İcazəsiz aksiyada inzibati həbs olunan daha 3 nəfər azadlığa buraxıldı

İcazəsiz aksiyada inzibati həbs olunan daha 3 nəfər azadlığa buraxıldı










Oktyabrın 19-da Bakıda "Milli Şura"nın keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasında polisə müqavimətdə təqsirləndirilərək inzibati həbs olunan Tofiq Yaqublu, Rüfət Səfərov və Baba Suleyman azadlığa buraxılıb.

DogruXeber.az-ın məlumatına görə, adıçəkilən şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək 30 sutka inzibati həbs cəzasına məhkum edilmişdilər.

Noyabrın 18-də həmin şəxslərin cəza müddəti başa çatıb və onlar azadlığa buraxılıblar.

İcazəsiz aksiyada ictimai qaydanı pozduğu üçün inzibati həbs edilən Seymur Həzi də noyabrın 16-da azadlığa çıxıb.

Xatırladaq ki, özünü demokratik qüvvələrin "Milli Şura"sı adlandıran qurumun üzvləri 2019-cu il oktyabr ayının 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirməyə cəhd ediblər.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb.

Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcəkdir. İzahatları alınmış daha 42 nəfər hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar./Trend

Tarix:18-11-2019, 16:37 Baxış Sayı:48 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Zakir Qaralov azyaşlıların işgəncələrə məruz qalması ilə bağlı məsələni xüsusi nəzarətə götürdü
Qurban Qurbanovun oğlu rəqibini “topa tutdu”
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
Təhsil şöbəsinin keçmiş işçisi icra başçısının təhdidlərinə görə intihar etdi - Fotolar
Daha bir gənc kadr yüksək vəzifəyə təyin olundu - FOTO
Müəmmalı şəkildə itkin düşən Nərminin atası: “Qızımı qardaşım oğurlamayıb”
Prezident yol təmirinə 7,8 milyon ayırdı
Aktrisa ilə zarafat etdilər — canlı yayımda şoka düşdü
Paytaxtın ucuz və təhlükəli dönərxanaları: əhaliyə sabun yağı yedirdilir?
Azərbaycan və Rusiya arasında yeni sənədlər imzalandı
Vilayət Eyvazov polis mayoruna vəzifə verdi
Tanınmış aktyor: İnternetdə tanış olduğum qız məni “aldatdı” - VİDEO
Səudiyyədə qadınlara qoyulan daha bir qadağa aradan qalxdı: Restoranlara kişilərlə birgə...
Erkin Qədirlinin bu mövzuda sərbəst qərar vermək ixtiyarı yoxdur” – İlqar Məmmədov
İdxalına icazə verilməyən 50-dən çox dini ədəbiyyat aşkarlandı
Eskobarın dəhşətli cinayətləri: Xüsusən bakirələri seçirdi
Beşinci çağırışın fəal deputatlarının SİYAHISI: Mərhum Yevda Abramov qalib seçildi
Xırdalanda güclü partlayış, yaralı var
Nazir müavininin adı qanunsuz işlərdə nə üçün hallanır?-VİDEO/FOTO
Azərbaycanda daha dörd tələbə qız zəhərləndi
Böyük çöküş başlayır: Tramp bunu bacardı – Şok
Gölməçəyə çevrilən paytaxt küçələri – Dövlət Agentliyi səbəbləri AÇIQLADI
Komitə Bakıda uşaqların ögey anaları tərəfindən döyülməsi faktını araşdırır — FOTOLAR
Şişirdilmiş “ip” bazarında daha böyük fırıldaqlar başlayıb – Gülüş gədəfi olanlar…
Lənkəran sahillərində zəlzələ oldu
Daha bir gənc kadr yüksək vəzifəyə təyin olundu - FOTO
2020-ci ildə 5 yeni “iPhone” modeli təqdim olunacaq
Sərnişinlərin nəzərinə: Bu qatarlar yeni hərəkət cədvəli üzrə hərəkət edəcək
İstirahət günlərində gözlənilən hava proqnozu
Aeroport ərazisində 4 mindən artıq ağac əkilib (FOTO)

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla