Toyunda hirslənib butulkanı yerə çırpan azərbaycanlı bəyin əhvalatı Britaniya mətbuatına gedib çıxdı

Toyunda hirslənib butulkanı yerə çırpan azərbaycanlı bəyin əhvalatı Britaniya mətbuatına gedib çıxdı









Bir neçə gündür ki, sosial şəbəkələrdə öz toyunda qəzəblənib şampan şüşəsini yerə çırpan, qeyri-adekvat hərəkətlər edən azərbaycanlı bəyin videogörüntüləri yayılıb.

Virtualaz.org xəbər verir ki, sosial şəbəkələrdə yazılanlara əsasən bu hadisə Gürcüstanın Marneuli bölgəsində baş verib.

“Youtube”da yayılmış kadrlardan da görünür ki, bəy əvvəlcə çox əsəbi halda tortu kəsir, bıçağı yerə atır, sonra isə şampan şüşəsini açır, qonaqların üstünə tutur və hirslə yerə vurur. Yerə dəyən şüşə yaxınlıqda oynayan azyaşlılardan birinin ayağına dəyir. Ardınca toy tortunun yerləşdiyi masanı təpikləməyə başlayan bəyi yaxınları sakitləşdirmyə çalışırlar. Videogörüntülərə gələn şərhlərdən aydın olur ki, bəyin yerə çırpdığı şüşə azyaşlının baldır sümüyünü qırıb.


Görüntülərə şərh yazan şəxslər bəyin dəlilik həddinə çatmasını fotoqrafın hərəkətləri ilə əlaqələndiriblər. Onların sözlərinə görə, bir neçə gün əvvəl Rusiyadan qayıtmış bəy fotoqrafın da evləndiyi qızı sevdiyini toy günü öyrənibmiş. Ehtimal olunur ki, bəy fotosessiya edən fotoqrafın gəlinə çox diqqət göstərməsinə əsəbiləşib.

Hadisədən pərt olan gəlinin oğlandan ayrılmaq qərarına gəldiyi, lakin onların arasında barışıq yarandığı bildirilir.

Videogörüntülərə gələn şərhlərdə əksəriyyət gəlini “bədbəxt” adlandıraraq vaxtında bəydən ayrılmalı olduğunu yazıblar. Lakin bəyin hərəkətlərinə haqq qazandıraraq “yaxşı eləyib” deyənlər də tapılıb.


Qeyd edək ki, Marneulidə baş verən bu görüntülər Türkiyə və digər xarici ölkələrin mətbuatında manşet olub. İngiltərənin məşhur “Daily Mail” nəşri də öz toyunda qəzəblənib şampan şüşəsini yerə çırpan bəydən yazıb.

“Çox bədbəxt cütlük!” başlığı ilə yazılan məqalədə deyilir ki, toy günü ən xoşbəxt gün olsa da, qəzəbli bəy və gəlin üçün çətin ki, bu belə olsun. Məqalədə həmçinin qeyd olunur ki, sosial şəbəkələrdə “Bədbəxt qız” başlığı ilə yerləşdirilən görüntülər 3,4 milyon dəfə izlənib və 28 mindən çox şərh gəlib. İstifadəçilər bu dəhşətli toydan sonra cütlüyün ayrılmalı olduğunu qeyd ediblər.

Tarix:12-12-2019, 15:13 Baxış Sayı:80 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Bakıda yol polisi sürücülərə belə tələ qurur
Ölkəyə diri quş və quş məhsullarının idxalına məhdudiyyət qoyulub
“Əgər bu virus düşərgəyə yayılsa, əsir saxlanılan türküstanlıların hamısı öləcək” - UYĞURLAR TƏHLÜKƏDƏ
Dizaynerlər arasında müsabiqə elan olunub
28 yanvarda gözlənilən hava şəraiti
İradə Gülməmmədova vətəndaşların fərdi şəkildə qəbulunu keçirdi
Füzuli Məmmədov erməni fitnəsinin qurbanlarına sahib çıxdı — VİDEO/FOTO
Vulkan sahəsində turizm kompleksi: tədqiqatlar aparıldı
Azərbaycanda yüksək vəzifəli 6 nəfər İŞDƏN ÇIXARILDI - NAZİR
Oliqarx-deputatın yeni heyət arzusu... - İDDİA
Ermənilər Daşaltı əməliyyatının yeni FOTOLARINI yaydılar
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünün vaxtı və yeri açıqlanıb
Məktəblilərin qış tətili başlayıb
Soğan qabığının inanılmaz FAYDALARI: Xərçəngə belə təsir edir!"
Moskvada 8 nəfər ilkin koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Həbsdəki bankir Günay Bank-ın rəhbərliyini Twitter-dən hədələyir
Bakıda `Saxla` əmri verən polisi `məhəllə söhbətinə` çağırdılar
Tarixi `Tövrat`ı polisə satmaq istəyərkən saxlanıldı - FOTO
Ceyhun Bayramov məktəbdə qızların şalvar geyimi məsələsinə toxunub
Vilyam Hacıyevin də həbsi istəndi: Dubayda, Qazaxıstanda biznes, villalar, maşınlar…
Siqaretin qiyməti qalxdı: Mağazalar “limit”lə satır
Azərbaycana Çindən gələn turistlər azalacaqmı? – AGENTLİKDƏN AÇIQLAMA
Dollar yüksəlişdə: Manatı nə gözləyir? - TƏHLİL
"Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm..." - GİLEY
İsmayıllıdakı dəhşətli qəzanın səbəbi açıqlandı
Bakıda daha bir məmur saxlanıldı – Külli miqdarda vəsaiti mənimsəyib
İlham Əliyev Yeni Azərbaycan qurur: islahat, dünya reytinqi, məmur həbsləri…
Azərbaycanda zəlzələ oldu
Keçmiş həbsxana ərazisində 250 nəfərin qalıqları tapıldı
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirildi - VİDEO

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla