gundem
20.12.2019, 13:09
Xaçmazda meşə zolağı məhv edilir – Nazirliyin NƏZƏRİNƏ (VİDEO)
Xaçmaz rayonunun Ağçay kəndində meşə zolağı məhv edilir.
DoğruXəbər.az Pravda.az-a istinadən xəbər verir ki, sakinlər hektarlarla ərazinin yandırıldığını, sonra isə ağacların hissə-hissə kəsildiyini bildirirlər.
Yaşıllığın Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayevin tapşırığı ilə məhv edildiyi iddia edilir. Video Cəmil Məmmədliyə məxsusdur