Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq

Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq













“Gec-tez Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq”.



DogruXeber.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçeri-Lalei APA-ya açıqlamasında deyib.



Respublika Narkoloji Mərkəzinin direktoru bildirib ki, bir sıra ölkədə yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılıb, bəzilərində bu məsələ müzakirə edilir.



Onun sözlərinə görə, yüngül narkotik vasitələr ilk dəfə Niderlandda leqallaşdırılıb:



“Bu gün Niderlandda çoxlu sayda narkotik istifadəçisi var.



Amma onları çoxu narkotikdən istifadə etmək üçün Niderlanda başqa ölkələrdən gəlir. Niderlandın özündə sağlam həyat tərzi mühüm yer tutur və yerli əhali arasında narkotik istifadəçilərinin sayı çox azdır.



Yüngül narkotik vasitələrin leqallaşdırılmasından sonra Niderland əhalisi arasında narkotik vasitə istifadəçilərinin sayında azalma qeyd alınıb".



A.Manuçeri-Lalei Niderlandda narkotik vasitələrdən mədəni surətdə istifadə edildiyini söyləyib: “Tutaq ki, biz həftədə bir dəfə kafedə, restoranda dostlarla toplaşıb araq, pivə içirik.



Ola bilər ki, Niderlandda həftədə bir dəfə toplaşıb nəşə çəksinlər. Yaxud tərkibində kiçik dozada tiryək olan xüsusi şokoladlar, tortlar, kekslər yeyirlər. Niderlandın yerli əhalisində belə hallara tez-tez rast gəlinir.



Maraqlı həm də odur ki, niderlandlılar siqaret çəkməyə spirtli içki içməkdən daha pis baxırlar.



Siqaretin ziyanı spirtli içkiyə nisbətən daha çoxdur. Siqaret xərçəngə yol açır, bədənə, ürək-damar sisteminə zərəri daha artıqdır.



Həftədə 50-100 qram arağın, pivənin, çaxırın zərəri gündə bir qutu siqaret çəkənlə müqayisədə daha azdır”.



Respublika Narkoloji Mərkəzinin direktoru leqallaşdırmanın da müəyyən məhdudiyyətləri özündə ehtiva etdiyini diqqətə çatdırıb:



“Məsələn, Azərbaycanda spirtli içki leqaldır, lakin spirtli içki içərək sükan arxasında əyləşmək, evdə spirtli içki hazırlamaq, spirtli içkini lisenziyasız satmaq olmaz.



İşə içkili vəziyyətdə gələnlər çox rahatlıqla işdən qovulur. Niderlandda marixuanadan istifadə leqal olsa da, marixuana çəkib avtoşluq edə bilməzlər.



Bu halda həmin şəxsin cəzası narkotikdən istifadə etməyən şəxslə müqayisədə daha çox olur. İşə narkotik vasitədən istifadə edərək gəlmək də yolverilməzdir.



Mən hesab edirəm ki, Azərbaycanda da gec-tez yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq.



Bəlkə bu, 20, 30 il çəkəcək, ancaq cəmiyyət artıq bu yöndə gedir. Cəmiyyətdə, mətbuatda bu məsələ müzakirə edilir, deputatlar bu barədə danışır, müxtəlif məqalələr nəşr olunur.



Əgər bu məsələ gündəmdədirsə, gec-tez bu addım atılacaq. Sadəcə, Niderlanddakı kimi millətin düşüncəsi buna hazır olmalıdır”.



A.Manuçeri-Lalei nəzərə çatdırıb ki, hazırda Azərbaycanda ağır narkotik dərman olan metadon hökumət tərəfindən xəstələrə təmənnasız verilir:



“Məqsəd odur ki, həmin xəstələr başqa narkotik vasitə istifadə etməsinlər, narkotiklə bağlı cinayət törətməsinlər, sifilis, QİÇS, hepatit kimi xəstəlikləri iynə vasitəsi ilə yaymasınlar.



Müalicə məqsədi ilə narkotik tərkibli bu dərman vasitədən istifadə edilməsi, əslində, bu istiqamətdə ilk addımdır.



Cəmiyyət də artıq bunu qəbul edib. Bir müddətdən sonra yüngül narkotik vasitələrin leqallaşdırılması da qəbul ediləcək.



Dünyada da başa düşüblər ki, narkotik vasitə istifadəçiləri ilə nə qədər mübarizə aparılsa da, say azalmır, artır.



Qadağalar effekt vermir. Alimlər təcrübələr əsasında müəyyənləşdiriblər ki, ən düzgün yol bunu leqallaşdırmaqla nəzarətdə saxlamaq, zərəri azaltmaq və narkotik vasitələrini qəbul etmək mədəniyyətini yaratmaqdır”.

Tarix:18-10-2019, 17:49 Baxış Sayı:60 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
İlham Əliyev “Azərsu”ya beş milyon manat ayırdı
Bakıya yeni atraksionlar gətiriləcək
Azərbaycanlı saxta sənədlə yaşayış icazəsi almaq istədi
Məşhur azərbaycanlı generala AĞIR İTKİ
Şamaxıda zəlzələnin ziyan vurduğu 500 ev təmir olundu
Yağış yağacaq
Elina işində yenilik - Apelyasiya şikayəti verildi
Bakıda qapalı avtobus dayanacaqları yaradıla bilər (ÖZƏL)
"Instagram"a "TikTok"dakı kimi video redaktor əlavə oluna bilər
"Şamaxinka"dakı nəhəng yerüstü keçidlə bağlı — SON QƏRAR
Bu gün Gözdən Əlillər günüdür
Beş müxalif partiya sədri görüşdü: yeni birlik, yoxsa...
Bakı metrosunda qatarlar yenə gecikdi
Füzulinin illərdir axtarılan “Ərəb divanı” bu ölkədə tapıldı
Xətai Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
“WhatsApp” bu istifadəçiləri bloklayır
İnternat məzunundan bəzi mətbuat nümayəndələrinə sərt müraciət- Video
İzmirli iş adamları Azərbaycana işgüzar səfər ediblər
MSK sədri: Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın
Yağış yağacaq, güclü külək əsəcək...
“BDU-da baş verən biabırçılıqlar...” – Ekspert Təhsil nazirinə çağırış etdi
Bakı metrosunun iki stansiyasının adı dəyişdirilir - Rəsmi
Azərbaycanda ilk dəfə 5G şəbəkəsi istifadəyə verilib
Şirvan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edildi
Almaniya məhkəməsindən azərbaycanlı ailə ilə bağlı qərar - Deportasiya edildi - Foto
Azərbaycanda Konstitusiya Günüdür
Vahid Səmədov vəzifəsindən AZAD EDİLDİ
Azərbaycan Ordusu bu gündən yeni növ silahlarla təlimə başlayır
Beş gün dərs olmayacaq
"Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu" - Deputat

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla