Səhiyyəmizin “səhhəti” sağalmaz dərdə düçar olub - Giley

Səhiyyəmizin “səhhəti” sağalmaz dərdə düçar olub - Giley










Millətin var olması üçün vacib olan iki amil var. Biri təhsili, digəri səhiyyəsi. Təhsil ruhun sağlamlığıdırsa, səhiyyə cismin sağlamlığına xidmət etməlidir. Yəqin ki, diqqət yetirdiniz ki, xidmət edir deyil, etməlidir kimi vurğuladıq. Siz oxucularımızın diqqətinə çatdırmaq istədiyimiz yenə də səhiyyədə səngiməyən həkim özbaşınalığının qurbanı olmuş vətəndaş giley-güzarıdır.

“DogruXeber.az”-ın redaksiyasına müraciət edən vətəndaş Verdiyeva Həqiqət İsaq qızı Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında üzləşdiyi haqsızlıqlarla bağlı mətbuatın “qapısını döydü”. Nəvəsinin xəstəliyi ilə bağlı adıgedən xəstəxanaya müraciət edən nənəni həkim Təranə Qasımovanın yanına göndərirlər. Şikayətçinin ərizəsinə əsasən həkim onları müxtəlif aparatlardan və analizlərdən keçirdib, sonda öddə parazit olduğu qənaətinə gəlib. Təbii ki,bütün bu analizlər və aparatdan keçmələr dövlət xəstəxanasında nəğd ödənişlə həyata keçirilib. Nəhayət, Təranə Qasımova xəstəyə təyin etdiyi diaqnoza uyğun olaraq bir sicirləmə reçept yazır. Xəstənin müalicəsinin ağır və uzun bir proses olduğunu qeyd edən həkim üç kursluq müalicə təyin edib. İkinci müalicə kursu bitdikdən sonra xəstədən yenidən analizlər verməsi tələb olunub. Əlbəttə ki, təkrar analiz təkrar ödənişlər hesabına başa gəlir. Nəhayət, Təranə Qasımovanın təyin etdiyi üç kursluq müalicə proqramı sonda başa çatır,lakin nəticə olduğu kimi yerində sayır.

Təqaüdçü qadın pensiyası ilə topladığı pullarını nəvəsinin sağlamlığına sərf edib,nəticə əldə etmədikdə səhiyyəyə olan inamı yox oldu. Ən önəmlisi isə imkansızlıq səbəbilə dövlət xəstəxanasına üz tutub, özəl klinikalar kimi soyulan nənə çarəni yenə də mətbuatda axtarır. Mətbuatın əlindən gələn isə eybəcərliklərə güzgü tutmaqdan ibarətdir. Bundan artığına gücü yetmir. Qaldı ki, səhiyyənin eybəcər simasına tutduğumuz güzgüyə, artıq bunun da bir əhəmiyyəti qalmayıb. Çünki, Səhiyyə Nazirliyi güzgüdəki qorxunc siması ilə barışıb. Heç bir “estetik əməliyyat” keçirtmək fikirində deyil. Düşünürlər ki, “əməliyyatı edəcək həkimlər” özləri kimi ağ xalata qara “cib” tikəcəklər. Amma yanılırlar. Səhiyyənin “qozbel qaməti”, “donqar burnu”, “çəp gözləri”,”qırış siması” tez-gec “əməliyyat masası”na yatırılacaq. Cərrahları isə mükəmməl qanunlarımız olacaq.

P.S. Yuxarıda qeyd olunan vətəndaşın müraciəti ilə bağlı Respublika Klinik Xəstəxanasının mədə-bağırsaq üzrə həkimi Təranə Qasımova ilə telefon əlaqəsi saxladıq. Həkim Təranə Qasımova əməkdaşlarımızın verdiyi sualları cavablandırmaqdan imtina etdi və hətta jurnalistlərin peşə fəaliyyətini də sərt tənqid etdi. Görünür ki, Təranə həkimin yarıtmaz fəaliyyətini ictimaiyyətə çatdıran jurnalistə qəzəbi tutduğu üçün cəm halda jurnalistlərin peşə fəaliyyətlərini pisləyir.


“DogruXeber.az”

Tarix:6-11-2019, 16:50 Baxış Sayı:116 Kateqoriya:gundem / sosial / hadise / maraqli / ustxeber
SON XƏBƏRLƏR
Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi
Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq
İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildi
Bakı-Sumqayıt yolu genişləndiriləcək? - Açıqlama
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı
Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"
Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın”
"Bəzi rayonlarda açıq meşə sahələri uzunmüddətli icarəyə verilib"
Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi
Bazar günü hava dumanlı olacaq
Bu şəxslərə pul ödəniləcək - Baş Nazirdən növbəti QƏRAR
Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi
Elçin Əlibəyli televiziya ilə vidalaşdı
DYP: Jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnmir
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
Daha bir aparıcı ATV-dən ayırıldı
Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərləndi
Prezident Bilal Əliyevə mənzil bağışladı
Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib
Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ
İnstaqramın yeni bəlası... - “Giveaway” fırıldağı
Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
Azərbaycanda ÜDM 2,1% artıb
Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - XƏRİTƏ
Bu gecə Almaniyadan 140 nəfər mühacir Bakıya yola salınıb
Şəkidə 4 nadir bitki növü müəyyən edilib (FOTO)
DSX sərhədboyu ərazilərdə gizlədilmiş silahlar aşkarladı
Sabahdan məktəblilərin payız tətili başlayır
Avropadan Azərbaycana böyük köç başlayır - Orduxan:”Hamının qapısı döyüləcək”

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla