düzgün deyil. Ancaq hələlik, bu gübrələrdən istifadə etməyə məcburuq:

"Bizim torpaqlarımız ən zəif torpaqlar qrupuna aiddir. Bizim əkin dövriyyəsində təxminən, 5 milyon hektar torpağımız var. Faktiki olaraq, bunun yalnız iki milyonunu əkə bilirik. Digər 3 milyon isə əkinə yararlı deyil və yaxud eroziyaya uğrayıb. Əsas əkin yerimiz Kür-Araz ovalığıdır. Orda da müxtəlif problemlər - şoranlaşma və s. baş verir. Ona görə məcbur olub mineral gübrələrdən istifadə edirik. Yoxsa torpaq məhsulu istədiyimiz səviyyədə yetişdirə bilmir".

Tarix:10-10-2019, 12:10 Baxış Sayı:48 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
General Cəbrayıl Usubov vəzifəsindən çıxarıldı
İlham Əliyev qocaları niyə yola salır? – Maraqlı səbəblər
Birinci vitse-spiker deputatı “topa tutdu”: Bura selfi çəkmək yeri deyil
Sabaha olan hava proqnozu AÇIQLANDI
“Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb
Baş Nazirin birinci müavininin köməkçisi vəfat etdi
Hafiz Hacıyevə ağır itki üz verib
Sabahın hava proqnozu açıqlanıb
İlham Əliyev Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
Əli Həsənov vəzifəsindən azad edildi
Dogruxeber.az daha bir qeyri-adi hadisəylə rastlaşdı! - Foto
Sürücülərlə bağlı yeni QƏRAR
“Polis mitinqdə çox səbrli davranırdı” — Deputat
Sabah yağış yağacaq
Xərçənglə əlaqəli 100 illik sirr açıldı
Sarkisyanın Qarabağla bağlı razılaşdığı HƏLL PLANI AÇILDI: – “7 rayon qaytarılır, əraziyə beynəlxalq sülməramlılar gəlir…”
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verildi
Sabahın hava proqnozu açıqlandı
Elçin Əlibəyli Əli Kərimlini tənqid etdiyinə görə döyüldüyünü açıqladı – FOTO
Gələn ilin elm və təhsil xərcləri bu qədər olacaq - RƏQƏMLƏR
Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq
Azərbaycanlı iş adamı qardaşı oğluna səsləndi: "Əli, dərhal get polisə və təslim ol!" - Video
Azərbaycanda seçkilərin vaxtı açıqlandı — Dekabrın 23-də
Prezident “Dövlətqaçqınkom”un sədrini qəbul etdi
Paşinyan Təhlükəsizlik Şurasını təcili topladı
"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov
Şənbə günü yağış yağacaq
Əfqan Muxtarlı bu gün azadlığa çıxa bilər
Avropa çempionumuza nə olub? - Özü DANIŞDI
Keçmiş hərbçilər icazəsiz aksiyalara qarşı ÇIXDILAR

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla