“Mən ora tək getsəm, vurub eləyərlər…” - Barəsində Prezidentə müraciət edilən “JEK” müdiri

“Mən ora tək getsəm, vurub eləyərlər…” - Barəsində Prezidentə müraciət edilən “JEK” müdiri







811 saylı Laçın alayının sabiq komandiri, polkovnik Arif Paşa Bakı şəhəri H.Aslanov qəsəbəsi İ.Abbasov-17 ünvanında yaşadığı evin qonşuluğunda təhlükləli tikinti işlərinin aparılması ilə əlaqədar Prezident İlham Əliyevə müraciət edib.

Arif Paşa müraciətində bildirib ki, əlaqədar qurumlar təhlükəyə göz yumur. Ərazidən çəkilən fotoları da təqdim edən Arif Paşa tikintidə bir neçə ay əvvəl yanğın baş verdiyini xatırladıb.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən 4 saylı Mənzil İstismar İdarəsinin müdiri Elşad Kərimov bildirib ki, ailənin torpaq çıxarışı var:

"Heç kim özbaşına gedib insanların həyətinə girə bilməz. Ailədə iki nəfər var. Heç kimləri yoxdur. Dünən tikintinin sökülüb-sökülməyəcəyi ilə bağlı məhkəməyə müraciət ediblər. Ailənin torpaq çıxarışı var. Qarış-qarış torpaq çıxarışı olan şəxsi mülkiyyətdir. Ev sahibinin torpağının, əmlakının sənədi var. Onların sənədləri olduğu üçün mənim onların həyətinə girib nəsə etməyim mümkün deyil. Biz də bildirmişik ki, hasar sökülməlidir. Cavab olaraq bizə məhkəməyə müraciət etdiklərini və tədbirin məhkəmə qərarına əsasən, görüləcəyini deyirlər. Mən tək iş görə bilmərəm, tədbir sahə müvəkkili Zaur Usubovla birgə görüləcək”.

Həmsöhbətimiz qeyd edib ki, əraziyə tək gedə bilməz:

"Mən ora tək getsəm, vurub eləyərlər, yaxud söyərlər, ondan sonra müəyyən məsələlər qalxar. Ona görə də sahə müvəkkili olmalıdır, sahə müvəkkili gəldikdən sonra biz onu araşdıracağıq. Hazırda proses davam edir. Mən oraya şəxsin sənədi olduğu halda getsəm, sonra məni şikayət edər. Xəstə adamlardır, biri onkoloji xəstədir, 3 dəfə əməliyyat olub. Anası da 2 dəfə infarkt keçirib. Bir başıpapaqlı kişi yoxdur ki, söhbət edə biləsən. Amma oğlana bildirmişəm ki, hasarı sökmək lazımdır. Digər məsələlər isə məhkəmə qərarı ilə həll ediləcək. Prosedurun nə vaxt başa çatacağını deyə bilmərəm. Müdaxilə etmək səlahiyyətimdən kənardadır”.

Tarix:13-12-2019, 15:27 Baxış Sayı:36 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
“Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb
Vilayət Eyvazov mayoru rəis təyin etdi
Quda olan iki məmurun biznes və korrupsiya dosyesi - ŞOK!
Gələcəyimizi savadlı gənclərə etibar edək
Azərbaycanlı aparıcı təcili əməliyyata götürüldü - Qarnından 5 kilodan çox...
"Hər kəs ulduz ola bilməz"
Süleymaninin öldürülməsinə Azərbaycanın nə dəxli var?
Süd bioloji qocalmanı yavaşladır
18 yanvarda gözlənilən hava şəraiti
Bakı metrosunda yeniliklər olacaq - RƏSMİ AÇIQLAMA
20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb
Pestisidlərlə çirklənən ərazilərin təmizlənməsi üçün hökumətə təkliflər təqdim edilib
BNA bəzi avtobusların hərəkət trayektoriyasını dəyişəcək
"Xəzərlə Qara dəniz birləşdirilsin" - Nazarbayevdən TƏKLİF
Gülay Zeynallı gileyləndi: "Vaxtı çatanda biləcəksən"
“2.2 ton qida məhsulu məhv edilib” – AQTA sədri
Sürətlə hərəkət edən qatarın altına düşdü, hər iki ayağı qopdu
Bu il 7 min məcburi köçkün ailəsi - EV ALACAQ
Bakıda daha bir spirtli içki qurbanı: Küçədən meyiti tapıldı
"Nobel mükafatı Qorbaçovdan geri alınsın..." - Prezidentin köməkçisindən AÇIQLAMA
Putin Kadırova yüksək vəzifə təklif edib
“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda tədbir keçirilib
Bakıda sığınacağa yerləşdirilən lezbiyanla bağlı məsələ böyüyür: "6-cı sinifdə oxuyanda..." - TƏFƏRRÜAT
“Kəsin onun səsini!...” - Yunis Səfərovun məhkəməsində QALMAQAL
Şəkidə kriminal aləmə meyilli olan şəxslər narkotiklə saxlanılıb
GÖYGÖLDƏ NARKOTİK SATAN VƏ ALAN ŞƏXLƏR SAXLANILIB
Deputatlığa namizədlərin sayı 1623 nəfərə çatdı
İtkin düşən azyaşlı qız qəfəsdə tapıldı - FOTO
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında - REYTİNQ
Səhiyyədə “şəkər müəmması” - Pulsuz verilsə də...

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla