Cindar Hüseyn məşhur məmurun arvadını necə aldadıb? – İnanılmaz fılrıldaq

Cindar Hüseyn məşhur məmurun arvadını necə aldadıb? – İnanılmaz fılrıldaq












Fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən ana və oğlu növbəti dəfə hakim qarşısına çıxarılıb.

DoğruXəbər.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən Hüseyn Əlizadə ifadə verib. O, hakimin suallarına cavabında deyib ki, heç bir şəxsdən pul almayıb və falçılıqla bağlı deyilənlər əsassızdır. Hüseyn əsas zərərçəkmiş kimi tanınan Rübabə Ağayeva haqda danışıb.

Deyib ki, Rübabə Ağayevanı anası vasitəsi ilə tanıyıb: “Mən həmin ərəfədə ev tikdirirdim. Pulum qurtardığı üçün alış-veriş məqsədi ilə aldığım qızılları satışa çıxardım. Rübabə dedi ki, qızılları ona verim. Hissə-hissə ödəniş edəcəyini dedi. Əvvəlcə 2 min manat ödədi. Demək istədiyim budur ki, onun bizə borcu var. Bizim “İçərişəhər”də geyim mağazamız var. Rübabə dəfələrlə bizə gəlinin köhnə paltarlarını gətirib. Deyirdi ki, onları satıb borcundan çıxaq. Həmin paltarlardan biri də orada idi. Hətta Rübabə barəsində 41-ci Polis Bölməsində 178.3.2-ci maddəsi ilə cinayət işi açılmışdı. Amma sonradan iş dəyişdi. Onların əvəzinə bizi tutdular.

Digər zərərçəkmiş Qızxanım Əliyeva bizdən dəfərlə qızıl alıb-satıb. Hətta onun qızı da bizə gəlib-gedirdi. Kartla ödəniş də edib. Yəni, kartdan pul çıxarıb bizə verirdi. Mən fala baxırdımsa, ödənişi kartla edirdi? Qızxanım anama dedi ki, qızıl alveri ilə məşğul olmaq istəyir. Anamdan külli miqdarda qızıl istədi. Amma anam dedi ki, qızıl verə bilməz. Lakin anam Qızxanıma dedi ki, onu Türkiyədə qızıl aldığı şəxslə tanış edə bilər. Qızxanım əri və qızı ilə Türkiyəyə getdi. Həmin ərəfədə Rübabə bizə gəldi. Dedi ki, Qızxanıma qızıl vermə, onun ərini tutacaqlar”.

Məhkəmədə məlum olub ki, zərərçəkmiş Qızxanım Əliyeva “Aztelekom” İstehsal Birliyinin sabiq baş direktoru, “Rabitə işi” çərçivəsində başlayan əməliyyatlar zamanı həbs edilən Məhəmməd Məmmədovun “kassiri” Faiq Cəfərovun xanımdır. Faiq Cəfərov da digərləri kimi vəzifəsini itirən məmurlardan biri olub.

Məhəmməd Məmmədov dövlətə 4 milyon 400 min manat zərər vurmaqda ittiham edilərək 2015-ci ildə Rabitə və yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri ilə birlikdə həbs edikmişdi. Məmmədov həbs edildikdən sonra dövlətə vurduğu zərəri ödəmişdi.

İttihama görə, Qızxanım Əliyeva ana və oğlunun yanına gedərək fala basdırmaq istəyib. Bu zaman ana və oğlu onu aldadaraq qızıllarını ələ keçiriblər.

Hüseyn ifadəsinin davamında digər zərərçəkmişlərlə bağlı da danışıb: “Bu işdə yalandan zərərçəkmiş kimi tanınan Namədi də uşaqlıqdan tanıyıram. Naməd əvvəl anamla alver edirdi. Sonra anamı aldatdı, biz nə qədər zərərə düşdük. Digər zərərçəkmişləri tanımıram. Onlar Namədin və Rübabənin dəstələridir. Mən heç kimdən pul almamışm. Deyirlər ki, Hüseyn fala baxandır. Necə olur ki, Rübabə və Namədin adamlarından başqa heç bir şəxsin falına baxmamışam?”.

Falçılıq ittihamı haqda danışan Hüseyn bunları deyib: “Deyirlər ki, evimizdən Quran və mərsiyyələr yazılan kitablar çıxıb. Mənim indi yatdığım Kürdəxanıda hər kamerada Quran kitabı var. İndi ordakılar da falçıdır? Mən mərsiyyələr olan kitabı almışam. Bu kitab satışdadır. Mən kitab yazmamışam ki… Evimizdən 3 qıfıl tapıblar. Mənim evimin həyətində 3 toyuq hini var. Həmin qızılları götürüb qoyublar cinayət işinə. Evimizdən dini sözlər yazılmış dualar çıxıb. Onu da bibim nəvəsi üçün yazdırmışdı”.

Məhkəmə iclasında yenə də gərginlik yaşanıb. Həbs edilən ana və oğlu ilə zərərçəkmişlər Rübabə Ağayeva və Qızxanım Əliyeva arasında mübahisə yaranıb. Tərəflər bir-birlərini yalan danışmaqda ittiham edərək təhqir ediblər.

Hüseyn ifadəsinə əlavə edib ki, Rübabə Ağayeva və Qızxanım Əliyeva onun anası ilə şəklini sosial şəbəkələrdə paylaşıblar: “Bizi falçı kimi təqdim edirdilər. Guya ceyran göbəyi ilə fala baxırmışıq. Guya məşhur falçılar imişik”.

Məhkəmə araşdırması davam etdirilir.

Bu işdəki 14 zərərçəkənə ümumilikdə təxminən 600 min manat ziyan dəydiyi bildirilir. İttihamda yazılıb ki, təkcə Rübabə Ağayeva cadu çıxarmaq, mal-mülkü cadudan təmizləməkdən ötrü 216 min 850 manatlıq pul, qızıl-zinət əşyaları verib. Pulların bir hissəsi xarici valyutada olub: 57 min dollar, 15 min funt-sterlinq. Qızılların çəkisi isə təxminən 600 qram olub.

R.Ağayevanın həyat yoldaşı L.İbrahimova və H.Əlizadədən polisə şikayət edib. Həyat yoldaşı “Azinko” şirkətinin Audit Departamentinin rəhbəridir.

Məlumata görə, “Cindar Hüseyn”in müştəriləri arasında deputatlar və ayrı-ayrı vəzifəli şəxslər də olub. O, cinlərə qonaqlıq vermək, caduları pozmaq adı ilə xeyli insanı aldadıb.

İş üzrə ümumilikdə 13 nəfər zərərçəkmiş var. Onların bəziləri qızıl alveri etmək məqsədi ilə Lalə İbrahimova ilə tanış olublar. Sonra isə aldadıldıqlarını, qızıllarının ələ keçirildiyini deyiblər.

Tarix:29-12-2019, 14:34 Baxış Sayı:102 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi, 202 pasiyent sağaldı
Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı – RƏSMİ
Bu gündən 11 nömrə də “BakuBus”a keçdi
Hərbçilər Qərbi Azərbaycan əyalətinə hücum etdi
Azərbaycan daxilində uçuşlar gələn həftədən bərpa edilə bilər
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, 50 avtomobil təqdim edildi
Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar
Azərbaycan bu qadağanın müddəti uzadılır - Rəsmi
Lənkəran rayon İH-n əlil ailəsi ilə bağlı münasibət
Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!
Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA
Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı qeyd olunur
Daha bir marşrut xətti “BakuBus”a verildi
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
Ruhani İlham Əliyevə məktub göndərdi
Qaz sayğacları ilə bağlı əhaliyə MÜHÜM AÇIQLAMA
AzTV-də “sezon finalı”: Nə dəyişdi, nə qaldı və nə baş verir..?
Deputat yeni icra başçısı barədə: “Seymur Ağstafaya ingiliscə danışmağa göndərilməyib”
Qobu Park yaşayış massivində vergidən yayınan Apteklə "JEK"in nə əlaqəsi-VİDEO
İstifadəyə yararsız 70 kq ət aşkarlandı - Foto
Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb
Ölkədə nə qədər işsiz var?
Ağsu rayonun İcra Hakimiyyətindən təkzib
Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla