“Xəzər” televiziyasının yeni rəhbəri kim olacaq? – İki tanınmış şəxsin adı çəkilir

“Xəzər” televiziyasının yeni rəhbəri kim olacaq? – İki tanınmış şəxsin adı çəkilir














Bir neçə gündür sosial şəbəkələrdə və mediada Prezidentin keçmiş köməkçisi Əli Həsənova məxsus olan “Xəzər” telekanalının rəhbərliyinin dəyişdiyi haqda məlumatlar verilir. Bildirilir ki, Ə.Həsənovun oğlu Şamxal Həsənov idarəçilikdən uzaqlaşdırılıb, hazırda təhvil-təslim prosesi gedir.

Bir neçə gün əvvəl - dekabrın 7-də bu iddialarla bağlı “Xəzər” TV MMC-nin açıqlamasında isə bildirilirdi ki, yayılan məlumatlar əsassızdır. Televiziyada hər hansı bir dəyişiklik yoxdur, o, "əvvvəllər olduğu kimi Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq qalaraq normal iş qrafikində öz fəaliyyətini davam etdirir”.

Lakin bir çox mötəbər mənbələr yenə də iddia edirlər ki, "Xəzər" televiziyasında rəhbərliyin dəyişdirilməsi haqda məlumatların əsası var. Belə ki, Şamxal Həsənov idarəçilikdən kənarlaşdırılıb, onun səlahiyyətləri müvəqqəti olaraq uzun müddət adıçəkilən kanalda çalışan bir hüquqşünasa həvalə olunub.

Məlumatlı mənbə bildirib ki, böyük ehtimalla, ilin sonuna qədər kanala kimi rəhbərlik edəcəyi dəqiqləşəcək. “Xəzər” telekanalının rəhbərliyinə “Space” televiziyasının keçmiş rəhbəri Etibar Babayevin və ya “ATV” telekanalının əvvəlki rəhbəri Vüqar Qaradağlının gətiriləcəyi haqda da söz-söhbətlər gəzir.

Xatırladaq ki, “Xəzər TV” MMC 2007-ci ildə təsis olunub. Sonuncu dəfə 2013-cü ildə 6 il müddətinə lisenziya verilib. 2015-ci ildə “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Prezidentin Fərmanı ilə lisenziyası müddətsiz hesab edilib.

Tarix:13-12-2019, 16:55 Baxış Sayı:50 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Bakıda yol polisi sürücülərə belə tələ qurur
Ölkəyə diri quş və quş məhsullarının idxalına məhdudiyyət qoyulub
“Əgər bu virus düşərgəyə yayılsa, əsir saxlanılan türküstanlıların hamısı öləcək” - UYĞURLAR TƏHLÜKƏDƏ
Dizaynerlər arasında müsabiqə elan olunub
28 yanvarda gözlənilən hava şəraiti
İradə Gülməmmədova vətəndaşların fərdi şəkildə qəbulunu keçirdi
Füzuli Məmmədov erməni fitnəsinin qurbanlarına sahib çıxdı — VİDEO/FOTO
Vulkan sahəsində turizm kompleksi: tədqiqatlar aparıldı
Azərbaycanda yüksək vəzifəli 6 nəfər İŞDƏN ÇIXARILDI - NAZİR
Oliqarx-deputatın yeni heyət arzusu... - İDDİA
Ermənilər Daşaltı əməliyyatının yeni FOTOLARINI yaydılar
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünün vaxtı və yeri açıqlanıb
Məktəblilərin qış tətili başlayıb
Soğan qabığının inanılmaz FAYDALARI: Xərçəngə belə təsir edir!"
Moskvada 8 nəfər ilkin koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Həbsdəki bankir Günay Bank-ın rəhbərliyini Twitter-dən hədələyir
Bakıda `Saxla` əmri verən polisi `məhəllə söhbətinə` çağırdılar
Tarixi `Tövrat`ı polisə satmaq istəyərkən saxlanıldı - FOTO
Ceyhun Bayramov məktəbdə qızların şalvar geyimi məsələsinə toxunub
Vilyam Hacıyevin də həbsi istəndi: Dubayda, Qazaxıstanda biznes, villalar, maşınlar…
Siqaretin qiyməti qalxdı: Mağazalar “limit”lə satır
Azərbaycana Çindən gələn turistlər azalacaqmı? – AGENTLİKDƏN AÇIQLAMA
Dollar yüksəlişdə: Manatı nə gözləyir? - TƏHLİL
"Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm..." - GİLEY
İsmayıllıdakı dəhşətli qəzanın səbəbi açıqlandı
Bakıda daha bir məmur saxlanıldı – Külli miqdarda vəsaiti mənimsəyib
İlham Əliyev Yeni Azərbaycan qurur: islahat, dünya reytinqi, məmur həbsləri…
Azərbaycanda zəlzələ oldu
Keçmiş həbsxana ərazisində 250 nəfərin qalıqları tapıldı
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirildi - VİDEO

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla