Elmi-Təqiqat Mamalıq və Ginekologiya institutu -6 saylı doğum evində nələr baş verir?

Elmi-Təqiqat Mamalıq və Ginekologiya institutu -6 saylı doğum evində nələr baş verir?






Azərbaycan səhiyyəsi XX- əsrin ikinci yarısı və XXI- əsrin əvvəllərində təxminən 35 ilə yaxın bir dövrdə bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin himayəsində olub və onun rəhbərliyi altında inkişaf etmişdir. Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətlər göstərən və xalqın sağlamlıq məsələlərinə qayğısını əsirgəməyən ümumilli lider Heydər Əliyev insanların sağlamlığını, dövlətin və cəmiyyətin sağlamlığı hesab edirdi...

Ölkəmizin qüdrəti, həyatımızın bütün sahələri ilə yanaşı həmdə səhiyyə sisteminin inkişaf səviyyəsi ilə ölçülüb.!
İndi isə Azərbaycan səhiyyəsinin bu gün ki, vəziyyətinə nəzər salaq!!!
Savadsız və təcrübəsiz həkimlər!
Pul xatirinə yanlış diaqnozlar!
Səhv müalicələr!
Dövlət xəstəxanalarında xəstələrin ehtiyacı olan dərmanların tapılmaması və s. kimi halların mövcudluğu...!

Uzun zamandır sosial şəbəkələrdə və mətbuatda Azərbaycan səhiyyəsində rüşvətxor həkimlərin savadsızlığı və təcrübəsizliyi ucbatından minlərlə ailələrin gözü yaşlı qalmasının şahidi olmuşuq!
Bir faktı xüsusilə qeyd etmək istəyirik ki, 2013 ildə Ölkədə səhiyyə sisteminə 140 milyon manat məbləğində vəsait, xəstələrin pulsuz dərman preparatları və Tibbi ləvazimatlarla təminatına sərf olunub.
Lakin bu məbləğin təyinatına uyğun şəkildə xərclənmədiyi, səhiyyənin əlindən qan ağlayan vətəndaşların etdiyi şikayətlər əsasında bəlli olur.

Bu gün xəstəxanalara müraciət edənlərin əksəriyyəti "Dövlət səhiyyə ocaqlarında pulsuz dərman ala bildiyini" dəyə bilməz!Müalicə və müayinə də bu obyektlərdə qeyri rəsmi formada pulla həyata keçirilir!
70 yaşlı Səhiyyə Naziri Oktay Şirəliyevin 14 ildir rəhbərlik etdiyi səhiyyənin tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin bu cür qanun pozuntularıyla yanaşı, üstəlik xəstələrin həyatları ilə oynayan , onları ölüm təhlükəsi ilə üz-üzə qoyan savadsız və təcrübəsiz "həkimlərin" də olması danılmazdır.
Səhiyyənin bərbad vəziyyətdə olmasının daha bir sübutu, bu yaxınlarda ana olmağa hazırlaşan Ləman Ağayevanın Azərbaycan səhiyyəsinin yarıtmazlığından öz körpəsini itirməsi olub...
DogruXeber.az informasiya agentliyinə müraciət edərək şikayətini bildirən Bakı şəhər Binəqədi rayon sakini 1992 ci il təvəllüdlü Ağayeva Ləman İlyas qızı Bakı şəhər 6 nömrəli Mama Ginekologiya doğum evində həkim Gülnarə Əzimovanın "müayinə və müalicəsi" altında qeydiyyatda olmuşdur.
Həkimi Gülnarə Əzimovanın göstərişi ilə qeydiyyatda olduğu dövlət xəstəxanasının doğum evində bir çox ödənişli analizlər vermiş Ləman Ağayeva, səhhətində yaranan problemlərdən dolayı həkiminə müraciət etməsinə baxmayaraq, lakın həkimi Gülnarə Əzimova xəstəni müayinə etmək əvəzinə, ona qorxulu bir şeyin olmadığını, və "AGOLUTİN" iynəsini vurdurmağı söyləyərək Ləman xanımın başının altına yastıq qoymuşdur.

Səhəri gün yani hamiləliyinin 7 ci ayında "Dopler" müayinəsinə gedən xəstə Ləman Ağayevanın elə həmin günü şiddətli ağrıları başlamışdır.. Həkimlər ona artıq doğuş halında olduğunu bildirərək, xəstənin həkimi Gülnarə Əzimova ilə əlaqə saxlamışlar.. Ləman Ağayevanın artıq doğuş halında olduğunu və 7 aylıq yarımçıq uşaq dünyaya gətirəcəyini, qeydiyyatda olduğu 6 nömrəli doğum evinin həkimi mama ginekoloq Gülnarə Əzimovaya xebər versələr də, Həkim Gülnarə Əzimova məsuliyyətdən boyun qaçırmağa çalışaraq , xəstənin qeydiyyatda olduğu 6 nömrəli doğum evində doğuş üçün yer olmadığını və xəstəni başqa doğum evlərindən birinə göndərilməsini söyləmişdir..Daha sonra xəstə özü, həkimi Gülnarə xanımla əlaqə yaratmağa çalışsada, əfsuslar olsun ki, dəfələrlə etdiyi zənglərinə cavab verilməmişdir.!

"Əllərdə qalan" və şiddətli ağrılardan qıvrılan xəstə Ləman Ağayevanı məcburiyyət qarşısında qalaraq təcili tibbi yardım vasitəsilə başqa doğum evlərindən birinə göndərmişlər.. Xəstənin dediklərinə görə, doğum evi adıyla yola salınan Ləman Ağayevaya hamiləliyinin 7 ci ayında yarımçıq uşaq dünyaya gətirdikdən bir neçə gün sonra məlum olub ki, ora doğum evi yox, 7 nömrəli Poliklinika imiş..)))))
Buda bizim "müasir həkimlər" və "inkişafda olan səhiyyəmiz"..... Özünüz qiymət verin!!!
Nə isə qayıdaq yarım qalmış söhbətimizə..... Xəstə Ləman Ağayevanın qeydiyyatda olduğu Bakı şəhər 6 nömrəli doğum evinin mama ginekoloqu Gülnarə Əzimovanın öz xəstəsinə laqeyd və biganə yanaşması səbəbindən, min cür əzab əziyyətlə yarımçıq uşaq dünyaya gətirən Ləman Ağayeva vaxtsız doğuşdan 3 gün sonra öz körpəsini itirir..
P.S. Əlbəttə ki, yazımızın əvvəlində qeyd etdiyimiz kimi belə hallar Azərbaycan səhiyyəsində artıq illərdir adət halını alıb.. Cənab Oktay Şirəliyevin rəhbərlik etdiyi səhiyyədə çalışan bu cür həkimlər, heç qorxmadan insanların həyatını təhlükə altına atmağa vərdiş ediblər!!!
Ləman Ağayeva kimi yüzlərlə analar Azərbaycanda, "inkişafda olan" səhiyyəmiz ucbatından"Ana " adından məhrum olunublar..!
Keçək mövzumuzun davamına...

Övlad acısıyla alışıb yanan "ana ", həkim səhlənkarlığı nəticəsində körpəsinin ölümündən sonra Səhiyyə Nazirliyinin Qaynar Xəttinə zəng edərək bütün başına gələnləri bildirmiş və hamiləliyinin ilk günlərindən onu "nəzarətdə" saxlayan Bakı şəhər 6 nömrəli doğum evinin mama ginekoloqu Gülnarə Əzimova barəsində ciddi tədbirlər görülməsini xahiş etmişdir... Ləman Ağayevanın dediklərinə görə, Səhiyyə Nazirliyinə etdiyi şikayətin üstündən bir neçə ay keçməsinə baxmayaraq, haqqında şikayətçi olduğu həkim Gülnarə Əzimova barəsində heç bir qanuni tədbir görülməmişdir.!

Belə olan vəziyyətdə Dogruxeber.az informasiya agentliyinə üz tutaraq kömək istəyən Ləman Ağayeva bu işin ictimailəşməsini bizdən xahiş etdi..!
DogruXeber.az informasiya agentliyi olaraq məsələylə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Bakı şəhər 6 nömrəli doğum evinin mama ginekoloqu Gülnarə Əzimova ilə əlaqə saxladıq.. Gülnarə xanım yaşanan olaylarla bağlı özünün yox, orqan işçisi olan həyat yoldaşının cavab verəcəyini bildirdi..Daha sonra bizə edilən zəngdə özünü Gülnarə xanımın həyat yoldaşı kimi təqdim edən şəxs, bizimlə yüksək tonla və özündən razı halda danışaraq, xanımı Gülnarə Əzimovanı narahat etməməyimizi bildirməklə, məsələyə aydınlıq gətirməkdən boyun qaçırdı!

Vətəndaş mövqeyi olaraq düşünürük ki, Cənab prezident İlham Əliyevin apardığı islahatların sırasında Səhiyyə Naziri 70 yaşlı Oktay Şirəliyev də duracaq..!
Beləliklə Ölkə başçısının apardığı daxili siyasətin üz qarası olan Azərbaycan səhiyyəsi ağ günə çıxacaqdır!
Bununla yanaşı Dogruxeber.az xəbər portalı olaraq İnanırıq ki, yaxın günlərdə
Ləman Ağayeva və onun kimi yüzlərlə insanın həyatını təhlükə altına ataraq, körpələrin canına qıyan "həkimlər", aidiyyatı qurumlar tərəfindən öz layiqli cəzalarını alacaqlar!


Bizi izləməyi unutmayın!

“DogruXeber.az”

Tarix:27-11-2019, 14:14 Baxış Sayı:515 Kateqoriya:gundem / sosial / hadise / maraqli / ustxeber
SON XƏBƏRLƏR
Deputat oğlunun həbs müddəti uzadıldı
Daşkəsəndə qarın hündürlüyü 16 sm-ə çatdı
Rafael Dadaşov palataya köçürülüb
Bakıda 11 dərəcə istilik olacaq — HAVA PROQNOZU
Xəzər dənizində dalğanın hündürlüyü 5,2 m olub - Nazirlik
İranın yol və şəhərsalma nazirinin müavini Bakıya gəlir
Məleykə Abbaszadə kadr islahatlarından DANIŞDI
Seçkiyə qədər deputatlar maaş alacaq? - AÇIQLAMA
İş və istirahət günlərinin yeri dəyişdirilir - NK-dən QƏRAR
“Aprel şilləsi”ni unudan Anna Akopyan: İrəvanda xal qalmadı...
25 yaşlı gənc icra başçısının köməkçisi oldu - Foto
Mədət Quliyev generala vəzifə verdi
Daha iki icra başçısı vəzifədən azad ediləcək – Mənfi reputasiya...
Atəşkəs yenidən pozuldu
“Bibiheybətdəki sürüşən yolda tikintiyə hələ başlanılmayıb” - RƏSMİ
Paşinyanın arvadı həddini aşdı — Mehriban Əliyevanı Qarabağa dəvət etdi
“Uşağımı geri qaytarın!” - Qarabağda ölən erməni əsgərin yaxınları aksiya keçirdi
Penitensiar Xidmətin rüşvətdə ittiham olunan bölük komandirinə hökm oxunub
Tanınmış azərbaycanlı jurnalist əcnəbi xanımla evləndi – FOTO
"Tələbənin ölümü qida zəhərlənməsindən olmayıb" - AQTA sədri
“Bunu etsələr, ölkəyə gətirilən ikinci əl avtomobillərin qiyməti baha olacaq...”
Vilayət Eyvazov bu şəxsi rəis təyin etdi
“BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan!
Yasamalda binanın zirzəmisindən top mərmisi tapılıb (FOTO)
İctimai yerlərdə spirtli içki içmək qadağan edilir - 1 fevraldan qüvvəyə minir
Milli Məclis bu qanunları ləğv etdi
Oqtay Əsədovun şirkəti 250 milyonluq tender qazanıb — İDDİA
Xəbəriniz olsun: Bazar günü iş günü elan edildi
Dollarlaşma, geyşa, popler, geyparad... – Dilimizə yeni sözlər daxil edildi
Vilayət Eyvazovdan yeni TƏYİNAT

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla