Sarkisyanın Qarabağla bağlı razılaşdığı HƏLL PLANI AÇILDI: – “7 rayon qaytarılır, əraziyə beynəlxalq sülməramlılar gəlir…”

Sarkisyanın Qarabağla bağlı razılaşdığı HƏLL PLANI AÇILDI: – “7 rayon qaytarılır, əraziyə beynəlxalq sülməramlılar gəlir…”










Vitali Babayan

“1in.am”, Ermənistan, 18 oktyabr 2019-cu il

Artsaxın (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) Təhlükəsizlik Şurasının sabiq katibi Vitali Balasanyan bu günlərdə baş tutmuş mətbuat konfransının gedişində Baş nazir Nikol Paşinyanın Qarabağ məsələsinin tənzimləməsilə bağlı siyasəti haqqında danışarkən, deyib ki, 2018-ci ilin dinc, məxməri, xalq inqilabınadək danışıqlar masasında olan təkliflər paketindən imtina edilməməlidir.

O demək istəyir ki, Serj Sarkisyanın əldə etdiyi nəticələri Paşinyan qəbul etməlidir və danışıqlar həmin məntiqlə davam etdirilməlidir.

Bu bəyanatdan sonra yaranan əsas sual budur: Serj Sarkisyan danışıqlar masası arxasında qeyd edilmiş hansı nəticələri əldə edib?

Aşağıda həmsədrlərin 18 yanvar 2018-ci ildə etdiyi son təklifləri təqdim edirik:

Həmsədrlərin təklifləri, Krakov, 18.01.18.

1-ci bənd

Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinin bir-birinə bağlı olan son məqsədləri:

– Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin saxlanması şərtilə, yeddi rayonun – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması;

– tərəflər arasında razılaşdırılmış müddətdə BMT və ya ATƏT-in himayəsi altında Dağlıq Qarabağın bütün əhalisinin iradəsinin sərbəst ifadəsi olan, – beynəlxalq hüququn norma və prinsiplərinə uyğun və hüquqi planda məcburi olacaq, səsverməyə qoyulacaq sual və ya sualların məhdudlaşdırılmayacağını və statusla bağlı bütün variantları əhatə edə biləcəyini nəzərə alacaq, – ümumi səsvermənin keçirilməsi yolu ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi;

– regionda siyasi, ticarət, iqtisadi və humanitar əlaqələrin tam tənzimlənməsi;

– mehriban qonşuluq əməkdaşlığının bərpa edilməsi;

– Cənubi Qafqaz regionunda sabitliyin tam təmin edilməsidir.

2-ci bənd

Beynəlxalq birliyin dəstəyilə təzə yerə köçürülənlər 1-ci abzasda göstərilən 5 rayonu tərk edəcəklər. Beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsindən və hazırda bu rayonlarda olan silahlı qüvvələrin çıxarılmasından sonra, Azərbaycanın mülki hakimiyyət orqanları göstərilən ərazilərə daxil olacaqlar.

Beynəlxalq sülhməramlı qüvvələr keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inzibati sərhədləri boyunca, – Kəlbəcər və Laçın rayonlarının tərkibinə daxil olan hissələr istisna olmaqla, – yerləşdiriləcək. Kəlbəcər rayonu ATƏT-in keçid monitorinqi altında qalacaq.

3-cü bənd

Eyni zamanda, yuxarıda göstərilən tədbirlərin görülməsinə paralel olaraq, yekun statusun müəyyən edilməsinədək Dağlıq Qarabağa gündəlik həyatının təşkilinə zəmanət verən müvəqqəti status verilməlidir.

Qarabağın mövqeyi

Mətbuatda çıxan məlumatlara görə, Vitali Balasanyan öz mətbuat konfransını Serj Sarkisyan, Bako Saakyan, öncəki hakimiyyət nümayəndələrilə görüşdən, Serj Sarkisyan tərəfindən təyin olunmuş məsləhətçilərlə müzakirələrdən sonra keçirib.

Yaranan əsas sual budur: Qarabağ hakimiyyəti, şəxsən Bako Saakyan Serj Sarkisyanın miras qoyduğu bu təklifləri dəstəkləyirmi? Eyni zamanda, bütün DQR (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) prezidentliyinə namizədlər, parlament seçkilərində iştirak edən bütün qüvvələr də bununla bağlı mövqe bildirməlidirlər.

Yeri gəlmişkən, bu, Artsaxın (Dağlıq Qarabağ-tərc.) danışıqlar prosesinə qaytarılması üçün ciddi bir siqnal ola bilər. Qoy onlar bəyan etsinlər ki, Paşinyandan fərqli olaraq, danışıqlar prosesini Serj Sarkisyanın qoyub getdiyi nöqtədən başlamağa hazırdırlar.

Hazırda Serj Sarkisyan, Robert Koçaryan və Bako Saakyanınn kollektiv sözçüsü rolunda çıxış edən Vitali Balasanyan RF XİN başçısı Sergey Lavrovun adını səsləndirir.

Qoy DQR hakimiyyəti açıq şəkildə bəyan etsin ki, 3-cü bənd istisna olmaqla, elə həmin təkliflərdən ibarət olan “Lavrov planı”nı dəstəkləyir. Yəni, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının, hətta aralıq status olmadan, Azərbaycana qaytarılması nəzərdə tutulur. Bəzi məlumatlara əsasən, “Lavrov planı” Artsaxın (Dağlıq Qarabağın-tərc.) statusuna heç cür təsir etmir.

Qoy Serj Sarkisyan, Robert Koçaryan və Bako Saakyan Vitali Balasanyanın dili ilə deyil, birbaşa bəyan etsin ki, bu planı dəstəkləyirlər. /Strateq.az

Tarix:21-10-2019, 11:16 Baxış Sayı:58 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Vilayət Eyvazovdan mühüm - QƏRAR
BDU-da aztəminatlı tələbələrə yardım olunacaq – Rektordan gözəl təşəbbüs
Qarakənd faciəsindən 28 il ötür
Bu gündən hava dəyişir - XƏBƏRDARLIQ
İsgəndər Həmidov siyasətdən GETDİ
Xətainin heykəlinin yeri dəyişdirilir
TANAP-ın istismara veriləcəyi tarix açıqlandı
Hakimlərə ən azı 10 min manat maaş verilməlidir - deputat
Samuxda təkər sexində təkər partladı, usta ağır xəsarətlər aldı
Erməni fəalı: Sorosçular Paşinyanı əsir götürüblər
Sumqayıtın 70 illiyi ilə bağlı parad keçirildi
ADU işçi axtarır – SİYAHI
DANX sərnişinlərə müraciət etdi
Sumqayıt səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Avropaya "siyasi mühacir" kimi "sığınıb" Azərbaycanda "demokratiya" davası döyənlər sadəcə ucuz alverçilərdir - Azər Həsrət
Psixoloqların da diaqnostik qiymətləndirilməsi keçiriləcək - Təhsil Nazirliyi
"Türkiye" qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub - FOTO
Məhkəmə Ağstafada keçmiş polis yoldaşını öldürən rəislə bağlı qərar verdi
İcazəsiz aksiyada inzibati həbs olunan daha 3 nəfər azadlığa buraxıldı
Azərbaycan Prezidenti: Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir
Cəlil Məmmədquluzadənin ev muzeyi yenidən açıldı - Foto
Ermənilər ruslara qarşı nümayişə çıxdılar
Baş nazir əhalinin sağlamlığı ilə bağlı qurumlara tapşırıq verdi
Azərbaycanlı jurnalistlər bu gün İrəvana gedir?
“288” saylı tam orta məktəbdə keçirilən uğurlu tədbir-Foto
Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi
Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq
İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildi
Bakı-Sumqayıt yolu genişləndiriləcək? - Açıqlama

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla