“O dəyirmi masanın porno versiyasını yazıb…” - Etirazlar

“O dəyirmi masanın porno versiyasını yazıb…” - Etirazlar













Noyabrın 5-də sabiq nazir Əli İnsanovun demokrat “qiyafəsində”, lider “ədası” ilə Müsavat Partiyasının qərargahına qədəmlərini qoymasının alqışla qarşılanacağını gözləyənlər var idi. Olmadı.
Vaxtilə Müsavatın eks-başqanı İsa Qəmbərə və müxalifətçilərə hədyanlar yağdıran, “onların nəvələri müxalifətçi babalarından xəcalət çəkəcəklər” deyən, jurnalistə “konkret rədd ol” söyləyən, səhiyyəni öz dövründə “qanqrenaya” çevirən Ə.İnsanovun Müsavat qərargahında “söz verilir hörmətli professora” təqdimatı elə hakimiyyətin ən sərt tənqidçiləri tərəfindən pislənildi.

Müsavat başqanı Arif Hacılının təşəbbüsü ilə baş tutan dəyirmi masa ətrafında Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə və Əli İnsanovun demokratiyanı müzakirə eləməsi elə müxalifyönlü, iqtidara ən kəskin tənqidlər yazanlar tərəfindən “topa tutuldu”.

Məsələn, jurnalist Şahvələd Çobanoğlu facebook-da belə reaksiya vermişdi: “Gördülər bir Əli önə çıxmaqdadır, oturtdular günü keçmiş Əli ilə yanaşı.. xalq hərəkatı, strateji düşüncə, nə bilim nə...”

REAL Partiyasından Altay Göyüşov bu görüşdən yayılan şəkli klassik foto adlandırıb: “Adını faciəmizin dəyirmi masası da qoymaq olar. Əli İnsanov bunlara yaraşır, bunlar da Əli İnsanova... İlham Əliyevdən xahiş etmək lazımdır ki, bunları pensiyaya göndərdiyini özlərinə xəbər eləsin”.

Müsavatın başqanlığna namizədi olmuş Yadigar Sadıqlı İnsanovun Rəsulzadənin portreti qarşısında çəkilmiş fotosunu şərhsiz paylaşaraq eyham vurub.

Keçmiş vicdan məhbusu Qiyas İbrahimov Ə.İnsanovu belə xarakterizə edib: “İdeologiyası ”voravskoy" olan adi qisasçı Əli İnsanov diktaturadan qopmayıb, elə indi də gözümüzün önündə diktaturanın canlı simvoludur".

AG Partiyanın sədri Tural Abbaslı “Report”a bildirib ki, təşkilatçı Ə.İnsanovu bu dialoqda iştirak etməyə layiq bilirsə, bu, onun şəxsi qərarıdır: “Ona birdən-birə belə qucaq açmaq cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Biz bunu görməzlikdən gələ bilmərik. Əli İnsanovun müxalifətin dəyirmi masasında təmsil olunması o insanların yanaşdığı mənəvi dəyərlərdən asılıdır. Bizə bununla bağlı müraciət olunsaydı? konkret cavab verərdik”.

Tənqidçi jurnalist Azər Rəşidoğlu görüşə belə şərh verib: “Əli İnsanov prezident olsa, ilk növbədə dəyirmi masada oturanları ”içəri" atacaq".

Norveçdə yaşayan yazar Günel Mövlud isə dəyirmi masanı biabırçılıq adlandırıb: “O dəyirmi masanın porno versiyasını yazıb məclisdə olanların hamısının burnundan gətirmək mənə borc olsun. Başqa heç bir reaksiya düşünə bilmirəm dünənki rüsvayçılığa...”

AXCP Ali Məclisinin üzvü Nicat Abdullazadə belə reaksiya verib: “Dostlar, Əli Kərimlinin doğru qərarlar vermə qabiliyyətinə şübhəm yoxdur. İndiyədək onun verdiyi ən qeyri-populyar qərarların belə sonradan düzgün qərar olduğu sübuta yetib. Amma bəyin dəyirmi masaya qatılmaq qərarını anlamaqda çətinlik çəkirəm. Xalqın onu siyasi partiya liderliyindən xalq liderinə çevirdiyi bir məqamda adları siyasi intriqalarla assosiasiya olunan, birlikləri dağıdan, keçmişi ləkəli adamlarla bir masa ətrafında əyləşməyə Əli bəyi nə vadar etdiyini doğrudan anlamaqda çətinlik çəkirəm”.

YAP icra katibinin müavini Siyavuş Novruzov özünün facebook hesabında yazıb ki, vaxtı keçmiş, müddəti bitmiş bir qrup insan yığılıb ora və Azərbaycanın gələcəyi haqqında hər hansı bir qərar qəbul etmək istəyir.

“Bu şəxslər indiyə qədər siyasətdə biabırçı şəkildə məğlub olublar və indi yenidən ”xod"a düşüblər, guya bunları Azərbaycan maraqlandırır, Azərbaycanın problemi maraqlandırır?! Vaxtilə Əli İnsanov insanları işdən qovurdu, onların işə bərpa olunması ilə bağlı məhkəmə qərarlarını cırıb atırdı ki, “mən qanundan üstünəm”. Əli İnsanov belə işləyirdi və korrupsiyaya qurşanmış adam idi. Məhz bu əməllərinə görə o, vəzifəsindən uzaqlaşdırıldı, həbs olundu. İndi bu adam nə millət dərdi çəkəcək? Və yaxud demokratiyadan danışanlar necə korrupsionerlə bir yerdə oturur?" - YAP-çı deputat sual edib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, həmin dəyirmi masa ilə bağlı ona aydın olmayan məsələlər var: “Hansı məntiqlə, hansı tarixi xidmətlər, prinsiplər əsas götürülüb? Mən bax, bu haqda məlumatsızam. Ona görə Allah xeyir versin”.

Ə.İnsanovun tədbirdə iştirakına isə VHP sədri belə şərh verdi: “Şəxsiləşdirmək istəmirəm. İnsan ömrüdür, mövqelər, prinsiplər dəyişir. Ancaq ora toplaşanları əsas müxalifət kimi qələmə vermək doğru deyil. Ümumiyyətlə, həmin görüş mənə aydın olmayan formatdır. Çünki müxalifət düşərgəsi böyükdür, dəfələrlə yığışır, ayrılır, hər dəfə də sarsılır. Hesab edirəm ki, toplaşmalara daha ciddi baxmaq lazımdır”.

Tarix:7-11-2019, 11:03 Baxış Sayı:43 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi
Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq
İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildi
Bakı-Sumqayıt yolu genişləndiriləcək? - Açıqlama
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı
Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"
Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın”
"Bəzi rayonlarda açıq meşə sahələri uzunmüddətli icarəyə verilib"
Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi
Bazar günü hava dumanlı olacaq
Bu şəxslərə pul ödəniləcək - Baş Nazirdən növbəti QƏRAR
Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi
Elçin Əlibəyli televiziya ilə vidalaşdı
DYP: Jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnmir
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
Daha bir aparıcı ATV-dən ayırıldı
Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərləndi
Prezident Bilal Əliyevə mənzil bağışladı
Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib
Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ
İnstaqramın yeni bəlası... - “Giveaway” fırıldağı
Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
Azərbaycanda ÜDM 2,1% artıb
Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - XƏRİTƏ
Bu gecə Almaniyadan 140 nəfər mühacir Bakıya yola salınıb
Şəkidə 4 nadir bitki növü müəyyən edilib (FOTO)
DSX sərhədboyu ərazilərdə gizlədilmiş silahlar aşkarladı
Sabahdan məktəblilərin payız tətili başlayır
Avropadan Azərbaycana böyük köç başlayır - Orduxan:”Hamının qapısı döyüləcək”

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla