Xəzər rayon Sabir Abbasov adına 117 saylı məktəbdə "Portfolia" 5 azn: Təhsil ocağı bazar qaydaları ilə idarə olunur

Xəzər rayon Sabir Abbasov adına 117 saylı məktəbdə "Portfolia" 5 azn: Təhsil ocağı bazar qaydaları ilə idarə olunur




















Hər bir dövlətdə təhsil sahəsinin nə qədər vacib və önəmli olduğunu bilirik. Necə ki, dahilər buyurmuşdur: Elm almaq beşikdən məzara qədər fərzdir. Elmin vacib və önəmli olmasına daha çox diqqət və qayğı göstərən bir neçə dövlətlər var ki,onlarda elmin sayəsində yüksək nəaliyyətlər əldə ediblər. Bəs görəsən bizim ölkədə təhsilin səviyyəsi hansı həddədir?

Bu sualın cavabını öyrənmək bizə elədə çətin olmadı. Belə ki, ötən gün “DogruXeber.az” informasiya agentliyinin redaksiyasına Xəzər rayonu Binə qəsəbəsində yaşayan bir qrup valideyn tərəfindən şikayət xarakterli müraciət daxil olmuşdur. Müraciətdə bildirilir ki,Xəzər rayon Binə qəsəbəsi Sabir Abbasov adına 117 saylı tam orta məktəbdə rüşvət tüğyan edir. Bir çox məktəblərdə ənənə halını almış,təbaşir pulu,summativ pulu,fond pulu, müəllimlər günü üçün pul,iş dəftəri üçün pul və sair bu kimi hallar,sözü gedən məktəbdə də aşırı dərəcədə baş alıb gedir.

Övladlarına müəllimlər tərəfindən ögey münasibət bəslənəcəyini düşünən bir çox imkansız valideynlər,təhsil ocağında baş verən qanuna zidd hərəkətləri müəllimlərə deməkdən çəkindikləri üçün çarə olaraq mətbuata üz tutublar. Təbii ki, biz "DogruXeber.az" informasiya agentliyi olaraq,bu cür halların Azərbaycan Respublikasının təhsil ocaqlarında adi bir hal kimi cərəyan etdiyini cox yaxşı bilirik. Üzərimizə düşən vəzifə olaraq, dəfələrlə təhsil ocaqlarında baş verən korrupsiya hallarını gündəmə gətirib,Təhsil Nazirliyini bu hallardan xəbərdar etmişik.

Amma nə fayda, "atalar" demişkən: “ Sən saydığını say, gör Təhsil Nazirliyi nə sayır. Hələ yaxın keçmişdə Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə baş verən bir sıra korrupsiya faktlarını gündəmə gətirmişdik. Hətta yayımımızdan sonra Təhsil Nazirliyinin daxili nəzarət idarəsi, sözü gedən məktəbdə yoxlamalar həyata keçirdi. Sumqayıt şəhər 1 saylı Təhsil-Maliyyə idarəsinin müdri Vüqar müəllimin dediyinə əsaslanaraq bildiririk ki, agentliyimizdə və digər saytlarda qeyd olunan faktlar,nazirlik tərəfindən keçirilən yoxlama zamanı hər biri öz əksini tapmışdır.

Burada düşünərsiniz ki, yəqin nazirlik tərəfindən məktəbin direktor əvəzi Həqiqət Abdullayevaya hər hansı bir cəza tətbiq ediblər. Əsla,bu belə olmadı əksinə,heç ona “Gözün üstə qaşın var” demədilər. Əslində köhnə xatirələri xatırlatmaq fikrimiz yox idi. Sadəcə,Təhsil Nazirliyinin yarıtmaz fəaliyyətini diqqətə çatdırmaq istədik ki,qoy hər kəsə bəlli olsun ki,nazirlik nə qədər məktəb direktoru və yaxud direktor əvəz edicilərin yanında gözü kölgəli yanaşmalar etdikcə, bu cür qanuna zidd halların sayı bir o qədər artacaq.

İndi qayıdaq özbaşınalıq hökm sürən Sabir Abbasov adına 117 saylı tam orta məktəbə... Bu məktəbdə təhsil alan şagirdlərin valideynləri bildirir ki, direktor və müəllim kollektivi məktəbdə baş verən rüşvət hallarını öz üzərlərinə yazılmasın deyə,valideyn komitə sədrlərinə həvalə edirlər. Belə olduğu halda nə müəllimin adı hallanır, nə də ki,məktəb direktorunun. Bir sözlə "pambıqla baş kəsmə" misalı. Bəs, görəsən, bu deyilənlər həqiqətdir?

Hələ bu son deyil,bildirilən məlumata görə sözü gedən məktəbin 1-ci sinif müəllimi Səkinə Abdullayeva şagirdlərdən iş dəftəri üçün müəyyən olunan məbləği şəxsən özü alır. Hətta "portfolio” adlı qovluğun alınması üçün hər şagirddən 5 azn gətirmələrini tələb edir.

Bunun üçün birbaşa Sabir adına 117 saylı tam orta məktəbin daxili telefonuna zəng vurduq. Telefonun dəstəyini qaldıran xanıma,ilk öncə özümüzü təqdim edərək bildirdik ki,biz xəbər agentliyindənik. Redaksiyamıza sizin məktəblə bağlı məlumatlar daxil olub. Məhz bu suallarımıza cavab almaq üçün məktəb direktoru Vələddin Nurəddinovla danışmaq istəyirik. Xanım bizə gözləməyi bildirib, qeyd etdi ki, gedim direktora bu haqda məlumat verim. Biz məcbur halda bir qədər gözlədik və nəhayət dəstəyi qaldıran xanım bizə bildirdi ki, məktəb direktoru məktəbdə deyil, əlaqə nömrəsi verin gələndə deyim sizinlə əlaqə saxlasın. Biz bir daha məcbur qalaraq əlaqə nömrəsi verdik və artıq həmin vaxtdan iki gün ötməsinə baxmayaraq,Vələddin müəllim bizimlə əlaqə saxlamadı.

Düşünürük ki,Vələddin müəllimin başı məktəbdə baş verən rüşvətə o qədər qarışıb ki, bizdə yada düşmürük. Atalar demişkən: “Molla aş gördü, "Quran" yaddan çıxdı”. Bəlkə dərc olunan yazını gördükdə, bizi xatırlayar və fikirlərini bizimlə bölüşər.
Bu yerdə Təhsil nazirliyinə bir məsələni xatırlatmaq istəyirik ki,inkişaf etmiş hər bir dövlət,təhsilin düzgün təlim-tədrisini tətbiq etdikləri üçün dövlətlərinə yüksək nəaliyyətlər qazandırır. Ən azından bu cür dövlətlərdən nümunə götürmənizi sizlərə tövsiyyə edirik.

Bir daha humanistlik edib bildiririk ki, qarşı tərəfi dinləməyə hazırıq:

“DogruXeber.az”

Tarix:16-10-2019, 17:44 Baxış Sayı:247 Kateqoriya:gundem / sosial / hadise / maraqli / ustxeber
SON XƏBƏRLƏR
Sumqayıt səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Avropaya "siyasi mühacir" kimi "sığınıb" Azərbaycanda "demokratiya" davası döyənlər sadəcə ucuz alverçilərdir - Azər Həsrət
Psixoloqların da diaqnostik qiymətləndirilməsi keçiriləcək - Təhsil Nazirliyi
"Türkiye" qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub - FOTO
Məhkəmə Ağstafada keçmiş polis yoldaşını öldürən rəislə bağlı qərar verdi
İcazəsiz aksiyada inzibati həbs olunan daha 3 nəfər azadlığa buraxıldı
Azərbaycan Prezidenti: Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir
Cəlil Məmmədquluzadənin ev muzeyi yenidən açıldı - Foto
Ermənilər ruslara qarşı nümayişə çıxdılar
Baş nazir əhalinin sağlamlığı ilə bağlı qurumlara tapşırıq verdi
Azərbaycanlı jurnalistlər bu gün İrəvana gedir?
“288” saylı tam orta məktəbdə keçirilən uğurlu tədbir-Foto
Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi
Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq
İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildi
Bakı-Sumqayıt yolu genişləndiriləcək? - Açıqlama
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı
Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"
Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın”
"Bəzi rayonlarda açıq meşə sahələri uzunmüddətli icarəyə verilib"
Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi
Bazar günü hava dumanlı olacaq
Bu şəxslərə pul ödəniləcək - Baş Nazirdən növbəti QƏRAR
Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi
Elçin Əlibəyli televiziya ilə vidalaşdı
DYP: Jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnmir
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
Daha bir aparıcı ATV-dən ayırıldı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla