İşsiz qalan Abutalıbovun məşhur obyektləri - bazar, restoranlar və...

İşsiz qalan Abutalıbovun məşhur obyektləri - bazar, restoranlar və...






Bəzi yerli saytlar Hacıbala Abutalıbovun 31 ildir Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri olduğunu iddia edib. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib və bütün bu müddət ərzində həm də kafedra müdirinin maaşını alırmış. Və iddia olunub ki, Abutalıbov gələn həftədən etibarən AMEA-dakı iş yerinə gedəcəyini deyib.

“DogruXeber.az” bildirir ki, H.Abutalıbov 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (hazırkı Rusiyanın Sankt-Peterburq şəhəri) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib. Onu da deyək ki, Abutalıbovun Rusiyada aspirant yoldaşı olmuş mərhum akademik Nizami Süleymanov mətbuata müsahibələrindən birində onun vaxtilə Fizika İnstitutunda olduqca səylə işlədiyindən bəhs etmişdi: “Gecədən xeyli keçmiş işdən çıxıb gedəndə baxırdıq ki, bir otaqda işıq yanır. Gözətçidən soruşurdum ki, bu işıq kimindir? Deyirdi, bu, Hacıbala müəllimin laboratoriyasının işığıdır. Bir-iki dəfə də maraqlanıb yanına qalxmışdım ki, bu vaxt nə işlə məşğuldur. Deyirdi, bu, hələ harasıdı? Səhərədək işlədiyim vaxtlar olub...”(qaynarinfo.az)

1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.

H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri olub. Onun karyerasının yüksəliş dövrü 1995-ci ilin fevralından başlayıb: Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub və bu vəzifəni 2000-ci ilədək icra edib. 2000-ci ilin yanvarından 2001-ci ilin yanvarınadək baş nazirin müavini vəzifəsində çalışıb. Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyinatı alıb. 2018-ci ildən isə baş nazirin müavini idi.

AMEA-nın Fizika İnstitutu baş nazirin keçmiş müavini Hacıbala Abutalıbovun institutda vəzifəsinin olduğunu təsdiq etməyib. İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Əhmədli virtualaz.org-a deyib ki, Abutalıbov həqiqətən “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri vəzifəsini tuturdu. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri təyin olunandan sonra həmin vəzifədən çıxıb və üstəlik laboratoriya da bağlanıb. “O vaxtdan bəri bizdə belə laboratoriya yoxdur, Hacıbala Abutalıbov da Fizika İnstitutunda hansısa vəzifə tutmur”,- deyə M.Əhmədli bildirib.

Mediada bu günlərdə yayılan iddiaya görə, “Yaşıl bazar” Hacıbala Abutalıbova məxsusdur.

Bazarın idarəçiliyini isə oğlu İsrafil Abutalıbov və yaxın adamı olan Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin keçmiş direktoru Ramız Hacıyevə həvalə edib.

Unikal.org-a daxil olan məlumata görə, Abutalıbov hələ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olduğu illərdə bir sıra dövlət əhəmiyyətli binaları və iaşə obyektlərini öz qohumlarının və yaxın adamlarının adına rəsmiləşdirib. “Qış parkı”nda yerləşən “Zambaq”, “İnnab” və “Palıd” kafelərinin də sahibidir.

Abutalıbovun Yasamal rayonu, Mətbuat prospekti, köhnə “Ovçular” evinin yerində salınmış parkda “Özsüt” və Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşən “Sütiş” restoranlarının olduğu iddia olunur.
“Yeni Müsavat”

Tarix:23-10-2019, 13:41 Baxış Sayı:41 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Füzulinin illərdir axtarılan “Ərəb divanı” bu ölkədə tapıldı
Xətai Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
“WhatsApp” bu istifadəçiləri bloklayır
İnternat məzunundan bəzi mətbuat nümayəndələrinə sərt müraciət- Video
İzmirli iş adamları Azərbaycana işgüzar səfər ediblər
MSK sədri: Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın
Yağış yağacaq, güclü külək əsəcək...
“BDU-da baş verən biabırçılıqlar...” – Ekspert Təhsil nazirinə çağırış etdi
Bakı metrosunun iki stansiyasının adı dəyişdirilir - Rəsmi
Azərbaycanda ilk dəfə 5G şəbəkəsi istifadəyə verilib
Şirvan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edildi
Almaniya məhkəməsindən azərbaycanlı ailə ilə bağlı qərar - Deportasiya edildi - Foto
Azərbaycanda Konstitusiya Günüdür
Vahid Səmədov vəzifəsindən AZAD EDİLDİ
Azərbaycan Ordusu bu gündən yeni növ silahlarla təlimə başlayır
Beş gün dərs olmayacaq
"Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu" - Deputat
Bu gün ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək.
Baş məşqçi karyerasının ən uğursuz startına imza atdı
“Ona görə də maye qazın qiymətini artırmaq əhalinin rifahına mənfi təsir edəcək...”
Paşinyan Lavrovla Qarabağı müzakirə etdi
Qüdrət Həsənquliyev: “Oktay Gülalıyevlə bağlı cinayət işinin istintaqı DTX-yə tapşırılmalıdır”
Dünya azərbaycanlılarını birləşdirən Əsas Qanun - Konstitusiya Günü ərəfəsində
Qonşuda un kəskin bahalaşdı, bunun Azərbaycana hansı təsirləri ola bilər... - GƏLİŞMƏ
Toy, mebel, istehlak üçün alınan kreditlər haqda şok məbləğ
İnstitut direktoru həkimləri tənqid etdi
Cavid Süleymanov Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi
Köpək balığının yediyi turistlə bağlı təzə xəbər var
Ayağı qoparılmış pişiklərlə bağlı müəmmanın üstü açıldı
Ginnesin Rekordlar Kitabına düşmüş bayraq: "İşğaldan azad olunacaq torpaqlarda dalğalanacaq"

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla