Özünü hər kəsə başçının qohumu kimi bildirən “Park”ın baş nəzarətçisi işçilərə aylıq haqq qoydu: İDDİA/ Video

Özünü hər kəsə başçının qohumu kimi bildirən “Park”ın baş nəzarətçisi işçilərə aylıq haqq qoydu: İDDİA/ Video





Atalardan belə deyim var “kiminin əvvəli kiminin axırı” təbii ki,bu misalı əbəs yerə çəkmədik. Bir zamanlar Bakıda nəqliyyat vasitəsi olaraq Tralebus və Tranvaylar fəaliyyət göstərirdi. Ekologiya baxımdan çox sərfəli olan bu nəqliyyat vasitələri müstəqilliyimizdən sonra çox çəkmədi ki,yığışdırıldı. Sual edərsiniz ki,Tralebusun bu günki mövzumuza nə aidiyyatı var? Bax onda, bu çox maraqlı sual olmuş olar.
Bu gün barəsində bəhs edəcəyimiz şəxs,bir zamanlar yuxarıda adları qeyd olunan nəqliyyat vasitələrinin avto parkında sıradan bir işçi olmuşdur. Zamanla həmin müəssisədə müdir vəzifəsinə qədər yüksəlməyi bacarır. İllər sonra taleh quşu çiyninə qonur və beləliklə, icra başçısı vəzifəsinə təyin olur. Sizləri çox intizarda saxlamaq fikrində deyilik. Söhbət “Yasamal” rayon icra başçısı hörmətli Əziz Əzizovdan gedir.

Bəli düz eşitdiniz, söhbət o kəsdən gedir ki, ötən ilə qədər uzun müddət “Cəlilabad” rayonuna başçılıq edən,bu gün isə “Yasamal”rayonunda icra başçısı vəzifəsində çalışan Əziz Əzizovun rayonda və Bakıda gördüyü işlər barədə qısa məlumatları diqqətinizə çatdıracağıq.

Dəyərli “DogruXeber.az” informasiya agentliyinin izləyiciləri,yadınızdadırsa ötən il redaksiyamıza Cəlilabad rayon sakini Hüseynov Aydın İman oğlu tərəfindən daxil olmuş müraciəti dərc etmişdik. Xatırlatma olsun deyə bir daha diqqətinizə çatdıraq ki, rayon sakini A. Hüseynova məxsus torpaq sahəsini,hələ o zaman Rayon icra başçısı vəzifəsində çalışan Əziz Əzizov heç bir əsas olmadan vətəndaşa məxsus torpağı digər şəxsə satmışdır. Burada deyərsiniz ki,məgər icra başçısı torpaq satır ki,vətəndaşın torpağını əlindən alıb digər şəxsə satsın?!

Əgər oxucularımız arasında bu cür düşünənlər varsa,mütləq aşağıdakı video çarxları izləsinlər. O zaman hər kəsə hər şey məlum olacaq. Bir zamanlar Cəlilabad sakinlərinə göz verib, işıq verməyən Əziz Əzizov indi öz taxtı-tacını “Yasamal” rayonunda qurub. Hörmətli, Əziz müəllimin bu rayona icra başçısı vəzifəsinə gəlmək üçün, altına girdiyi yükün heç də yüngül olmadığını bilirik. Amma gəlin səmimi etiraf edək ki,Əziz Əzizov “Yasamal” rayonuna başçı təyin olunduğu gündən etibarən, bir çox ərazilərdə quruculuq,abadlıq işlərinin aparıldığının şahidi olduq.

Quruculuq, abadlıq demişkən,gəlin ilk öncə başçının diqqətini olduqca çox cəlb edən “Yeni Yasamal” 1 və 2-də görülən işlərdən qısada olsa söhbət açaq. Adının “Yeni”olması ilə məhşur olan bu qəsəbə, Bakı ərazisində dəniz səviyyəsindən hündürlükdə olan,Günəşli qəsəbəsi ilə müqayisədə ikinci yer tutan ən hündür qəsəbədir. Şəhərin mərkəzinə baxdıqda, bu qəsəbənin təmiz havası və sakitçiliyi insanı bir növ özünə cəlb edir. Bəs, görəsən, hörmətli Əziz müəllimi bu xüsusiyyətlər mi cəlb edib özünə?

O zaman gəlin bir qədər bu qəsəbəyə virtual səyahət edək. Görək hörmətli Əziz müəllim “Yasamal” rayonuna başçı təyin olunandan bu günə qədər adı ilə məhşur olmuş “Yeni Yasamal”da hansı quruculuq,abadlıq işləri görüb.! Diqqətinizə çatdırmaq istəyirik ki,illər öncə bu qəsəbədə “Xiyabani” dairəsi adlanan ərazidə bir park inşa olunmuşdur. Təəssüflər olsun ki,baxımsız qalan park insana viran qalmış şəhərləri xatırladırdı. Hələ o zamanlar parkın acınacaqlı durumu ilə bağlı,rayonun keçmiş icra başçısı İbrahim Mehdiyevə sual etmişdik. Cavabında isə başçı bildirmişdir ki,”parkın ətrafında məcburi köçkünlər yaşayır, onlar köçürüldükdən sonra bu haqda düşünəcəyik”. Çox əfsuslar olsun ki,İ.Mehdiyevin arzusu ürəyində qaldı,köçkünlərin köçməsini gözləyərkən anidən özünü vəzifədən asudə həyata köçürdülər. Burada atalar yaxşı deyib “Sən saydığını say, gör fələk nə sayır.”

Əlqərəz, gəlin görək barəsində dövr etdiyimiz park, indi hansı görkəmdədir. Təbii ki,yüksək standartlara cavab verən qaydada təmir bərpa olunub,camaatın istifadəsinə verilmişdir. Məlumunuz olsun ki,bu görülən abadlıq işləri birmənalı olaraq, rayonun rəhbəri hörmətli Ə.Əzizov tərəfindən gördürülmüşdür. Bu məsələnin görünən tərəfləri, indi gəlin keçid alaq məsələnin görünməyən tərəflərinə.
“Mələk” cildində görünən icra başçısı Ə.Əzizov rayona başçı təyin olar-olmaz tələsik “Yeni Yasamal”ın sözün yaxşı mənasında altın üstünə gətirdi. Təbii ki,burada şəxsi maraqların da xüsusi yeri vardır. Başçının ilk tapşırığı o oldu ki, “Yeni Yasamal”a giriş olan yolları boydan-boya təmir edin. Hə, burada “Qəribi ağlamaq tutdu” bəs, görəsən, niyə məhz yollardan başlamalıydı? Az qalmışdı ki,unudaq axı dahilərdən belə bir məhşur söz var deyərlər “Yol mədəniyyətdir”. Bəs, görəsən, hörmətli Ə.Əzizov dahilərin buyurduğu kəlama uyğun göstəriş verir,yoxsa şəxsi çıxarlarına?!

Doğrusu tam unutmuşduq,axı bizim “Mələk” simalı icra başçımız keçmişin məşhur biznesmenlərindən olmuşdur! Bəli,indi qaranlıq məqamlar üzə çıxır , yolu böyütmək adı altında yolqırağı obyektlər tikilməsi üçün ən sərfəli üsul,məhz ağıllı başçının verdiyi qərardır. Beləliklə də, plan baş tutur,həm yolqırağı obyektlər tikilir, həmçinində kiçik sahəsi olan balaca parkda 4 böyük obyektin inşa olunması ilə sonuclanır. Bu hələ son deyil,sözü gedən məhşur qəsəbə haqda gələn mövzumuzda geniş bəhs edəcəyik.
İndi isə keçid alaq, özünü başçının qohumu kimi təqdim edib,”At” oynadan baş nəzarətçiyə. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə,”Yeni Yasamal”da yenicə təmirdən çıxmış istirahət parkının baş nəzarətçisi vəzifəsində çalışan Mehdi adlı şəxs, parkda təxminən on nəfərdən çox işçi personajına aylıq “20”azn haqq tələb etdiyi bildirilib. Mənbənin bildirdiyinə görə,özünü hər kəsə başçının qohumu kimi tanıtdıran Mehdi adlı “Qəhrəman” işçi personajına bildirib ki,”sizdən istədiyim pulu özüm üçün deyil,icra hakimiyyətindən parka gələn əməkdaşları uğurluyub yola salmağım üçündür”.

Mehdinin pul istəyi,parkda istirahət edən sakinlər arasında ildırım sürəti ilə yayılır. Bundan xəbər tutan Mehdi dərhal işçiləri bir araya toplayıb,parkda istirahət edən sakinlərdən kənar durmalarını tapşırır. Amma nə fayda “Ox yaydan çıxdı” artıq indi nə qədər almamışam desəndə özündən başqasını inandıra bilməzsən. Yaxşı demiş atalar : “Yalançının evi yandı, heçkəs ona inanmadı”.

Dəyərli oxucular, bu gün barəsində bəhs etdiyimiz Yasamal rayon icra başçısı Əziz Əzizovun rayonda gördüyü işlər barəsində qısa məlumat verdik. Gələn buraxılışımızda isə başçının obyektləri,tikinti şirkəti və şirkət rəhbərləri arasında mübahisələri barədə geniş söhbət açacağıq.

Qarşı tərəfin mövqeyini dinləyib, dərc etməyə hazırıq…

“DogruXeber.az”


Tarix:11-10-2019, 15:07 Baxış Sayı:315 Kateqoriya:gundem / sosial / hadise / maraqli / ustxeber
SON XƏBƏRLƏR
Sumqayıt səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Avropaya "siyasi mühacir" kimi "sığınıb" Azərbaycanda "demokratiya" davası döyənlər sadəcə ucuz alverçilərdir - Azər Həsrət
Psixoloqların da diaqnostik qiymətləndirilməsi keçiriləcək - Təhsil Nazirliyi
"Türkiye" qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub - FOTO
Məhkəmə Ağstafada keçmiş polis yoldaşını öldürən rəislə bağlı qərar verdi
İcazəsiz aksiyada inzibati həbs olunan daha 3 nəfər azadlığa buraxıldı
Azərbaycan Prezidenti: Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir
Cəlil Məmmədquluzadənin ev muzeyi yenidən açıldı - Foto
Ermənilər ruslara qarşı nümayişə çıxdılar
Baş nazir əhalinin sağlamlığı ilə bağlı qurumlara tapşırıq verdi
Azərbaycanlı jurnalistlər bu gün İrəvana gedir?
“288” saylı tam orta məktəbdə keçirilən uğurlu tədbir-Foto
Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi
Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq
İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildi
Bakı-Sumqayıt yolu genişləndiriləcək? - Açıqlama
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı
Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"
Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın”
"Bəzi rayonlarda açıq meşə sahələri uzunmüddətli icarəyə verilib"
Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi
Bazar günü hava dumanlı olacaq
Bu şəxslərə pul ödəniləcək - Baş Nazirdən növbəti QƏRAR
Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi
Elçin Əlibəyli televiziya ilə vidalaşdı
DYP: Jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnmir
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
Daha bir aparıcı ATV-dən ayırıldı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla