gundem
2.11.2019, 11:43
Sumqayıtda "7 Göyərçin" abidəsi qoyuldu
Sumqayıt şəhərinin 70 illiyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir.
Yubiley tədbirləri çərçivəsində şəhərin Sülh prospektində "7 Göyərçin" abidəsi qoyulub.
Modern üslubda olan heykəl kompazisiyası sülhü, əmin-amanlığı, zəhmətkeşliyi, gender bərabərliyini tərənnüm etdirir.
Alova bənzər formada hazırlanmış kompozisiyadakı 7 göyərçin abidənin şəhərin 70 illiyinə həsr olunmasına bir işarədir. Günəş və Ay isə burada yaşayan insanların gecə-gündüz çalışdığını, zəhmətkeşliyini özündə əks etdirir.
Abidəni memar Cahid Həsənov hazırlayıb. (APA)