Cəlil Məmmədquluzadənin ev muzeyi yenidən açıldı - Foto

Cəlil Məmmədquluzadənin ev muzeyi yenidən açıldı - Foto













Yazıçı - dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılış mərasimi keçirilib.
"DogruXeber.az"ın məlumatına görə, tədbirdə Cəlil Məmmədquluzadənin ilk dəfə Azərbaycana gəlmiş nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədir Anar Rzayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Milli Məclisin deputatları iştirak ediblər.

Mədəniyyət nazirinin müavini Vaqif Əliyev bildirib ki, təmirdən sonra ev muzeyində yeni ekspozisiyalar açılıb:

“Bu gün çox gözəl gündür. Çünki bu gün Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılışında iştirak edirik və ədibin nəslinin davamçıları da bizimlə birlikdədir. Ev muzeyində yeni ekspozisiya açılır.

Cəlil Məmmədquluzadənin ev muzeyinin böyük xidmətlərindən biri də o olacaq ki, biz ədibin irsi ilə yenidən tanış olacağıq. Ümid edirəm ki, muzey ədibin irsinin zənginləşdirilməsində böyük rol oynayacaq”.

AYB sədri bildirib ki, bu gün də Azərbaycan yazıçıları Cəlil Məmmədquluzadənin yaradıcılığından bəhrələnir:

“Mən hər dəfə bu muzeyə gələndə həm fəxarət hissi keçirirəm, həm də kövrəlirəm. Çünki Cəlil Məmmədquluzadənin ömrünün sonuna kimi bu evdə ağır şəraitdə yaşayıb. O, bu evdə öz balalarını soyuqdan qorumaq üçün əlyazmalarını yandırıb, evi isidirmiş. Bu gün də o ocağın istisi bizi isidir”.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, 68 illik fasilədən sonra C.Məmmədquluzadənin nəslinin nümayəndələri ilk dəfə Azərbaycana gəlib:

“Mirzə Cəlilin nəvələri İran, Polşa, Fransa və İrlandiyada yaşayır. Cəlil Məmmədquluzadənin nəticəsi və oğlu hazırda bizimlədir. Onlar ulu babalarının evində olacaqlar. Bu evdə Cəlil Məmmədquluzadə ən böyük əsərlərini yazıb.

Bu evin ona verilməsində Nəriman Nərimanovun böyük xidmətləri olub. Sovet rejimi onu İrandan dəvət etsə də ona bir il ərzində lazımı diqqət yetirilməyib. Bu evin birinci mərtəbəsi “Molla Nəsrəddin” mətbəəsi, ikinci mərtəbəsi isə evi olub. Buraya Azərbaycanın görkəmli yazıçıları onunla görüşə gəlib”.

Martin Cavanşiri çıxış edərək, ev muzeyinin açılışında göstərilən diqqətə görə təşəkkürünü bildirib:

“Mən təsəvvür etməzdim ki, Cəlil Məmmədquluzadəyə Azərbaycanda bu qədər sevgi var. Bura ilk dəfə gəlirəm, ümid edirəm ki, bu səfərlər davamlı olacaq”.

Qeyd edək ki, ev muzeyi Cəlil Məmmədquluzadənin 1920-1932-ci illərdə yaşayıb yaratdığı mənzildə yerləşir. Ev muzeyinin təmirinə 2018-ci ilin may ayından başlanılmışdı./Yenisabah
Cəlil Məmmədquluzadənin ev muzeyi yenidən açıldı - Foto

Tarix:18-11-2019, 15:26 Baxış Sayı:53 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Zakir Qaralov azyaşlıların işgəncələrə məruz qalması ilə bağlı məsələni xüsusi nəzarətə götürdü
Qurban Qurbanovun oğlu rəqibini “topa tutdu”
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
Təhsil şöbəsinin keçmiş işçisi icra başçısının təhdidlərinə görə intihar etdi - Fotolar
Daha bir gənc kadr yüksək vəzifəyə təyin olundu - FOTO
Müəmmalı şəkildə itkin düşən Nərminin atası: “Qızımı qardaşım oğurlamayıb”
Prezident yol təmirinə 7,8 milyon ayırdı
Aktrisa ilə zarafat etdilər — canlı yayımda şoka düşdü
Paytaxtın ucuz və təhlükəli dönərxanaları: əhaliyə sabun yağı yedirdilir?
Azərbaycan və Rusiya arasında yeni sənədlər imzalandı
Vilayət Eyvazov polis mayoruna vəzifə verdi
Tanınmış aktyor: İnternetdə tanış olduğum qız məni “aldatdı” - VİDEO
Səudiyyədə qadınlara qoyulan daha bir qadağa aradan qalxdı: Restoranlara kişilərlə birgə...
Erkin Qədirlinin bu mövzuda sərbəst qərar vermək ixtiyarı yoxdur” – İlqar Məmmədov
İdxalına icazə verilməyən 50-dən çox dini ədəbiyyat aşkarlandı
Eskobarın dəhşətli cinayətləri: Xüsusən bakirələri seçirdi
Beşinci çağırışın fəal deputatlarının SİYAHISI: Mərhum Yevda Abramov qalib seçildi
Xırdalanda güclü partlayış, yaralı var
Nazir müavininin adı qanunsuz işlərdə nə üçün hallanır?-VİDEO/FOTO
Azərbaycanda daha dörd tələbə qız zəhərləndi
Böyük çöküş başlayır: Tramp bunu bacardı – Şok
Gölməçəyə çevrilən paytaxt küçələri – Dövlət Agentliyi səbəbləri AÇIQLADI
Komitə Bakıda uşaqların ögey anaları tərəfindən döyülməsi faktını araşdırır — FOTOLAR
Şişirdilmiş “ip” bazarında daha böyük fırıldaqlar başlayıb – Gülüş gədəfi olanlar…
Lənkəran sahillərində zəlzələ oldu
Daha bir gənc kadr yüksək vəzifəyə təyin olundu - FOTO
2020-ci ildə 5 yeni “iPhone” modeli təqdim olunacaq
Sərnişinlərin nəzərinə: Bu qatarlar yeni hərəkət cədvəli üzrə hərəkət edəcək
İstirahət günlərində gözlənilən hava proqnozu
Aeroport ərazisində 4 mindən artıq ağac əkilib (FOTO)

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla