Laçın rayon Hərbi Komissarlığı kasıb, fiziki qüsurlu şəxsi hansı varlının yerinə hərbi xidmətə göndərdi? - Video

Laçın rayon Hərbi Komissarlığı kasıb, fiziki qüsurlu şəxsi hansı varlının yerinə hərbi xidmətə göndərdi? - Video











Vətən dediyimiz məkan sadəcə üzərində yaşadığımız Yer kürəsindən payımıza düşən quru ərazi deyil. Vətən əcdadlarımızın canı-qanı ilə qoruyub bizlərə əmanət etdikləri müqəddəs yerdir. Mənəviyyatlı insan müqəddəs olanları sələflərindən əmanət aldığı kimi, xələflərinə əmanət etməlidir. Məhz milləti də formalaşdıran eyni torpaq üzərində yaşadığı məkandır ki, adına vətən deyirik. Vətən üzərində yaşayanlar da vətəndaş.

Düşünürsünüz ki, yəqin söyləyəcək sözümüz tükəndiyi üçün hər kəsin bildikləri şablon ifadələrə üz tuturuq. Qətiyyən belə deyil. Şahvələdov Nəriman Etibar oğlunun hekayətindən xəbərdar olmadığınız üçün mətləbi bu qədər uzatdıq.

“DogruXeber.az” İnformasiya Agentliyinin redaksiyasına müraciət edən Laçın rayon sakini 1999-cu il təvəllüdlü Şahvələdov Nəriman Etibar oğlunun anadangəlmə yuxarı ətraflarının biri digərindən qısadır. Gəncin belə bir fiziki qüsurunun olması əslində körpə yaşlarından Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qeydiyyata alınmalı idi. (bu faktdan bəhs etmək istəmirik). Gənc hərbi xidmət yaşına gəldikdə Laçın rayon HK-ğı gəncə çağırış vərəqəsi göndərib, tibbi komissiyadan keçməsini bildirir. Nərimanın açıq-aşkar gözlə görünən sağ qolunun sol qolundan qısa olması ortada olsa da hərbi komissarlığın həkimləri buna məhəl qoymurlar. Daha doğrusu məhəl qoymamaq yox, gəncin söylədiyinə əsaslansaq, ondan orduya yararsız olmasına rəy verilməsi üçün külli-miqdarda rüşvət tələb olunub. Laçın rayon HK-nın rüşvət tələbini yerinə yetirə bilməyən Nəriman həbs edilməsi ilə hədə-qorxuya tuş gəlir və orduya göndərilir. Hərbi xidməti başa vurub geri qayıtdıqdan sonra yenidən hərbidə işləmək arzusu ilə müraciət edir. Tibbi komissiyanın baxışı zamanı Nərimana hərbiyə yararsız olduğu bildirilir. Amma Nərimanın Laçın rayon HK tərəfindən təqdim olunmuş hərbi biletində orduya tam yararlı olduğu qeyd edilib.

Şikayətçimizin orbitində baş verən təzadlı rəylərə diqqət yetirdikdə iki dövlət qurumundan birinin yalançı olduğunu söyləsək əsla qəbahət etmiş olmarıq. Daha doğrusu Laçın rayon HK birbaşa yalan rəylərlə doğruları ört-basdır edir desək daha dəqiq olar. Çünki atalardan qalma gözəl deyim var:-“Görünən dağa bələdçi lazım deyil”. Nərimanın da görünən fiziki qüsurunu görməmək mümkün deyil. Əlbəttə ki, Laçın rayon HK-ğı bunu yaxşı görüb. Lakin Nəriman kasıb ailənin övladıdır. Onu hansısa bir varlının yerinə xidmətə göndərərsə həm “istədiyi yar idi, yetirdi Pərvərdigar” olar, həm də haqqını yediyi Nəriman hüquqlarını tələb etməkdə aciz qalar. Beləliklə də etdiyi çirkin əməlin üzərini kimsə aça bilməz. Lakin unutduğu bir həqiqət var ki, “Haqq nazilər, qırılmaz”.

“DogruXeber.az”

Tarix:29-10-2019, 10:47 Baxış Sayı:183 Kateqoriya:gundem / sosial / hadise / maraqli / ustxeber
SON XƏBƏRLƏR
Psixoloqların da diaqnostik qiymətləndirilməsi keçiriləcək - Təhsil Nazirliyi
"Türkiye" qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub - FOTO
Məhkəmə Ağstafada keçmiş polis yoldaşını öldürən rəislə bağlı qərar verdi
İcazəsiz aksiyada inzibati həbs olunan daha 3 nəfər azadlığa buraxıldı
Azərbaycan Prezidenti: Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir
Cəlil Məmmədquluzadənin ev muzeyi yenidən açıldı - Foto
Ermənilər ruslara qarşı nümayişə çıxdılar
Baş nazir əhalinin sağlamlığı ilə bağlı qurumlara tapşırıq verdi
Azərbaycanlı jurnalistlər bu gün İrəvana gedir?
“288” saylı tam orta məktəbdə keçirilən uğurlu tədbir-Foto
Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi
Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq
İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildi
Bakı-Sumqayıt yolu genişləndiriləcək? - Açıqlama
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı
Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"
Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın”
"Bəzi rayonlarda açıq meşə sahələri uzunmüddətli icarəyə verilib"
Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi
Bazar günü hava dumanlı olacaq
Bu şəxslərə pul ödəniləcək - Baş Nazirdən növbəti QƏRAR
Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi
Elçin Əlibəyli televiziya ilə vidalaşdı
DYP: Jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnmir
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
Daha bir aparıcı ATV-dən ayırıldı
Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərləndi
Prezident Bilal Əliyevə mənzil bağışladı
Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla