Bakıda tramvay istifadəyə verilir? - “1-2 ilə Bulvardan Əhmədliyə qədər...”

Bakıda tramvay istifadəyə verilir? - “1-2 ilə Bulvardan Əhmədliyə qədər...”













Son günlər Bakıda ictimai nəqliyyatda tramvay və elektriklə çalışan avtobusların istifadəyə verilməsi ilə bağlı müzakirələr gedir.
Bu barədə “Yeni Sabah”a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakıda tramvay xətlərinin çəkilməsi tıxacların yüngülləşməsinə səbəb olacaq:

“Elektrik avtobuslarının quraşdırılması uzun prosesdir. Dünya təcrübəsində var, amma çox baha başa gəlir. Lakin tramvay və trolleybusları tətbiq etmək olar. Çox təəssüf ki, 90-cı illərin sonunda tramvaylar kütləvi şəkildə ictimai nəqliyyatdan qaldırıldı. Bu tramvayları dəyər-dəyməzə dəmir qırıntısı kimi satdılar. İndi fərqindədirlər ki, səhv addım atıblar. Amma nə qədər gec də olsa bu nəqliyyat növləri Azərbaycanda, xüsusən də Bakı şəhərində bərpa edilməlidir. Çünki ictimai nəqliyyat deyəndə yalnız avtobus, taksi, metro fikirləşməməliyik. Deyək ki, vətəndaş Sulutəpəyə getməlidir. Deməli, o, əvvəlcə 20 yanvara gəlməli, orda avtobus tapmasa, 1 manatlıq taksiyə minib getməlidir, başqa variantı yoxdur”.

Ekspert hazırda insanların şəxsi avtomobilə üstünlük verərək tıxaca səbəb olmalarının səbəblərindən də danışıb:

“Tramvaylar tıxacların qarşısını almaq üçün yenidən tətbiq olunmalıdır. Mən nə üçün maşından istifadə edirəm? Vaxtında işimə çatmaq üçün, övladlarımı sağ-salamat işə çatdırmaq üçün. Çünki ictimai nəqliyyata güvənim yoxdur. Tramvaylar ictimai nəqliyyatda olsa, şəxsən mənim avtomobilə ehtiyacım olmaz. Artıq biləcəm ki, pik saatlarda avtobusda sallana-sallana gəlməyəcəm, yağışda dayanacaqda avtobus gözləməyəcəm. İctimai nəqliyyat vasitələrinin sayı artırılsa, şəhərdə sıxlıq azalacaq, insanlar yalnız şənbə-bazar avtomobildən istifadə edəcəklər. Hələ də xətlərdə köhnə avtobuslar var, hələ də sükan arxasında siqaret çəkib sərnişinlərlə kobud rəftar edən sürücülər var. Heç kim də öz ailəsini bunlara etibar etmir".

E.Muradlı tramvayın hansı ərazilərdən keçə biləcəyini də deyib:

“Mənim fikrimcə, əgər bu infrastruktur indidən təklif edilsə, hansı küçələrdə, hansı yollarda infrastrukturun yaradılması da müəyyənləşdirilsin. Burda heç bir çətin məsələ yoxdur. İndidən bu məsələyə başlanılsa, təxminən 1-2 ilə artıq işin 70-80 faizi görülmüş olar. Ölkəmizdə bu işləri görən mütəxəssislər də var. Bu asfalt çəkmək qədər ağır işdir. Buna görə də tramvayı düzəldəcək mütəxəssislər xaricə yollanıb dünya təcrübəsindən yararlanmalıdırlar. Tramvay təmin edilən zaman yollara xüsusi fikir vermək lazımdır. Belə ki, mühüm xəttlər, vacib sistemlər işləməyən yollardan və ya tədbirlər üçün ilk nəzərdən tutulan yerlər olmamalıdır. Mən təklif etdim ki, xətti Milli Parkın ərazisindən, yəni Bulvardan Əhmədliyə qədər çəkmək olar. Bu həm turistlər üçün, həm də vətəndaşlar üçün əlverişli olar".

Tarix:17-10-2019, 15:44 Baxış Sayı:44 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Füzulinin illərdir axtarılan “Ərəb divanı” bu ölkədə tapıldı
Xətai Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
“WhatsApp” bu istifadəçiləri bloklayır
İnternat məzunundan bəzi mətbuat nümayəndələrinə sərt müraciət- Video
İzmirli iş adamları Azərbaycana işgüzar səfər ediblər
MSK sədri: Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın
Yağış yağacaq, güclü külək əsəcək...
“BDU-da baş verən biabırçılıqlar...” – Ekspert Təhsil nazirinə çağırış etdi
Bakı metrosunun iki stansiyasının adı dəyişdirilir - Rəsmi
Azərbaycanda ilk dəfə 5G şəbəkəsi istifadəyə verilib
Şirvan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edildi
Almaniya məhkəməsindən azərbaycanlı ailə ilə bağlı qərar - Deportasiya edildi - Foto
Azərbaycanda Konstitusiya Günüdür
Vahid Səmədov vəzifəsindən AZAD EDİLDİ
Azərbaycan Ordusu bu gündən yeni növ silahlarla təlimə başlayır
Beş gün dərs olmayacaq
"Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu" - Deputat
Bu gün ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək.
Baş məşqçi karyerasının ən uğursuz startına imza atdı
“Ona görə də maye qazın qiymətini artırmaq əhalinin rifahına mənfi təsir edəcək...”
Paşinyan Lavrovla Qarabağı müzakirə etdi
Qüdrət Həsənquliyev: “Oktay Gülalıyevlə bağlı cinayət işinin istintaqı DTX-yə tapşırılmalıdır”
Dünya azərbaycanlılarını birləşdirən Əsas Qanun - Konstitusiya Günü ərəfəsində
Qonşuda un kəskin bahalaşdı, bunun Azərbaycana hansı təsirləri ola bilər... - GƏLİŞMƏ
Toy, mebel, istehlak üçün alınan kreditlər haqda şok məbləğ
İnstitut direktoru həkimləri tənqid etdi
Cavid Süleymanov Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi
Köpək balığının yediyi turistlə bağlı təzə xəbər var
Ayağı qoparılmış pişiklərlə bağlı müəmmanın üstü açıldı
Ginnesin Rekordlar Kitabına düşmüş bayraq: "İşğaldan azad olunacaq torpaqlarda dalğalanacaq"

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla