Əmlak Komitəsindən mərhumə oftalmoloq Zərifə Əliyevaya necə hörmətsizlik… - Video

Əmlak Komitəsindən mərhumə oftalmoloq Zərifə Əliyevaya necə hörmətsizlik… - Video





Deyirlər varlanmaq azarı elə sağalmaz yaradır ki, insan övladı yalnız ölməklə ondan xilas ola bilir. Yəqin elə buna görədir ki, atalarımız tamahkarlar haqqında “gözünü torpaq doyurar” ifadəsini işlədiblər. Yenə də deyəcəksiniz kim bizi dilə gətirib, söyləndirdi? Elə isə kim olduğu ilə birlikdə tanış olaq.

“DogruXeber.az” İnformasiya Agentliyinin redaksiyasına müraciət edən vətəndaş Əliyev Aydın Məhəmməd oğlu 1975-ci ildən, yəni ulu öndər H.Əliyev cənabları SSRİ-I məkanında tək olan kondisonerlər zavodunun tikintisi başlayandan orada çalışıb. Ta ki, 2006-cı ilə qədər. 2006-cı ildə zavodun özəlləşməyə verilməsi ilə bağlı qismən qalmış fəaliyyəti tamamilə dayandırıldıqda zavod hərraca çıxardılır. Zavodda uzun illər “can qoymuş” Aydın Əliyev və həyat yoldaşı hər biri ayrı-ayrılıqda 117 səhim qoymaqla zavodun səhimdarına çevrilirlər. Lakin haradan bilərdilər ki, qoyduqları səhimləri onlara gəlir yox narahatlıq,problemlər gətirəcək.

Zavod səhimdar cəmiyyətə çevrildikdən sonra bir dəfə olsun belə səhimdarların iclası keçirilməyib. Lakin zavodun ərazisi müxtəlif sahələrlə məşğul olan kiçik və böyük sahibkarlara icarəyə verilib. Vətəndaş müsahibəsində bildirdi ki, zavod hal-hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansındadır.
İcarələrdən gələn gəlirlər də onun hesabına daxil olur. Zavodun həyətində on altı mərtəbəli biznes mərkəzi inşa olunub.. Gələn gəlirdən isə səhimdarlar qəti şəkildə məhrum olublar.Vətəndaşın öz hüquqlarının müdafiəsi məqsədilə dəfələrlə ƏMDK-nə müraciət etsə də heç bir nəticə hasil olmayıb. Bir sözlə komitənin sədri Kərəm Həsənov vətəndaş marağı deyilən məvhumun anlamını duymaq belə istəmir. Aydın Əliyev haqqı olan qazancını ala bilmədikdə üzünü Maliyyə Palatasına tutub, kömək istədikdə, ona min beş yüz manatlıq cərimə tətbiq olunması barədə məktub təqdim olunub. Bu yerdə insanı acı qəh-qəhə boğur və düşünürsən ki, Kərəm Həsənov min beş yüz manatı pul hesab edir mi?

Kərəm Həsənovun ölkə vətəndaşlarına olan “yuxarıdan aşağıya baxmaq” kimi ədalarını gözəl bilirik. Bəs mənəvi dəyərləri niyə bu qədər ayaqaltı edib?
Zavodun klubunda böyük alim-oftalmoloq, dəyərli insan, ulu öndərin ömür yoldaşı Zərifə xanım Əliyevanın iş otağı baxımsızlıqdan bərbad hala gəlib. Zərifə xanım Əliyeva buradakı iş otağında zavodun fəhlələrini böyük şəfqət və qayğı ilə müayinə və müalicə edib, yalnız dünya işığını deyil, vicdanı nurlandıran “gözlərini” açırdı. Lakin bu gün professorun xatirələri ilə dolu iş otağının işığı söndürülüb. Mənəvi dünyasına təhqir olunub. Zavodda şəxsi maraqlarını güdən ƏMDK-si isə etdiyi belə bir mənəvi cinayəti ya görmür, ya da görməzdən gəlir. Düzü vətəndaş Zərifə xanım Əliyevanın iş otağının acınacaqlı görüntüsünü bizə təqdim edəndə düşündük vətəndaş yəqin nə ilə qarşılaşdığını tam mənasında anlamır. “Burda mənəm, Bağdadda kor xəlifə” ideologiyası ilə yaşayan Kərəm Həsənovu Zərifə xanımın təhqir olunmuş xatirələri əsla maraqlandırmır. O ki, qaldı səhimdarların səhimlərinin aqibəti. Onu maraqlandıran tək bir gerçəklik var ki, dadandığı sərvət toplamaq hərisliyidir. Aydın Əliyev kimi kasıb insanlar varın dadına tamarzı olduqlarına görə vicdanları varlıdır. Bəlkədə ya elə bəlkəsiz haqlarını yeyən Kərəm Həsənovu heyrətə salacaq qədər zənginliyə sahib vicdanlarını isə kimsə əllərindən almağa qadir deyil.

Qarşı tərəfin mövqeyini dinləyib, dərc etməyə hazırıq.

“DogruXeber.az”

Tarix:4-11-2019, 17:55 Baxış Sayı:226 Kateqoriya:gundem / sosial / hadise / maraqli / ustxeber
SON XƏBƏRLƏR
Baş nazir əhalinin sağlamlığı ilə bağlı qurumlara tapşırıq verdi
Azərbaycanlı jurnalistlər bu gün İrəvana gedir?
“288” saylı tam orta məktəbdə keçirilən uğurlu tədbir-Foto
Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi
Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq
İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildi
Bakı-Sumqayıt yolu genişləndiriləcək? - Açıqlama
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı
Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"
Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın”
"Bəzi rayonlarda açıq meşə sahələri uzunmüddətli icarəyə verilib"
Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi
Bazar günü hava dumanlı olacaq
Bu şəxslərə pul ödəniləcək - Baş Nazirdən növbəti QƏRAR
Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi
Elçin Əlibəyli televiziya ilə vidalaşdı
DYP: Jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnmir
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
Daha bir aparıcı ATV-dən ayırıldı
Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərləndi
Prezident Bilal Əliyevə mənzil bağışladı
Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib
Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ
İnstaqramın yeni bəlası... - “Giveaway” fırıldağı
Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
Azərbaycanda ÜDM 2,1% artıb
Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - XƏRİTƏ
Bu gecə Almaniyadan 140 nəfər mühacir Bakıya yola salınıb
Şəkidə 4 nadir bitki növü müəyyən edilib (FOTO)

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla