“Qara maşın yaxınlaşıb və...” - Şəkidəki “kitab yandırma qalmaqalı” ilə bağlı ilginc açıqlamalar - Foto













Şəkinin Daşüz kənd orta məktəbinin direktoru Anjilixa Əmirseyidovanın "Gəl danış" layihəsi çərçivəsində şagirdlərə paylanan kitabları yandırdığı iddia edilir. Bu barədə layihə rəhbəri Ümman Səfərov sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Yeni Sabah”a açıqlama verən Ü. Səfərov 2018-ci ildən bu təşəbbüslə çıxış etdiklərini, ölkənin müxtəlif regionlarına yollanaraq imkansız ailələrin uşaqlarına bədii kitablar, məktəb ləvazimatları, ərzaq və s. payladıqlarını bildirib:

“Daşüz kənd orta məktəbinə paylanılan kitabların heç bir siyasi və ya dini məzmun daşımırdı. Uşaq ədəbiyyatı idi. Apardıq, hamı istəyirdi, heç bir problem olmadı, kitabları uşaqlara, böyüklərə payladıq, söhbət etdik. Qayıtdıq. Sonra da xəbər gəldi ki, kitablar yandırılıb”.

Əksər orta məktəblərin bu təşəbbüsə dəstək verdiklərini deyən layihə rəhbəri bu hadisəyə görə təəssüf hissi keçirdiklərini deyib. O bildirib ki, şagirdlərimizin maarifləndirilməsi üçün apardıqları bu xeyriyyə kampaniyasına belə reaksiya verilməsi utancvericidir.

Məsələ ilə bağlı “Qaynarinfo”ya açıqlama verən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabə İsmayılova isə yazılanların həqiqətə uyğun olmadığını və bu barədə araşdırma apardıqlarını bildirib:



"Xeyr, məsələ heç də bu cür olmayıb. Bunu yazan adam da təkzib verməlidir. Məktəbin direktoru mənə məlumat verib ki, srağagün uşaqlar dərsdən gedərkən onlara qara rəngli bir avtomobil yaxınlaşıb və bir neçə şagirdə kitab veriblər. İstər MMC, istər hansısa QHT olsun, kitab verirsə, buna görə Təhsil Nazirliyindən icazələri olmalıdır. Biz maarifləndirmə tədbiri üçün heç nə demirik. Yalnız bu işlər Təhsil Nazirliyinin müvafiq icazəsi altında aparılmalıdır. İcazə olanda, biz bütün lazımi təşkilati köməkliyi göstəririk. Cəmi 6-7 uşaq kitab alıb, qalanları almayıb. Həmin kitablar da şagirdlərin evindədir. Biz bunların hansı kitablar olduğunu müəyyənləşdirməyə çalışırıq.

Lakin məzmunundan asılı olmayaraq, kitabın yandırılması vandalizmdir. Onu yandırmaq olmaz. Əgər kitabın məzmunu bugünkü həyatımıza, əqidəmizə ziddirsə, yaxud xaricdən hansısa məqsədlər üçün gəlibsə, lazımı orqanlara təhvil verilməlidir ki, onlar iş aparsın.

Məktəb direktorunun dərslikləri pulla satması məsələsinə gəlincə, deyə bilərəm ki, məktəbdə 100 faizlik dərslik təminatı var. Ölkədə bütün dərsliklərin şagirdlərə pulsuz paylandığını hamı bilir. Pulla kitab satılmasından söhbət gedə bilməz".


Oxunub: 399

Son xəbərlər

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

İsrail xəstəxanadakı 200 nəfəri edam edib

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti bahalaşdı

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar - VİDEO

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Bütün xəbərlər