"Yeni Memar" MMC şirkətinin rəhbəri Xankişiyev Bəybala bir qrup vətəndaşın hüquqlarını kobud şəkildə pozdu

"Yeni Memar" MMC  şirkətinin rəhbəri Xankişiyev Bəybala bir qrup vətəndaşın hüquqlarını kobud şəkildə pozdu








Son günlər aldatma, etibardan sui istifadə halları artıq adət halını alıb!!!
Bununla bağlı Dövlətimiz tərəfindən qanunla nəzərdə tutulan formada ciddi tədbirlər görülməsinə baxmayaraq, hələ də bu " Xəstəliyin" qarşısını almaq mümkün olmayıb.
Belə ki,"Yeni Memar"MMC -nin rəhbəri Xankişiyev Bəybala"müəllim", bir neçə vətəndaşı işə götürmə adıyla, hər hansı maraqlar xatirinə aldadaraq, onlara həm mənəvi həm də maddi ziyan vurmuşdur.!
Baxmayaraq ki, qanunda, AR.Cinayət Məcəlləsinin 178 - ci maddəsində nəzərdə tutulmuş "Dələduzluq, yani etibardan sui istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirlilən şəxsin niyyəti əmlakı ələ keçirərkən, və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun" nəzərdə tutulur, burda isə talama və mənimsəmə yoxdursa da, lakin "hörmətli" Bəybala Xankişiyevin, vətəndaşların inam və etibarından sui istifadə edərək, onlara maddi və mənəvi ziyan vurma halları mövcuddur!
"Yeni Memar"MMC-nin rəhbəri Bəybala Xankişiyevin aldatdığı vətəndaşlardan biri Əsgərov Ulduz Talıb oğlu, Dogruxeber.az informasiya agentliyinə müraciət edərək, ona Şirkət rəhbəri Bəybala Xankişiyev tərəfindən yüksək məbləğli əmək haqqı vəd edilməklə aldadılaraq, uzun illərdir mühəndis vəzifəsində çalışdığı Azər işıq ASC - dən işdən çıxmasına səbəb olmuşdur.!
Aldadılaraq işdən çıxarılan Ulduz Əsgərov, onu heç bir işlə təmin etməyən Şirkət rəhbərinin bu cür əməllərinin ictimailəşməsini bizdən xahiş etdi!
Belə ki, illərdir Azər işıq ASC-də mühəndis vəzifəsində çalışan Ulduz Əsgərov, aldığı əməkhaqqı ilə ailəsini bir təhər dolandırmasına baxmayaraq, lakin ailədə üzərinə düşən maddi öhdəliklərin sıxıntısından dolayı Ulduz Əsgərova, Bəybala Xankişiyevin rəhbərlik etdiyi " Yeni Memar"MMC-nin nəzdində yaradılan "İl 886"MMC şirkəti tərəfindən iş təklif olunur.
Xeyli danışıqlardan sonra sözü gedən şirkət rəhbərliyi tərəfindən Ulduz Əsgərova bildirilir ki, səni artıq işçi kimi qeydiyyatda almışıq və işlədiyin Azər işıq ASC-dən isdən çıxmaqla əmək kitabçasını bizə təqdim etdikdən sonra, səni qanunu şəkildə şirkətə yüksək məbləğli əmək haqqı ilə işə götürəcəyik.Şirkət rəhbərinin və'dinə inanaraq etibar edən Ulduz Əsgərov öz ərizəsi ilə işdən çıxaraq, Bəybala Xankişiyevin verdiyi sözə əməl etməməsi ucbatından artıq 3 aydır ki işsiz qalıb.!
Cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqlara əsasən işsizlərin işlə təmin olunduğu bir vaxtda bir Azərbaycan vətəndaşının inam və etibarından sui istifadə edərək, onu aldatmaqla işsiz qoymağın nə demək olduğunu, əlbəttə ki qanun layiqincə qiymətləndirəcək!
Şirkət rəhbəri Bəybala Xankişiyev belə məkrli əməlləri ilə bir neçə ailələri gözü yaşlı qoymaqla yanaşı, həmin ailələrin hər tərəfli əzab əziyyət və maddi sıxıntı içərisində yaşamasına səbəb olmuşdur!
Belə halların qarşısı əlbəttə ki mütləq şəkildə alınmalıdır.
Bu işin ictimailəşməsini bizdən xahiş edən Ulduz Talıb oğlu Əsgərov, xüsusilə qeyd etdi ki, artıq yaxın günlərdə bu iş barəsində qəti şəkildə məhkəməyə müraciət edəcəyini, ona dəyən maddi və mənəvi ziyanın məhkəmə müstəvisində baxılacağını söylədi.
Dogruxeber.az xəbər portalı olaraq, biz də, aidiyyatı qurumların bu cür halların qarşısının alınması istiqamətində tədbirlər görəcəyinə inanaraq, haqqı və hüquqları pozulmuş Ulduz Əsgərova dəymiş olan maddi və mənəvi ziyan, qanunu şəkildə ödəniləcəkdir!
Bununla bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə, bütün zənglərimiz cavabsız qaldı...

Bizi izləməyi unutmayın!

DogruXeber.az

Tarix:17-10-2019, 10:38 Baxış Sayı:213 Kateqoriya:gundem / sosial / hadise / maraqli / ustxeber
SON XƏBƏRLƏR
Sumqayıt səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Avropaya "siyasi mühacir" kimi "sığınıb" Azərbaycanda "demokratiya" davası döyənlər sadəcə ucuz alverçilərdir - Azər Həsrət
Psixoloqların da diaqnostik qiymətləndirilməsi keçiriləcək - Təhsil Nazirliyi
"Türkiye" qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub - FOTO
Məhkəmə Ağstafada keçmiş polis yoldaşını öldürən rəislə bağlı qərar verdi
İcazəsiz aksiyada inzibati həbs olunan daha 3 nəfər azadlığa buraxıldı
Azərbaycan Prezidenti: Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir
Cəlil Məmmədquluzadənin ev muzeyi yenidən açıldı - Foto
Ermənilər ruslara qarşı nümayişə çıxdılar
Baş nazir əhalinin sağlamlığı ilə bağlı qurumlara tapşırıq verdi
Azərbaycanlı jurnalistlər bu gün İrəvana gedir?
“288” saylı tam orta məktəbdə keçirilən uğurlu tədbir-Foto
Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi
Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq
İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildi
Bakı-Sumqayıt yolu genişləndiriləcək? - Açıqlama
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı
Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"
Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın”
"Bəzi rayonlarda açıq meşə sahələri uzunmüddətli icarəyə verilib"
Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi
Bazar günü hava dumanlı olacaq
Bu şəxslərə pul ödəniləcək - Baş Nazirdən növbəti QƏRAR
Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi
Elçin Əlibəyli televiziya ilə vidalaşdı
DYP: Jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnmir
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
Daha bir aparıcı ATV-dən ayırıldı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla