“Bibiheybətdəki sürüşən yolda tikintiyə hələ başlanılmayıb” - RƏSMİ

“Bibiheybətdəki sürüşən yolda tikintiyə hələ başlanılmayıb” - RƏSMİ










“Bibiheybət qəsəbəsindəki sürüşümə qeydə alınan yolda tikintiyə başlanması dəqiq deyil”.



Bu barədə Modern.az-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, hələlik ərazidə geoloji kəşfiyyat işləri aparılır:


“Geoloji kəşfiyyat işi yekunlaşsandan sonra hesabat hazırlanmalıdır. Həmin hesabat əsasında layihə hazırlanacaq və aidiyyatı üzrə təqdim ediləcək. Layihəyə əsasən, maliyyə vəsaiti ayrılacaq və yalnız bundan sonra təmir-bərpa işlərinə başlanacaq. Geoloji kəşfiyyat işləri yekunlaşmamış bu barədə nəsə fikir yürütmək olmaz”.
Mətbuat katibi qeyd edib ki, geoloji kəşfiyyat işləri bu həftənin sonunadək yekunlaşacaq:


“Bundan sonra 2-3 gün ərzində layihənin hazırlanması, işlənilməsilə bağlı aidiyyatı qurumlarla razılaşdırma aparılacaq.



Ümumilikdə təmir-bərpa işlərinin nə qədər davam edəcəyi dəqiq deyil. Bu 3 ay da çəkə bilər, 4 ay da. Hər şey işlərin gedişindən asılı olacaq”.



Sürüşmə ərazisindəki yolun bərpasının hansı şirkət tərəfindən aparılacağına gəlincə, Anar Nəcəfli deyib ki, geoloji kəşfiyyatdan bitdikdə hansı işlərin aparılacağı müəyyən ediləcək:
“Bundan sonra hansı işlərin görülüb-görülməyəcəyi məlum olacaq. Təmir-bərpa işləri ya bizim öz gücümüz hesabına həyata keçiriləcək ya da hər hansı şirkət tərəfindən icra ediləcək. Hazırda ərazidə təmizlik işləri aparılır. Təmizlik işlərinin aparılmasında həm Agentliyin əməkdaşları, həm də “Körpübinatikinti” şirkətinin əməkdaşları iştirak edir. Yəqin ki, qarşılıqlı iş çərçivəsində təmir-bərpa işləri də birgə aparılacaq”.


Qeyd edək ki, noyabrın 24-də Bibiheybət qəsəbəsindəki yolda sürüşmə qeydə alınıb. Ərazi təhlükəli olduğu üçün yol nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Tarix:5-12-2019, 10:10 Baxış Sayı:60 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
“Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb
Vilayət Eyvazov mayoru rəis təyin etdi
Quda olan iki məmurun biznes və korrupsiya dosyesi - ŞOK!
Gələcəyimizi savadlı gənclərə etibar edək
Azərbaycanlı aparıcı təcili əməliyyata götürüldü - Qarnından 5 kilodan çox...
"Hər kəs ulduz ola bilməz"
Süleymaninin öldürülməsinə Azərbaycanın nə dəxli var?
Süd bioloji qocalmanı yavaşladır
18 yanvarda gözlənilən hava şəraiti
Bakı metrosunda yeniliklər olacaq - RƏSMİ AÇIQLAMA
20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb
Pestisidlərlə çirklənən ərazilərin təmizlənməsi üçün hökumətə təkliflər təqdim edilib
BNA bəzi avtobusların hərəkət trayektoriyasını dəyişəcək
"Xəzərlə Qara dəniz birləşdirilsin" - Nazarbayevdən TƏKLİF
Gülay Zeynallı gileyləndi: "Vaxtı çatanda biləcəksən"
“2.2 ton qida məhsulu məhv edilib” – AQTA sədri
Sürətlə hərəkət edən qatarın altına düşdü, hər iki ayağı qopdu
Bu il 7 min məcburi köçkün ailəsi - EV ALACAQ
Bakıda daha bir spirtli içki qurbanı: Küçədən meyiti tapıldı
"Nobel mükafatı Qorbaçovdan geri alınsın..." - Prezidentin köməkçisindən AÇIQLAMA
Putin Kadırova yüksək vəzifə təklif edib
“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda tədbir keçirilib
Bakıda sığınacağa yerləşdirilən lezbiyanla bağlı məsələ böyüyür: "6-cı sinifdə oxuyanda..." - TƏFƏRRÜAT
“Kəsin onun səsini!...” - Yunis Səfərovun məhkəməsində QALMAQAL
Şəkidə kriminal aləmə meyilli olan şəxslər narkotiklə saxlanılıb
GÖYGÖLDƏ NARKOTİK SATAN VƏ ALAN ŞƏXLƏR SAXLANILIB
Deputatlığa namizədlərin sayı 1623 nəfərə çatdı
İtkin düşən azyaşlı qız qəfəsdə tapıldı - FOTO
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında - REYTİNQ
Səhiyyədə “şəkər müəmması” - Pulsuz verilsə də...

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla