İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət etdi







Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir.

AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər iştirak ediblər.

Tarix:12-12-2019, 12:19 Baxış Sayı:105 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
“Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb
Vilayət Eyvazov mayoru rəis təyin etdi
Quda olan iki məmurun biznes və korrupsiya dosyesi - ŞOK!
Gələcəyimizi savadlı gənclərə etibar edək
Azərbaycanlı aparıcı təcili əməliyyata götürüldü - Qarnından 5 kilodan çox...
"Hər kəs ulduz ola bilməz"
Süleymaninin öldürülməsinə Azərbaycanın nə dəxli var?
Süd bioloji qocalmanı yavaşladır
18 yanvarda gözlənilən hava şəraiti
Bakı metrosunda yeniliklər olacaq - RƏSMİ AÇIQLAMA
20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb
Pestisidlərlə çirklənən ərazilərin təmizlənməsi üçün hökumətə təkliflər təqdim edilib
BNA bəzi avtobusların hərəkət trayektoriyasını dəyişəcək
"Xəzərlə Qara dəniz birləşdirilsin" - Nazarbayevdən TƏKLİF
Gülay Zeynallı gileyləndi: "Vaxtı çatanda biləcəksən"
“2.2 ton qida məhsulu məhv edilib” – AQTA sədri
Sürətlə hərəkət edən qatarın altına düşdü, hər iki ayağı qopdu
Bu il 7 min məcburi köçkün ailəsi - EV ALACAQ
Bakıda daha bir spirtli içki qurbanı: Küçədən meyiti tapıldı
"Nobel mükafatı Qorbaçovdan geri alınsın..." - Prezidentin köməkçisindən AÇIQLAMA
Putin Kadırova yüksək vəzifə təklif edib
“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda tədbir keçirilib
Bakıda sığınacağa yerləşdirilən lezbiyanla bağlı məsələ böyüyür: "6-cı sinifdə oxuyanda..." - TƏFƏRRÜAT
“Kəsin onun səsini!...” - Yunis Səfərovun məhkəməsində QALMAQAL
Şəkidə kriminal aləmə meyilli olan şəxslər narkotiklə saxlanılıb
GÖYGÖLDƏ NARKOTİK SATAN VƏ ALAN ŞƏXLƏR SAXLANILIB
Deputatlığa namizədlərin sayı 1623 nəfərə çatdı
İtkin düşən azyaşlı qız qəfəsdə tapıldı - FOTO
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında - REYTİNQ
Səhiyyədə “şəkər müəmması” - Pulsuz verilsə də...

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla