Kənd Təsərrüfatı nazirliyi ilə Eldar Mahmudovu bağlayan nədir? -Video

Kənd Təsərrüfatı nazirliyi ilə Eldar Mahmudovu bağlayan nədir? -Video






Azərbaycan xalqı dünyanın ən xoşbəxt insanlarındandır ki, Allah-Təala ona yeraltı və yerüstü sərvətlərlə dolu məkan nəsib edib. Lakin belə bir deyim də var ki, “Allah hər xoşbəxtliyi bir yerdə vermir”. Bunca əlverişli iqlimi, zəngin sərvətləri olan dövlətimizin sərvətinə göz dikən nankor övladlar isə yəqin ki, millətin xoşbəxtliyinin kəffarəsidir. Biz bu yazımızla kimlərin bu millət üçün kim olduqlarını birbaşa ictimaiyyətə çatdırmaq istəyirik.

Yaxın tarixlərdə bütün ölkə ictimaiyyəti,Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayevin “qoçularının” Qarabağ qazilərini vəhşicəsinə döyüb, əl-ayaqlarını sındırdığını ürək ağrısı ilə izlədi. Qaziləri döydürən Rövnəq Abdullayevin hesaba gəlməyən var-dövlətləri yəqin ki, valideynlərinin müəllimlik məvacibi ilə əldə edilməyib. Deyilənlərə inansaq, iki milyonluq saatın da sahibi məhz “SOCAR” prezidentinin oğluna məxsus olduğu deyilirdi.

Ölkəmizin bərəkətli torpaqları tarixin hər mərhələsində əkinçilik sahəsi ilə məşğul olan insanları təəccübləndirir. İlin dörd fəsli üçün məhsul yetişdirmək imkanlarına sahib olan Azərbaycan coğrafiyasında,ildə bir dəfədə olsun lazımınca yararlanmaq mümkün deyil. Nəticəsi də ölkədə kənd təsərrüfatının düzgün idarə olunmaması ağılasığmaz bahalığa yol açır. Əlbəttə ki, bütün bunlar bizlərin deyil, Müasir Müsavat Partiyasının sədri cənab Hafiz Hacıyevin fikirləridir.

Hafiz Hacıyev bu gün Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri İnam Kərimovu bacarıqsızlıqda və eyş-işrət düşkünlüyündə təqsirləndirir. Mövsümündə belə kənd təsərrüfatı məhsullarının olduqca baha olması nazirin səriştəsizliyinin acı nəticəsidir.Bütün bunlar işin bir tərəfi.

Acınacaqlısı odur ki, adı gedən nazirlikdə İstehsal Müəssisələri ilə İş şöbəsinin müdiri vəzifəsində oturan Aydəm İsmayılov dövlət əleyhinə qruplaşmanın başında dayanan Eldar Mahmudovun kadrlarındandır. Bu haqda “azfakt”.com və digər xəbər portallarında geniş məlumatlar dərc olunmuşdur.

Aydəm İsmayılov nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunmazdan əvvəl “Azəraqrar” Dövlət İstehsalat Birliyi MMC-nin direktoru vəzifəsində çalışıb. Eyni zamanda Eldar Mahmudovun sağ əli olan və sahibkarlara “divan tutan” Akul Akif”lə şərik olub. Əminik ki,bu haqda müxtəlif mətbuat orqanlarında kifayət qədər yayılan məlumatlar oxucunun yaddaşından silinməyib. Hətta “EuroTikinti” MTK-nın sədri Nəsimi Sadiqov mətbuata verdiyi müsahibələrinin birində bildirir ki: Aydəm İsmayılovun şəriki “Akul Akif” onu çağırıb 3000.000 dollardan baha olan əmlakının qarşılıqsız A.İsmayılovun adına keçirməsini hədə-qorxu ilə tələb edib və nail olublar.

Göründüyü kimi istər müxalifət lideri Hafiz Hacıyevin, istərsə də mətbuatın yayımladığı məlumatlarda bu gün Kənd Təsərrüfatı nazirliyində kimlərin vəzifə tutduğu göz önündədir.

Ölkə Prezidentinə və dövlətə qarşı ayaqlanan qrupun başında dayanmış Eldar Mahmudovun “məktəbini oxumuş” bir məmurdan xalqa nə xeyir gələ bilər? Məgər nazir İnam Kərimov A.İsmayılova belə bir vəzifə həvalə edəndə onun kim olduğunu bilmirdi?. Əlbəttə ki, gözəl bilirdi. Bəs elə isə maraqlarının arxasında dayanan nədir ki, bu qədər çirkab içərisində olan birisini gətirib millətin “ruzi” ağacına çıxardıb? Halbuki, Hafiz Hacıyevin söylədiyi kimi ”Green park” MMC kimi böyük bizneslərə sahib olan A.İsmayılov kifayət qədər təmtəraqlı həyat tərzi yaşayır.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövlət qulluğu statusu daşıyan şəxs bizneslə məşğul ola bilməz. Görünür ki, Azərbaycan Respublikasının qanunları A.İsmayılova aid deyil. Əks halda oturduğu kürsüsündə törətdiyi, əməllərlə xalqı dövlətə qarşı narazı salmağın məsuliyyətini dərk etmiş olardı. Çox təəssüf ki, nazir işçisi haqqında söylənilən bu qədər faktlara etinasız yanaşır. Bir sözlə, məmurun mövqeyini, xalqın mənafeyindən üstün tutur. Necə deyərlər:-”Dəyirman öz işində,çax-çax baş ağrıdır”

Adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq:

“DogruXeber.az”

Tarix:29-10-2019, 11:41 Baxış Sayı:202 Kateqoriya:gundem / sosial / hadise / maraqli / video / ustxeber
SON XƏBƏRLƏR
Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi
Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq
İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildi
Bakı-Sumqayıt yolu genişləndiriləcək? - Açıqlama
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı
Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"
Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın”
"Bəzi rayonlarda açıq meşə sahələri uzunmüddətli icarəyə verilib"
Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi
Bazar günü hava dumanlı olacaq
Bu şəxslərə pul ödəniləcək - Baş Nazirdən növbəti QƏRAR
Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi
Elçin Əlibəyli televiziya ilə vidalaşdı
DYP: Jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnmir
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
Daha bir aparıcı ATV-dən ayırıldı
Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərləndi
Prezident Bilal Əliyevə mənzil bağışladı
Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib
Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ
İnstaqramın yeni bəlası... - “Giveaway” fırıldağı
Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
Azərbaycanda ÜDM 2,1% artıb
Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - XƏRİTƏ
Bu gecə Almaniyadan 140 nəfər mühacir Bakıya yola salınıb
Şəkidə 4 nadir bitki növü müəyyən edilib (FOTO)
DSX sərhədboyu ərazilərdə gizlədilmiş silahlar aşkarladı
Sabahdan məktəblilərin payız tətili başlayır
Avropadan Azərbaycana böyük köç başlayır - Orduxan:”Hamının qapısı döyüləcək”

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla