Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"

Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"










Son illər ərzində Azərbaycanda xərçəng xəstələrinin sayı artıb. Bununla yanaşı, xərçəng xəstəliyindən ölənlərin də sayı çoxalıb.



DogruXeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən III Beynəlxalq Uroonkologiya Simpoziumunda Milli Onkologiya Mərkəzinin direktorunun birinci müavini Fuad Quliyev deyib.


Onun sözlərinə görə, ölüm hallarının artmasının əsas səbəbi xəstələrin həkimə çox gec müraciət etməsidir. Xəstələr həkimə xərçəng xəstəliyinin 3-4-cü mərhələsində müraciət edirlər ki, belə xəstələr də ümumi xəstələrin sayının 50 faizini təşkil edir.


F.Quliyev digər ölkələrdə bu göstəricinin daha aşağı olduğunu nəzərə çatdırıb:


"Qazaxıstanda, Ukraynada bu göstərici 25, Belarusda 15 faizə qədərdir".


Xəstələrin gec müraciət etməsinin əsas səbəbini maarifləndirmənin kifayət qədər aparılmaması ilə izah edən F.Quliyev bildirib ki, Azərbaycanda 2018-ci ildə 11606 nəfərə ilk dəfə onkoloji xəstəlik diaqnozu qoyulub. Onların 5733 nəfəri kişidir.


F.Quliyev əlavə edib ki, daha çox rast gəlinən onkoloji xəstəlik ağciyər xərçəngidir. Bu siyahıda ikinci yerdə mədə xərçəngi dayanır:


"Prostat vəzi xərçəngi isə bu sıralamada 5-ci yerdədir. Avropada prostat xərçəngi ilk sırada yer alır. 2019-cu il məlumatlarına əsasən, Rusiyada hər 100 000 nəfər əhaliyə 40 nəfər, Ukraynada 26-27 nəfər, Belarusda 70 nəfər onkoloji xəstə düşür. Azərbaycanda isə bu say 7 nəfərdir. 15 il əvvələ nisbətən indi vəziyyət daha yaxşıdır".

Tarix:16-11-2019, 15:18 Baxış Sayı:52 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Bu sürücülər 800 manat cərimə olunacaq! - “Bəzi məmurların xidməti avtomobillərində də var”
Metronun bu stansiyası bağlana bilər - Rəsmi
Alimlər meymun və donuzdan yeni bir canlı növü yaratdılar – Fotolar
Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla
İnternetdən paltar sifariş etdi, bağlamadan torpaq çıxdı
Məktəbdə təsadüfən keçirilən kinoloji sərgi azyaşlı narkomanları üzə çıxardı
Pula görə sevgilisinin üstünə benzin töküb yandırdı — Azərbaycanda DƏHŞƏT
Bakıda gənc qadın itkin düşdü
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakı Dairəvi-1 yolunda hərəkət qismən məhdudlaşdırılacaq
Toyunda hirslənib butulkanı yerə çırpan azərbaycanlı bəyin əhvalatı Britaniya mətbuatına gedib çıxdı
“Neftçilər”də özünü qatarın altına atan şəxsin kimliyi bilindi
Şahin Məmmədova dərdini danışdı, o da... - 50 manat pul köçürüb...
13 dekabrda gözlənilən hava şəraiti
Keçmiş icra başçısı deputatlığa namzidəliyini irəli sürdü
“Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!
Gəncədə qadın qəzaya düşdü, xəstəxanada öldü
"Azərbaycan sabah da Qarabağda antiterror əməliyyatına başlaya bilər"
Azərbaycanda ərzaq məhsulları bahalaşıb - RƏSMİ
Azərbaycanlı oliqarxın “yol xəritəsi” - "Milyarderlər ittifaqı" qayıdır?
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət etdi
“Qarabağ”ın futbolçusunun cəzası YÜNGÜLLƏŞDİRİLDİ
“Azəriqaz” Təhsil Şöbəsini məhkəməyə verdi
Bu rayonlar üzrə pensiya təyinatı ilə bağlı qaydalar dəyişir
İtən təyyarənin axtarışları zamanı meyitlər tapıldı
“Azəri-Çıraq-Günəşli” yataqlarından bu vaxtadək 498 milyon ton neft çıxarılıb
Məmurların xaricdə 6007 daşınmaz əmlakı tapıldı
Bu şəsxlər gömrükdə növbəyə durmadan keçir - DGK-dan açıqlama - Video
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
Rusiyada hərbi helikopter qəzaya uğrayıb - ÖLƏNLƏR VAR

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla